Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda teletibb xidmətləri tətbiq olunacaq

Cəmiyyət 30 Yanvar 2025, 12:00

30138

Şəxsin 15-20 dəqiqə müddətində çata biləcəyi ilkin tibbi xidmətlər göstərən müəssisənin olması təmin olunmalıdır.

Citypost.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-ın İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova deyib.

Şərafət İsmayılova bildirib ki, yerləşməsindən asılı olmayaraq bütün ilkin tibbi səhiyyə müəssisələrində eyni keyfiyyətdə xidmətlər təmin olunmalıdır: “Profilaktika hər zaman müalicədən daha ucuz və daha səmərəlidir. İlkin səhiyyə xidmətinin təkmilləşdirilməsi bizim səhiyyə xərclərimizi azaldacaq. İlkin səhiyyə xidməti 2 hissəyə bölünüb. Bura həkim olmayan ərazilərdə göstəriləcək tibbi yardım və həkim olan müəssisələrində göstəriləcək tibbi yardım daxildir. Həkim məntəqələri və tibb məntəqələri bu baxımdan regionlarda nəzərdə tutulub. Rayon mərkəzləri və şəhərlər üçün isə poliklinika modelini nəzərdə tutmuşuq. Bəzi ərazilərdə səyyar ilkin səhiyyə xidməti və teletibb xidmətləri tətbiq olunacaq. Qaydada bu xidmətin göstərilmə şərtləri nəzərdə tutulacaq. Teletibblə əlaqədar qanunvericilikdə müəyyən tənzimləmələrə ehtiyac var”.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - PROQNOZ 

Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, Azərbaycanın dağlıq ərazilərində isə qar yağacağı gözlənilir.CityPost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında yağışın ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 10-12, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var.Səhər yağıntılar tədricən kəsiləcək, gündüz hava əsasən...

22 Noyabr 2026, 12:29

Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA

Noyabrın 21-i axşam saatlarından başlayaraq Azərbaycanın bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, noyabrın 22-si saat 10:00-a olan faktiki hava şəraitinə əsasən, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub, Şahdağda isə arabir qar yağıb.Düşən yağıntının miqdarı Qaxın Sarıbaş kəndində 21, Zaqatalada 12, Şəkinin Kişçay ərazisində 10, Şəmkir və Tovuzda 9, Gədəbəydə 8, Balakən və Daşkəsəndə 6, Oğuzda 5, Gəncə və Ağstafada 4, Göygöldə 2, Qazax, Samux və Mingəçevirdə 1 mm təşkil edib.Bəzi yerlərdə qərb küləyi güclənib. Küləyin maksimal sürəti Mingəçevirdə 21, Şahdağda 20, Goranboyda 19, Kəlbəcər və Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-yə...

22 Noyabr 2026, 11:11

Qazaxda iki nəfər bıçaqlanıb

Qazaxda iki nəfər bıçaq xəsarəti alıb.APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.Rayon sakinləri, 30 yaşlı N. Mustafayev və C. Kazımov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.Hər iki şəxsə tibbi yardım göstərilib. Onların vəziyyətinin normal olduğu bildirilir.Polisin keçirdiyi tədbirlər nəticəsində N. Mustafayev və C. Kazımova kəsici alətlə daxilə nüfuz etməyən xəsarətlər yetirməkdə şübhəli bilinən 34 yaşlı Əfqan Musayev saxlanılıb.Faktla bağlı araşdırma aparılır....

22 Noyabr 2026, 10:37

Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat

Qazaxda ehtiyatda olan zabit dəm qazından boğularaq ölüb.Oxu.Az-ın məlumatına görə, əslən Qazax rayonundan olan, Bakı şəhərində yaşayan 1977-ci il təvəllüdlü Vüqar Qulu oğlu Məmmədov bir neçə gün əvvəl iki avtomobilin toqquşması nəticəsində həyatını itirən Dərgahquliyevlər ailəsinin üzvlərinin yas mərasimində iştirak etmək üçün rayonun Kəmərli kəndinə gedib.O, kənddəki ata evində dəm qazından boğularaq həyatını itirib.Məlumata görə, mərhum ehtiyatda olan zabit olub və Bakı şəhərindəki 185 nömrəli tam orta məktəbdə hərbi müəllim işləyib.Hadisə ilə bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır....

22 Noyabr 2026, 10:18

İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib

İranın Xoy şəhərində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.Bu barədə CityPost.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.Qeyd olunub ki, yerli vaxtıla 01:25-də baş verən zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.Zəlzələ Naxçıvan Muxtar Respublikasının episentrə yaxın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.

22 Noyabr 2026, 09:57

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri noyabrın 21-də başa çatıb.CityPost.az  xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikasının Elm və Texnologiyalar Akademiyasının prezidenti Tran Honq Thai və digər rəsmi şəxslər yola saldılar.

21 Noyabr 2026, 22:33