Bizə yazın

Baku

-°C

USD

-

Prezident bu universitetə yeni rektor təyin etdi

Cəmiyyət 03 Dekabr 2024, 14:27

27342

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ağdamda Şəhər Günü ilə bağlı hərbçilərin və Qarabağ atlarının yürüşü olub

20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində hərbçilərin və Qarabağ atlarının yürüşü olub.APA-nın Qarabağ bürosu xəbər verir ki, yürüş şəhər küçələrindən başlayaraq İmarət Kompleksində yekunlaşıb.Şəhər Günü münasibətilə İmarət Kompleksində yerli istehsalçıların və sahibkarların müxtəlif məhsullarının təqdim olunduğu yarmarka da təşkil edilib.Tədbirlərdə dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, Ağdam sakinləri, qonaqlar və aidiyyəti qurumların əməkdaşları iştirak ediblər.Hazırda Ağdam şəhərində Şəhər Günü münasibətilə silsilə ictimai-mədəni tədbirlər davam edir.Qeyd edək ki, tədbirlər Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin, Mədəniyyət Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Qarabağ Dirçəliş Fondunun, Atçılıq Federasiyasının, Aqrar Tədarük və Təchizat ASC-nin...

20 Noyabr 2026, 11:05

Məleykə Abbaszadə: BDU-da akademik dürüstlük gücləndirilməlidir

"Dünən Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olundum. Mənə göstərdiyi etimada görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm".Citypost.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb."Bu təyinat mənim üçün böyük şərəfdir. Gənclərimiz qarşısında daşıdığım məsuliyyəti hər zaman dərindən hiss etmişəm. Bu illər ərzində bizə güvənən hər kəsə və bütün vətəndaşlarımıza ürəkdən təşəkkür edirəm.Dünən DİM-də doğma kollektivimlə sağollaşdım. Birlikdə keçirdiyimiz illəri düşünəndə yadıma bu sistemi addım-addım qurduğumuz günlər düşdü. Bəzən bir məsələnin həllini tapmaq üçün səhərə qədər işləyirdik. Bu gün isə o gecələrdə çiyin-çiyinə çalışıb qurduğumuz, hər kəs üçün açıq, şəffaf və əlçatan sistemi...

20 Noyabr 2026, 10:49

Prezident Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb.Bu barədə Citypost.az xəbər verir 

20 Noyabr 2026, 10:21

MÜTDA-ya yeni şöbə müdiri təyin edilib

Abdullayeva İlhamə Sarif qızı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Uşaq rifahı və inkişafı şöbəsinə müdir təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov müvafiq əmr imzalayıb.Qeyd edək ki, İlhamə Abdullayeva 2022-ci ildən bu təyinatadək Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

20 Noyabr 2026, 09:42

Sabiq nazir Sumqayıtda idarə müdiri təyin olunub

Elxan Nəcəfov elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunub.Bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.Qeyd edək ki, Elxan Nəcəfov müxtəlif dövrlərdə təhsil müəssisələrində müəllim kimi çalışıb, eyni zamanda 2017–2022-ci illərdə müxtəlif ali təhsil müəssisələrində də pedaqoji fəaliyyətlə məşğul olub.2022–2023-cü illərdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini olub.2024-2026-cı illərdə isə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışıb....

20 Noyabr 2026, 09:31

QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə qrant müsabiqələri elan edib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edib.Agentlikdən Citypost.az-a bildirilib ki, müsabiqələr üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il noyabrın 20-də başlanılıb.Müraciət üçün son tarix isə dekabrın 20-dir.Sənəd qəbulu başa çatdıqdan sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqələrin nəticələrinin 2027-ci ilin birinci rübündə elan olunması nəzərdə tutulur.Kiçik qrant müsabiqələri üzrə maliyyələşmənin yuxarı həddi 30 min manat, layihələrin icra müddəti isə 6 ayadək müəyyən edilib. Böyük qrant müsabiqəsi üzrə qrant məbləğinin yuxarı həddi 70 min manat, icra müddəti isə...

20 Noyabr 2026, 09:28