9 rayonda polis postları quruldu -SİYAHI
Cəmiyyət 03 Fevral 2025, 16:29
38546
Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir.
Citypost.az Azərtac-a istinadən xəbər verir ki, əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.
Bir həftə ərzində aparılacaq əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.
Həmçinin oxuyun
Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.
Kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər fevralın 3-dən 10-dək davam edəcək.
Zakir Fərəcov sakinlərin müraciət və təkliflərini dinləyib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 9-cu mikrorayon ərazisində sakinlərlə növbəti səyyar qəbul keçirib.İcra Hakimiyyətindən Citypost.az-a verilən məlumata görə, görüşdə şəhər İH-nin məsul əməkdaşları, aidiyyəti idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.Qəbul zamanı sakinlərin müraciət və təklifləri dinlənilib, əsasən mənzil-kommunal təsərrüfatı, məşğulluq, abadlıq, infrastruktur və sosial məsələlərlə bağlı qaldırılan problemlər müzakirə olunub.Zakir Fərəcov müraciətlərin diqqətlə araşdırılmasının və vətəndaşların problemlərinin qanunvericiliyin tələblərinə uyğun həlli üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, əlavə araşdırma tələb edən məsələlərin nəzarətdə saxlanılması tapşırılıb.Sakinlər müraciətlərinin birbaşa dinlənilməsinə və qaldırılan məsələlərə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.Qeyd edək ki, Sumqayıt Şəhər İcra...
20 Noyabr 2026, 13:36
Adəm Məmmədova yenidən cinayət işi açıldı - Axtarışa verildi
Keçmiş vəkil Adəm Məmmədova yenidən cinayət işi açılıb.Citypost.az xəbər verir ki, A.Məmmədov bu dəfə sağlamlığa zərər vurmaqda ittiham olunur.Onun barəsində Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.Adəm Məmmədov istintaqdan qaçıb gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmayıb, prokurorluq tərəfindən axtarışa verilib.Qeyd edək ki, A.Məmmədov ötən il 6 ay həbsdə olub. Cinayəti ilə bağlı Vəkillər Kollegiyasından xaric edilən Məmmədovun sonradan ölkədən getdiyi bildirilir.İndiki cinayət işində isə o, bir nəfərin üstünə hücum çəkib, sağlamlığına ziyan vurmaqda təqsirləndirilir. Hazırda hərtərəfli istintaq aparılır. (Qafqazinfo)...
20 Noyabr 2026, 13:32
AMEA-nın strukturunda dəyişiklik edilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunda dəyişiklik edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Belə ki, Azərbaycam Milli Elmlər Akademiyasının strukturuna daxil olan Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələrin sayı artırılıb. Humanitar Tədqiqatlar və Diyarşünaslıq İnstitutu, Nizami Gəncəvi Mərkəzi həmin bölmənin tərkibinə daxil edilib.
20 Noyabr 2026, 13:10
Şənbə günü Azərbaycanda 21 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə 65-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13°...
20 Noyabr 2026, 13:06
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycanda tezliklə Vyetnamın səfirliyi açılacaq.Citypost.az xəbər verir ki, bunu Vyetnamın Baş naziri Le Minh Hunq Prezident İlham Əliyevlə görüşü zamanı bildirib.Dövlət başçısı isə Vyetnamın bu addımını yüksək qiymətləndirib. Azərbaycanın Vyetnamda səfirliyinin uzun müddətdir fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, diplomatik nümayəndəliklərin tam fəaliyyəti ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verəcək.
20 Noyabr 2026, 12:42
İcra başçısını ilk məhkəmədə udmuşdu - Bu dəfə cəzalandırıldı
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov ona böhtan atmaqda ittiham etdiyi kəndliyə budəfəki məhkəmədə qalib gəlib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsi icra başçısının şikayətini təmin edib.Belə ki, Asif Hüseynov Uzunboyad kənd sakini Vüsal Muradovu bundan əvvəl Xaçmaz Rayon Məhkəməsinə vermişdi. Məsələ isə ondan ibarətdir ki, Vüsal sosial şəbəkələrdəki paylaşımlarda icra başçısına dəyəri 10 min manat olan 10 ton arpanı nisyə satdığını, pulunu ala bilmədiyini iddia edib.Kəndli şikayətini ictimailəşdirdikdən sonra pulunu ala biləcəyinə ümid edib, lakin qarşı tərəfin etirazı ilə üzləşib. İcra başçısı şikayət ərizəsində kəndlinin böhtan atdığını və ona borcu olduğunu yalan dediyini bildirib. Həmçinin Vüsalın...
20 Noyabr 2026, 12:28