Bizə yazın

Baku

-°C

USD

-

“Son zəng”də bayağı mahnı oxuyan direktorla bağlıməhkəmə qərarı-FOTO

Cəmiyyət 29 Noyabr 2024, 17:12

37817

Samuxda məktəbdə keçirilən “Son zəng” mərasimində bayağı musiqi səsləndirilməsinə görə işdən azad olunan məktəb direktoru vəzifəsinə bərpa edilib.

Citypost.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.

Samux rayonunun İnstitut qəsəbəsi tam orta məktəbin işdən çıxarılan direktoru Gülsafa Abbasova həmin təhsil müəssisəsində direktor vəzifəsinə qaytarılıb.

Məhkəmə direktorun baş vermiş hadisədə günahsız olması qənaətinə gəlib. Bundan əlavə, onun işdən uzaqlaşdırıldığı 6 ay müddətə direktor vəzifəsinin əməkhaqqısının da qaytarılmasına qərar verilib.

Qeyd edək ki, sözügedən məktəbdə bu il keçirilən “Son zəng” tədbirində kriminal xarakterli musiqinin ifa edilməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılmış və müzakirələrə səbəb olmuşdu. Bu səbəbdən direktor işdən kənarlaşdırılmışdı.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Fərhad Bədəlbəyli: Balet artistlərinin pensiyaya çıxması problemi hələ də həllini tapmayıb

“55 yaşında insan balet oynaya bilərmi?”Citypost.az xəbər verir ki, bunu Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Xalq artisti Fərhad BədəlbəyliMilli Məclisin Mədəniyyət komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə danışıb.“Mən çox istərdim ki, bugünkü müzakirədə Maliyyə Nazirliyinin də nümayəndəsi olsun. Çünki maliyyə məsələsi olanda burada Mədəniyyət Nazirliyinin edəcəyi heç nə yoxdur”, – deyə rektor bildirib.Fərhad Bədəlbəyli Maliyyə Nazirliyinin nümayəndələrinin mədəniyyət tədbirlərində az iştirak etdiklərini də söyləyib:“Onlar teatra çox nadir hallarda gedirlər, çox nadir hallarda konsertlərdə iştirak edirlər. Ona görə də mədəniyyət deyəndə onların təsəvvüründə...

13 Noyabr 2026, 16:55

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb.Citypost.az ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur.Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarla 468 min (11% artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 96 000-dən çox sərnişin səfər edib.Bu ilin oktyabrında 1,3 milyon nəfərdən çox sərnişin daşınmaqla aylıq sərnişin sayı üzrə ən yüksək göstərici qeydə alınıb....

13 Noyabr 2026, 16:55

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.Citypost.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun isə ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi proqnozlaşdırılır.Bakıda və Abşeron yarımadasında noyabrın 16-sı gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.Noyabrın 15-i axşam hava şəraitinin Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın,...

13 Noyabr 2026, 16:29

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı

Tovuz rayonunun Xatınlı kəndində təhlükəsizlik tələblərini pozmuş yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Tovuz rayonunun Xatınlı kəndində fəaliyyət göstərən Səbuhi Ələkbər oğlu Ələkbərova məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb.Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan iki ədəd yanacaqsaxlama çəninin üzərində nəfəslik klapanlarının olmadığı, məntəqənin hüquqi şəxs kimi qeydiyyatdan keçməsini təsdiq edən şəhadətnamənin, fəaliyyət növünə uyğun lisenziyanın, yanacaqsaxlama çənlərinin texniki pasportlarının və çənlərin dərəcələnmə cədvəllərinin olmadığı, həmçinin məntəqədə fövqəladə və...

13 Noyabr 2026, 16:24

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında məlumat yayıb."BƏƏ-nin Füceyrə əmirliyində baş vermiş, 14 nəfərin həyatına son qoyan və onlarla insanın xəsarət alması ilə nəticələnən ağır yol qəzası bizi dərindən kədərləndirib.Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq.Bu ağır gündə Birləşmiş Ərəb Əmirlikləri ilə həmrəy olduğumuzu bildiririk", - deyə məlumatda bildirilib....

13 Noyabr 2026, 16:15

Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı

2026-cı il noyabrın 13-də Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.Citypost.az  bildirir ki, toplantını giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat verib.Sonra iclasın gündəliyinə uyğun olaraq, bəzi VK üzvlərinin digər vəkil qurumlarına keçirilməsi, müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad olunmaları, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, eləcə də vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.Daha sonra Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına...

13 Noyabr 2026, 15:37