Komitə sədri: Qarabağa min erməni qayıdacaqsa, Qərbi Azərbaycana da min azərbaycanlı qayıtmalıdır
Cəmiyyət 03 Dekabr 2024, 13:05
36182
Ermənilər Qarabağa geri dönüşlə bağlı Azərbaycana təzyiq göstərmək istəyirlər.
CityPost.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentdə keçirilən "Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış" mövzusunda dinləmədə deyib.
Həmçinin oxuyun
O qeyd edib ki, ermənilərin bu istəyi təmin edilərsə, mütləq qarşılıqlı şərtləri olmalıdır:
"Biz elə etməliyik ki, Qarabağa bir erməni qayıdırsa, Qərbi Azərbaycana da bir azərbaycanlı qayıtsın. Əgər min erməni azad olunmuş ərazilərə qayıdacaqsa, min azərbaycanlı da Qərbi Azərbaycana qayıtmalıdır. Beynəlxalq platformalarda bu alternativ şərtlər qaldırılmalıdır".
Məktəblər üçün texniki dəstək xətti fəaliyyətə başlayıb
Elm və Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verib.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Dəstək xətti vasitəsilə ümumi təhsil müəssisələrinin rəhbərləri və inzibati heyət üzvləri müəssisələrin texniki təminatı və elektron jurnaldan istifadə ilə bağlı qarşılaşdıqları məsələlər barədə müraciət edə biləcəklər.Müraciətlər ümumi təhsil müəssisələrində internet bağlantısı ilə bağlı məsələləri, elektron jurnaldan istifadə zamanı yaranan sual və çətinlikləri, ümumi təhsil müəssisələrində qarşıya çıxan digər texniki məsələləri əhatə edəcək.Qeyd edilib ki, yeni dəstək xətti ümumi təhsil müəssisələrinin rəqəmsal xidmətlərdən istifadəsi zamanı qarşılaşdıqları texniki çətinliklərin operativ şəkildə aradan qaldırılmasına...
11 Noyabr 2026, 16:55
Azərbaycanda maaşlar artdı
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 172,7 manat olub.Citypost.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artıb.Hesabat dövründə əhalinin nominal gəlirlərinin ümumi həcmi isə 81 milyard 10,7 milyon manata çatıb. Bu, illik müqayisədə 9,9 faizlik artım deməkdir.
11 Noyabr 2026, 16:41
Ruslan Mirzəliyev İŞDƏN ÇIXDI
“Yüksəliş” müsabiqəsinin qalibi Ruslan Mirzəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyindən ayrılıb.Citypost.az xəbər verir ki, O, 1 saylı Bakı DOST Mərkəzinin direktoru vəzifəsindəki fəaliyyətini başa vurub.R.Mirzəliyev 2022-ci ilin dekabrından 2026-cı ilin sentyabrınadək DOST mərkəzinin direktoru vəzifəsində çalışıb. O, 2021-ci ilin sentyabrından 2022-ci ilin dekabrınadək agentliyin İdarə Heyəti sədrinin müşaviri, 2019-cu ilin aprelindən 2021-ci ilin sentyabrınadək isə şöbə müdiri olub.Ruslan Mirzəliyev 2020-ci ilin avqustundan 2021-ci ilin sentyabrınadək Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədr müavini vəzifəsini tutub.Qeyd edək ki, R.Mirzəliyev 2021-ci ildə başlayan ilk "Yüksəliş" müsabiqəsinin qalibidir./Yurd.Media/...
11 Noyabr 2026, 16:30
MKA: "Azparking" adından fişinq hücumları var
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) vətəndaşlara qarşı "Azparking" xidmətinin adından istifadə edilərək yeni fişinq hücumlarının həyata keçirildiyini müəyyən edib.Citypost.az agentliyə istinadən xəbər verir ki, kiberdələduzlar xarici nömrələrdən istifadəçilərə "AZParking-Ödənilməmiş parkinq haqqı barədə bildiriş" başlığı altında saxta mesajlar göndərirlər. Mesajda balansın kifayət etməməsi və ya avtomatik ödənişin uğursuz olması bəhanəsilə saxta parkinq tarixi və borc məbləği (məsələn, 0,7 AZN) qeyd olunur.İstifadəçiləri aldatmaq üçün mesajın daxilində "rəsmi veb-sayt" adı altında saxta keçidlər təqdim edilir. Həmin linkə daxil olduqda "Azparking" platformasının eynilə təqlid olunmuş səhifəsi açılır. Burada istifadəçilərdən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, mobil telefon nömrəsi və son...
11 Noyabr 2026, 16:28
Azərbaycanda bayram günlərində avtobuslarla daşınan sərnişinlərin sayı açıqlanıb
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Bildirilib ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə AYNA tərəfindən nəzarət olunub.Noyabrın 6-10-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 1280 reys həyata keçirilib, 37707 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 220-dən çox reys həyata keçirilib.Bu müddət...
11 Noyabr 2026, 16:23
Fərhad Qaraşov yenidən sədr seçildi - İdarə Heyətinin üzvləri onlar oldu
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının növbəti dörd il üçün yeni İdarə Heyəti formalaşdırılıb.Citypost.az xəbər verir ki, Fərhad Qaraşov yenidən İdarə Heyətinin sədri seçilib.“AZGRANATA” MMC-nin İdarə Heyətinin sədri Böyükağa Mustafayev, “Azərsun” Holdingin Kənd Təsərrüfatı şöbəsinin direktoru Bayram Mavis, “Mars FK LTD” MMM-in direktoru Seymur Cəbrayılov, “Agrofront” şirkətinin direktoru Rüfət Xələfov, “Red Valley” və “Red Paradise” şirkətinin direktoru Rəşad Şirinov, “Azorganik” Kənd Təsərrüfatı İstehsal-İstehlak Kooperativinin təsisçisi Faiq Osmanlı və Sahibkar Fərhad Qaraşov İdarə Heyətinin üzvləri olub.Sahə iştirakçılarının təcrübəsini bir araya gətirən yeni İdarə Heyəti Azərbaycan narçılığının davamlı inkişafı, istehsalçı və ixracatçıların maraqlarının təmsil olunması, eləcə də yerli məhsulların xarici bazarlarda tanıdılması...
11 Noyabr 2026, 16:15