Bizə yazın

Baku

-°C

USD

-

Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir, vergi inzibatçılığı sadələşdirilir

Cəmiyyət 21 Yanvar 2025, 15:29

26841

Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir.

Citypost.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, layihəyə əsasən, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün

- əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə verginin tutulması təmin ediləcək;

- satışın həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq;

- əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək;

- əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək;

- portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək;

- həmçinin əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.Citypost.az xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.Prezident İlham Əliyev sakinlərə mənzillərin açarlarını təqdim edib.

06 Noyabr 2026, 14:49

Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib

Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının pensiya ödənişi başa çatdırılıb.Bu barədə Citypost.az-a ƏƏSMN-dan məlumat verilib.Bildirilib ki, vətəndaşlar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

06 Noyabr 2026, 14:38

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub - Özəl 

"Sertifikasiyadan kəsilən bəzi müəllimlər Elm və Təhsil Nazirliyi tərəfindən işlə təmin olunurlar".Citypost.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib.Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub - ÖzəlO qeyd edib ki, sertifikasiyadan keçə bilməyən şəxslər sosial həssas qruplara münasibət çərçivəsində Uşaqların Müdafiəsi İdarəsində sosial pedaqoq vəzifələrində işləyə bilirlər."Bu vəzifələr üzrə tamştat, yarımştat əsaslarla, məktəblərdə dərs deməmək şərti ilə aidiyyəti üzrə işlərə cəlb olunan heyətimiz var. Bu say 1000 nəfərdən çoxdur. Növbəti mərhələlərdə sayın artırılması gözlənilir", - deyə nazir müavini vurğulayıb....

06 Noyabr 2026, 14:17

Mürsəl İbrahimov Qəbələdə vətəndaşları qəbul edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov noyabrın 6-da Qəbələ rayon şöbəsinin inzibati binasında Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.Dövlət Xidmətindən Citypost.az-a verilən məlumata görə, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.Qəbulda 1 şəhid ailəsi və 5 müharibə iştirakçısı olmaqla 26 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar Dövlət Xidmətində həqiqi hərbi xidmətə və ya işə qəbul, veteranlıq və s. məsələlərlə bağlı müraciət ediblər.Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun...

06 Noyabr 2026, 14:15

24 ilin sirri açıldı: Neft Akademiyasındakı qətldə keçmiş tələbə şübhəli bilinir

Prokurorluq və daxili işlər orqanları, o cümlədən Bakı şəhəri Nəsimi Rayon Prokurorluğu və Rayon Polis İdarəsi tərəfindən peşəkar şəkildə birgə həyata keçirilmiş kompleks istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində əvvəlki illərdə törədilmiş daha bir xüsusilə ağır cinayətin üstü açılıb.Citypost.az  xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.Belə ki, 7 oktyabr 2002-ci il tarixdə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) inzibati binasının həyətində mühafizəçi Məhəmmədəli Məhərrəmovun kəsici-deşici alətlə qəsdən öldürülməsi, ali tədris müəssisəsinin inzibati binasından müxtəlif əşyaların oğurlanması faktına dair Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işinin icraatı təzələnərək...

06 Noyabr 2026, 14:08

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

“Bu gün Azərbaycanda qısa iş günü deyil”.Citypost.az xəbər verir ki, Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib.“Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlki iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.6 noyabr qeyd olunan günlərin ərəfəsinə təsadüf etmədiyindən, həmin tarix qısaldılmış iş günü hesab edilmir”, - rəsmi məlumatda bildirilib.Qeyd edək ki, bu gün bir sıra media resurslarında 6 noyabrın Azərbaycanda qısa iş  günü olmasına dair məlumatlar yayılıb....

06 Noyabr 2026, 13:42