Bizə yazın

Baku

-°C

USD

-

Bu ərazilərdə böyük söküntü olacaq - hər kvadratmetrə 1500 manat veriləcək

Cəmiyyət 11 Dekabr 2024, 21:13

40206

Sumqayıt şəhəri 20, 21-ci məhəllələrdə köhnə evlərin söküntüsünə başlanılır.

Bu barədə iddia "baku.ws"in "qaynar xətti"nə daxil olub.

Bildirilir ki, ərazidə gələn ilin mart ayından etibarən köhnə tikililərin söküntüsünə start veriləcək. Bunun müqavilində sakinlərə hər kvadratmetrə görə 1500 AZN pul ödəniləcək. Üstəlik, onlara kirayə mənzil haqqı olaraq 500 manat aylıq pul ödəniləcək.

Məsələ barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb. 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zakir Fərəcov sakinlərin müraciət və təkliflərini dinləyib

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 9-cu mikrorayon ərazisində sakinlərlə növbəti səyyar qəbul keçirib.İcra Hakimiyyətindən Citypost.az-a verilən məlumata görə, görüşdə şəhər İH-nin məsul əməkdaşları, aidiyyəti idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.Qəbul zamanı sakinlərin müraciət və təklifləri dinlənilib, əsasən mənzil-kommunal təsərrüfatı, məşğulluq, abadlıq, infrastruktur və sosial məsələlərlə bağlı qaldırılan problemlər müzakirə olunub.Zakir Fərəcov müraciətlərin diqqətlə araşdırılmasının və vətəndaşların problemlərinin qanunvericiliyin tələblərinə uyğun həlli üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, əlavə araşdırma tələb edən məsələlərin nəzarətdə saxlanılması tapşırılıb.Sakinlər müraciətlərinin birbaşa dinlənilməsinə və qaldırılan məsələlərə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.Qeyd edək ki, Sumqayıt Şəhər İcra...

20 Noyabr 2026, 13:36

Adəm Məmmədova yenidən cinayət işi açıldı - Axtarışa verildi

Keçmiş vəkil Adəm Məmmədova yenidən cinayət işi açılıb.Citypost.az xəbər verir ki, A.Məmmədov bu dəfə sağlamlığa zərər vurmaqda ittiham olunur.Onun barəsində Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.Adəm Məmmədov istintaqdan qaçıb gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmayıb, prokurorluq tərəfindən axtarışa verilib.Qeyd edək ki, A.Məmmədov ötən il 6 ay həbsdə olub. Cinayəti ilə bağlı Vəkillər Kollegiyasından xaric edilən Məmmədovun sonradan ölkədən getdiyi bildirilir.İndiki cinayət işində isə o, bir nəfərin üstünə hücum çəkib, sağlamlığına ziyan vurmaqda təqsirləndirilir. Hazırda hərtərəfli istintaq aparılır. (Qafqazinfo)...

20 Noyabr 2026, 13:32

AMEA-nın strukturunda dəyişiklik edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunda dəyişiklik edilib.Citypost.az  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Belə ki, Azərbaycam Milli Elmlər Akademiyasının strukturuna daxil olan Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələrin sayı artırılıb. Humanitar Tədqiqatlar və Diyarşünaslıq İnstitutu, Nizami Gəncəvi Mərkəzi həmin bölmənin tərkibinə daxil edilib.

20 Noyabr 2026, 13:10

Şənbə günü Azərbaycanda 21 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə 65-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13°...

20 Noyabr 2026, 13:06

Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq

Azərbaycanda tezliklə Vyetnamın səfirliyi açılacaq.Citypost.az xəbər verir ki, bunu Vyetnamın Baş naziri Le Minh Hunq Prezident İlham Əliyevlə görüşü zamanı bildirib.Dövlət başçısı isə Vyetnamın bu addımını yüksək qiymətləndirib. Azərbaycanın Vyetnamda səfirliyinin uzun müddətdir fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, diplomatik nümayəndəliklərin tam fəaliyyəti ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verəcək.

20 Noyabr 2026, 12:42

İcra başçısını ilk məhkəmədə udmuşdu - Bu dəfə cəzalandırıldı

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov ona böhtan atmaqda ittiham etdiyi kəndliyə budəfəki məhkəmədə qalib gəlib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsi icra başçısının şikayətini təmin edib.Belə ki, Asif Hüseynov Uzunboyad kənd sakini Vüsal Muradovu bundan əvvəl Xaçmaz Rayon Məhkəməsinə vermişdi. Məsələ isə ondan ibarətdir ki, Vüsal sosial şəbəkələrdəki paylaşımlarda icra başçısına dəyəri 10 min manat olan 10 ton arpanı nisyə satdığını, pulunu ala bilmədiyini iddia edib.Kəndli şikayətini ictimailəşdirdikdən sonra pulunu ala biləcəyinə ümid edib, lakin qarşı tərəfin etirazı ilə üzləşib. İcra başçısı şikayət ərizəsində kəndlinin böhtan atdığını və ona borcu olduğunu yalan dediyini bildirib. Həmçinin Vüsalın...

20 Noyabr 2026, 12:28