Bizə yazın

Baku

-°C

USD

-

Əlilliyi olan şəxslərin əl işlərinin satışı üçün xüsusi elektron portal yaradılacaq

Cəmiyyət 21 Yanvar 2025, 15:13

23599

Əlilliyi olan şəxslərin əl işlərinin satışı üçün xüsusi elektron portal yaradılacaq.

Citypost.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Sosial sığorta haqqında" qanuna və Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək. Əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. Portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ramiz Mehdiyevin sonu: hakimiyyətin zirvəsindən nüfuzun itirilməsinə

İnsan ömrünün elə bir məqamı gəlir ki, illərlə arxasında gizləndiyi vəzifələr, ətrafında yaratdığı nüfuz, qapısını döyənlər, sözünü iki etməyənlər bir-bir yoxa çıxır. Dünənə qədər adını ehtiyatla çəkənlər bu gün ondan uzaq durmağa çalışır, qarşısında baş əyənlər isə yollarını dəyişirlər. Belə məqamlarda insanın həqiqi böyüklüyü də, kiçikliyi də üzə çıxır. Çünki hakimiyyət insanın ətrafına adam toplaya bilər, amma onun əməllərinin hökmünü həmişəlik dəyişə bilməz.Ramiz Mehdiyevin bu gün düşdüyü vəziyyət haqqında düşünəndə istər-istəməz bu həqiqət yada düşür. Uzun illər Azərbaycan dövlət idarəçiliyinin ən mühüm mərkəzlərindən birində çalışmış, siyasi proseslərdə böyük təsir imkanlarına malik olmuş bir adam indi həyatının tamam başqa mərhələsi ilə...

28 Oktyabr 2026, 18:45

Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlıq imkanları müzakirə olundu

Oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Ruandanın gənclər və incəsənət naziri Utumatvişima Jan Nepo Abdallah arasında görüş keçirilib.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, qonağı salamlayan nazir VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yüksək səviyyədə təmsil olunduğuna görə Ruanda tərəfinə təşəkkür edib.Heydər Əliyev Fondunun Ruandada mədəniyyət, təhsil və sosial infrastrukturun bərpasına dəstək göstərdiyini deyən Adil Kərimli iki ölkə arasında mədəni əməkdaşlığın perspektivləri olduğunu bildirib.Ruandalı nazir Foruma dəvətə görə Azərbaycan tərəfinə təşəkkür edib, beynəlxalq tədbirin aktual mövzuya həsr olunduğunu vurğulayıb.Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb....

28 Oktyabr 2026, 18:29

Bakıda sıxlıq olan yollar açıqlanıb

Bakıda yollardakı vəziyyət açıqlanıb.Citypost.az  DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hazırda1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;2. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;5. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;6. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;8. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;9. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;11. Dənizkənarı küçəsi, Bayraq Meydanının...

28 Oktyabr 2026, 18:17

Nazirlər Kabineti aksiz vergisinin ödənilməsi qaydasını dəyişdi

Nazirlər Kabineti (NK) "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"nda dəyişiklik edib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərara əsasən, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı addımlarında Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsini də nəzarə alacaqlar....

28 Oktyabr 2026, 18:04

Baş nazirdən MÜHÜM QƏRAR

Nazirlər Kabineti (NK) "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"nda dəyişiklik edib.CityPost.az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərara əsasən, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı addımlarında Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsini də nəzarə alacaqlar....

28 Oktyabr 2026, 17:54

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib

İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib.Citypost.az Fonda istinadən xəbər verir ki, dəyişikliyə əsasən, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fondla qüvvədə olan kirayə müqaviləsi üzrə kirayəçi olan şəxslər əsas borcalan qismində ipoteka kreditindən faydalana bilməyəcəklər.Dəyişiklik ipoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın yararlanması, prosesin şəffaflığının artırılması və sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır.Bununla yanaşı, ipoteka kreditlərinə müraciət zamanı “SİMA İmza”nın üztanıma texnologiyası tətbiq ediləcək. Vətəndaşlar müraciətlərini rəqəmsal imzanın biometrik identifikasiya funksiyası vasitəsilə təsdiqləyə biləcəklər.Fondun məlumatına görə, bu yenilik müraciətlər zamanı sui-istifadə hallarının, prosesə kənar müdaxilənin və xüsusi proqram təminatlarından istifadənin qarşısının alınmasına...

28 Oktyabr 2026, 17:49