Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir
Cəmiyyət 03 Dekabr 2024, 14:46
43501
Ölkənin pərakəndə sektorunda geniş şəkildə təmsil olunan Veysəloğlu Şirkətlər Qrupu Naxçıvan Muxtar Respublikasında da silsilə market açılışlarını davam etdirir. Yaradılmasının 30 illiyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) artıq Naxçıvan ərazisində “Araz” supermarketlər şəbəkəsinin 3, “OBA” marketlər şəbəkəsinin 8 filialını açıb.
VŞQ mağaza açılışları ilə artıq Muxtar Respublikada 150 nəfərin işlə təmin olunmasına öz töhfəsini verib. Şirkətlər Qrupu Naxçıvandakı fəaliyyəti ilə yerli istehsalı stimullaşdırmağı, yeni iş yerləri açmağı və yerli fermerlərin istehsal etdikləri məhsulların geniş satışını təşkil etməyi hədəfləyir.
Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin Naxçıvan şəhərində yeni mağazası Nəsrəddin Tusi küçəsi 11 ünvanında yerləşir. Beləliklə də “Siz harada, Araz orada” şüarı ilə fəaliyyət göstərən “Araz”ın Muxtar Respublika ərazisindəki mağazalarının sayı 3-ə çatdı.
“Araz” supermarketlər şəbəkəsinin Naxçıvandakı yeni filialının açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, eləcə də bir sıra dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Fuad Nəcəfli Naxçıvanda fəaliyyətə başlayan “Araz” mağazası ilə tanış olub və açılış mərasimində çıxış edərək təbriklərini çatdırıb.
Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov bildirib ki, Şirkətlər Qrupu Naxçıvanda “Araz” və “OBA”nın ümumilikdə 13 mağazasını istifadəyə verib və bununla da Naxçıvanda 150 yeni iş yeri yaradılıb. Aydın Talıbov qeyd edib ki, yeni istifadəyə verilən marketlərin hər birində müasir alış-veriş standartları və yüksək keyfiyyətli xidmət şəraiti yaradılıb: “Veysəloğlu Şirkətlər Qrupu Naxçıvandakı fəaliyyəti ilə yerli istehsalı stimullaşdırmağı, yeni iş yerləri açmağı və yerli fermerlərin istehsal etdikləri məhsulların geniş satışını təşkil etməyi planlaşdırır. Mağazalarımızın sayını artırmaqla biz Muxtar Respublikada yeni iş yerlərinin açılmasına, burada iqtisadiyyatın digər sahələrinin inkişafına töhfələrimizi davam etdirəcəyik”. Yeni “Araz” supertorun açılış lentini Aydın Talıbov və atası Veysəl Talıbov kəsib.
Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi isə Naxçıvanın Kəngərli rayonunda fəaliyyətə başlayan yeni mağazasının açılışında şirkətin təsisçisi və baş icraçı direktoru Aydın Talıbovla yanaşı, Kəngərli Rayon İcra Hakimiyyətinin rəhbər heyəti və kənd nümayəndələri iştirak edib. Bununla da “OBA”nın 1500-cü mağazası Naxçıvanda fəaliyyətə başladı. Artıq Naxçıvanın Kəngərli, Babək, Ordubad, Sədərək və Şərur regionlarında “Yaxın və qənaətli qonşunuz” şüarı ilə fəaliyyətə başlayan “OBA” keyfiyyətli məhsulları və sərfəli qiymətlərlə müştərilərinin xidmətindədir.
Həmçinin oxuyun






XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Tibbi-meteoroloji proqnoz açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Noyabrın 23-də Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
22 Noyabr 2026, 16:22
Prezident İlham Əliyev Livan lideri Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Aunu milli bayram münasibətilə təbrik edib.CityPost.az xəbər verir ki, təbrikdə deyilir:"Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, məsul fəaliyyətinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və rifah arzulayıram".
22 Noyabr 2026, 13:26
Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - PROQNOZ
Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, Azərbaycanın dağlıq ərazilərində isə qar yağacağı gözlənilir.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında yağışın ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 10-12, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var.Səhər yağıntılar tədricən kəsiləcək, gündüz hava əsasən...
22 Noyabr 2026, 12:29
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Noyabrın 21-i axşam saatlarından başlayaraq Azərbaycanın bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 22-si saat 10:00-a olan faktiki hava şəraitinə əsasən, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub, Şahdağda isə arabir qar yağıb.Düşən yağıntının miqdarı Qaxın Sarıbaş kəndində 21, Zaqatalada 12, Şəkinin Kişçay ərazisində 10, Şəmkir və Tovuzda 9, Gədəbəydə 8, Balakən və Daşkəsəndə 6, Oğuzda 5, Gəncə və Ağstafada 4, Göygöldə 2, Qazax, Samux və Mingəçevirdə 1 mm təşkil edib.Bəzi yerlərdə qərb küləyi güclənib. Küləyin maksimal sürəti Mingəçevirdə 21, Şahdağda 20, Goranboyda 19, Kəlbəcər və Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-yə...
22 Noyabr 2026, 11:11
Qazaxda iki nəfər bıçaqlanıb
Qazaxda iki nəfər bıçaq xəsarəti alıb.APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.Rayon sakinləri, 30 yaşlı N. Mustafayev və C. Kazımov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.Hər iki şəxsə tibbi yardım göstərilib. Onların vəziyyətinin normal olduğu bildirilir.Polisin keçirdiyi tədbirlər nəticəsində N. Mustafayev və C. Kazımova kəsici alətlə daxilə nüfuz etməyən xəsarətlər yetirməkdə şübhəli bilinən 34 yaşlı Əfqan Musayev saxlanılıb.Faktla bağlı araşdırma aparılır....
22 Noyabr 2026, 10:37
Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
Qazaxda ehtiyatda olan zabit dəm qazından boğularaq ölüb.Oxu.Az-ın məlumatına görə, əslən Qazax rayonundan olan, Bakı şəhərində yaşayan 1977-ci il təvəllüdlü Vüqar Qulu oğlu Məmmədov bir neçə gün əvvəl iki avtomobilin toqquşması nəticəsində həyatını itirən Dərgahquliyevlər ailəsinin üzvlərinin yas mərasimində iştirak etmək üçün rayonun Kəmərli kəndinə gedib.O, kənddəki ata evində dəm qazından boğularaq həyatını itirib.Məlumata görə, mərhum ehtiyatda olan zabit olub və Bakı şəhərindəki 185 nömrəli tam orta məktəbdə hərbi müəllim işləyib.Hadisə ilə bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır....
22 Noyabr 2026, 10:18