Bizə yazın

Baku

-°C

USD

-

Jalə Əhmədova Sahil Babayevin müşaviri oldu

Cəmiyyət 03 Dekabr 2024, 20:55

39981

Sabiq deputat Jalə Əhmədovaya yeni vəzifə verilib.

CityPost.az  “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmr imzalayıb.

Əmrə əsasən, Jalə Əhmədova əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, J.Əhmədova Milli Məclisin VI çağırış deputatı olub. O, həmçinin Dünya Alpaqut Federasiyasının prezidentidir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Qoca Mazelli"yə daha bir zərbə:   Mehdiyevin “ayaqqabıcütləyən”i həbsxananın kandarında...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edildi. Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətində istintaq olunan Cinayət Məcəlləsinin 193-1.3.2, 274 və 278.1-ci maddələri ilə barəsində təqib edilən cinayət işi üzrə suçlu hesab edilir və elə həmin hökmə əsasən onun xüsusilə külli miqdarda korrupsiya və qeyri-qanuni yollarla əldə etdiyi əmlak məhkəmənin hökmünə əsasən dövlət nəfinə müsadirə olunub. Bir neçə gün öncə Ramiz Mehdiyevin Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlüyündən qovulmasına dair Milli Akademiyanın ümumi yığıncağı tərəfindən qərar da qəbul olunub.CityPost.az xəbər verir  ki,ard-arda aldığı zərbələrdən hələ özünə gəlməmiş Qoca Mazelli  digər bir zərbəyə...

12 Noyabr 2026, 12:05

“Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”

“İrəvanda yerləşən Göy Məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsini, tədbirdə İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədin iştirakını qətiyyətlə pisləyirəm, özümə borc bilib mövqeyimi bildirmək istəyirəm”.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev bildirib.“1915-ci ildə türklərə divan tutan daşnak ordusunda xidmət etmiş, Qaregin Nijdenin “tsexakronizm” ideologiyasını təbliğ edən bir lənətullahın xatirəsini əbədiləşdirmək nə deməkdir?Məgər bu dini abidə İranın dədə-baba mülküdür ki, hansısa kafirə hədiyyə edə?İranın heç bir mənəvi haqqı yoxdur ki, XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın inşa etdiyi məscidi, Azərbaycanın tarixi-mədəni irsini özününküləşdirsin. Özününküləşdirmək bir yana, erməniləşdirsin. Məscidlərdə donuz və heyvan saxlayan, ibadət...

12 Noyabr 2026, 11:59

Teymur Musayev Baş nazirin müavini kimi ilk dəfə COP31-də çıxış etdi

Türkiyədə keçirilən COP31 sessiyasında çıxış edən Azərbaycanın Baş nazirinin müavini Teymur Musayev qardaş ölkənin dialoq, konsensus və qərarların icrasına yönəlmiş Sədrliyini yüksək qiymətləndirib.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən verilən məlumatda bildirilib.Baş nazirin müavini bildirib ki, Azərbaycan da COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib, qəbul olunmuş tarixi Bakı Maliyyə Hədəfi isə qlobal iqlim fəaliyyəti üçün mühüm təməl yaradıb.Ölkəmizin bu istiqamətdəki fəaliyyəti COP29-dan sonra da davam edib. Belə ki, Braziliya ilə birgə 2035-ci ilədək iqlim maliyyələşdirilməsinin illik 1,3 trilyon ABŞ dollarına çatdırılması yollarını müəyyən edən “Bakıdan Belemə 1,3 trilyonluq Yol Xəritəsi” hazırlanıb. Eyni zamanda, COP Sədrlikləri Üçlüyü çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri...

12 Noyabr 2026, 11:34

Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti - Açıqlandı

Ötən gün səhər saatlarında Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində körpünün üzərindən köməkçi yola aşan minik avtomobilinin sürücüsü Vüsal Nəsirlinin vəziyyəti açıqlanıb. TƏBİB-dən Citypost.az-a cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 19 yaşlı şəxs ötən gün saat 12:00 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.Döş qəfəsinin və bud çanağının əziyi diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.Qeyd edək ki, ötən gün Babək prospekti üzərindəki körpüdə “BMW” markalı avtomobil idarəetmədən çıxıb. Körpünün kənarındakı məhəccərə çırpılan nəqliyyat vasitəsi hündürlükdən köməkçi yola aşıb....

12 Noyabr 2026, 11:23

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş 

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayevdir.Ceyhun Rzayev və digər zərərçəkmişin şikayəti əsasında Türkər şübhəli şəxs qismində tutulub.Məsələ ilə bağlı Türkərin vəkili Hikmət Əliyevlə də əlaqə saxladıq. Vəkilin sözlərinə görə, müdafiə tərəfi olaraq ittihamı qəbul etmirlər və zəruri sübutlarını təqdim edəcəklər: “Hazırda ölkə xaricindəyəm. Amma işdən tam xəbərim var. Onu deyə bilərəm ki, bu, mülki xarakterli bir məsələdir, cinayət faktı yoxdur. Bütün sübutlarımızı istintaq orqanına və məhkəməyə təqdim...

12 Noyabr 2026, 11:08

Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 12 Noyabr – Konstitusiya Günü münasibətilə sosial media hesablarında paylaşım edib.Citypost.az paylaşımı təqdim edir:https://t.co/ZOdmnReC3E— Mehriban Aliyeva (@1VicePresident) November 12, 2026

12 Noyabr 2026, 10:32