Bizə yazın

Baku

-°C

USD

-

"Azərpoçt" işçiləri qəzalı binada işlədir - ŞİKAYƏT

Cəmiyyət 04 Fevral 2025, 13:09

52733

Bakının Səbail rayonunda bağlanan poçt şöbəsi qalmaqala səbəb olub.

 

Bu barədə Citypost.az-a ərazidə yaşayan sakinlər məlumat verib.

 

Məlumata görə,Səbail rayonu,20-ci sahə adlanan ərazidə ,Salyan yolu 10/23 ünvanında yerləşən 23 saylı poçt şöbəsinin qeyri-müəyyən səbəbdən bağlanması narazılıq yaradıb.
Uzun müddətdir ki, sözügedən poçt şöbəsi həmin  ünvanda  fəaliyyət göstərib. Ərazidə əhalinin sıx məskunlaşmasını nəzərə alsaq, poçt şöbəsinin bağlanması həqiqətən  də  o ərazidə  yaşayan  sakinlərin  çətinlik  çəkməsinə  səbəb  olacaq.

 

Poçt şöbəsinin üzərində müvəqqəti təmirə bağlanır lövhəsi asılsa da, orada heç bir  təmir  işləri  görülmür. Sakinlər  isə   başqa  söz  deyir.

 

Vətəndaş Ellada Bayramovanın sözlərinə görə,sözügedən poçt şöbəsi burada 50 ildən artıqdır ki, fəaliyyət göstərir.

 

“Burada əhali sıx məskunlaşıb.Hər kəs də bu poçt şöbəsindən istifadə edir. 1 aydan artıqdır ki, buranı təmir adı ilə bağlayıblar. Deyirlər ki, guya bina qəzalı vəziyyətdədir.Bina qəzalı vəziyyətdədirsə,içərisində əməkdaşlar niyə oturub? Onlar nə iş görür orada?Üstəlik,qəzalı vəziyyətdə olan binanın üstündə uşaq bağçası ,yanında uşaq dərnəyi olarmı? Hazırda həmin uşaq bağçası  və dərnək işlək vəziyyətdədir.”,- deyə  sakin  bildirib.

 

Yerli sakinlərdən aldığımız məlumata görə, poçt şöbəsinin bağlanmasına səbəb  kimi  binanın  elektrik  xətlərində olan problem  göstərilir.

 

Ərazidə yaşayan vətəndaşlar onlara xidmət üçün təklif olunan poçt şöbəsinin uzaqda yerləşməsini və onlar üçün əlverişsiz olduğunu bildiriblər.

 

“Bizi  Badandarda yerləşən 4 saylı poçt şöbəsinə yönləndirirlər. Ora isə bizdən uzaqdır.Öz poçtumuz olduğu halda, niyə bu qədər məsafə qət edib,ora getməliyik?”,-deyə sakinlərdən biri əməkdaşımıza bildirib.

CityPost.az--ın əməkdaşı vətəndaşların narazılığı ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinə sorğu ünvanlayıb.
Şöbənin müdiri Afaq İbrahimovanın sözlərinə görə, poçt şöbəsinin inzibati binası hazırda istismara uyğun deyil.

“Nəzərinizə çatdırmaq istəyirik ki, Səbail rayonu, Salyan yolu 10/23 ünvanında fəaliyyət göstərən AZ1023 indeksli poçt şöbəsinin inzibati binası hazırda istismara uyğun deyil.
Belə ki, binada elektrik xətləri və kanalizasiya sistemi istifadəyə yararsız olmaqla yanaşı, həm də qəzalı vəziyyətdədir. Məntəqədə tez-tez qısa qapanmalar müşahidə olunur, eləcə də subasmalar baş verir. Şöbədə elektrik xətlərində yaranan qısaqapanma yanğın təhlükəsi yaradır ki, bu da şöbədə xidmət göstərən əməkdaşlar üçün, eləcə də xidmət alan vətəndaşlar həyatını təhlükəyə atmaq, o cümlədən xidmət keyfiyyətinin çox ciddi şəkildə aşağı düşməsi deməkdir”,-deyə Afaq İbrahimova bildirib.

“Azərpoçt”un sözçüsü həmçinin sözügedən poçt şöbəsinin bağlanmayacağını da vurğulayıb.

 

“Bütün bunlar nəzərə alınaraq, məhz  həmin inzibati binada poçt şöbəsinin vətəndaşlara xidmət göstərilməsi müvəqqəti dayandırılıb. Xidmətlərin icrası yaxınlıqdakı  digər AZ1004 indeksli şöbəyə həvalə edilib və bu barədə məlumat əhali ilə paylaşılıb. 

Şöbənin fəaliyyətinin müvəqqəti dayandırılması isə onun  bağlanması demək deyil. Hazırda paralel olaraq binada cari təmirin həyata keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, əməkdaşların daha yaxşı şəraitdə çalışması və vətəndaşlara keyfiyyətli xidmətin göstərilməsi üçün həmin poçt  şöbəsinin  fəaliyyətinin digər  məkanda  davam etdirilməsi imkanları da tərəfimizdən araşdırılır.”,- deyə O, bildirib.

 

Miri Məcidli

 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kənan Rövşənoğlu: “Türkiyə cəmiyyəti tarixə ideoloji baxışdan çıxa bilmir”

Türkiyədə əsas müzakirə mövzusu Haluk Bilginerin "Türk sineması" deyil, "Türkiyə sineması olmalıdır" deməsi və islamçı jurnalistin 10 noyabr Atatürkün anım günü ilə bağlı sözləridir. Əslində, daha ciddi problematik mövzular var, amma ənənəvi olaraq bu cür mövzular hər şeyi üstələyir. Çünki cəmiyyət həssas və qırılqandır. Daxili milli bütünlük möhkəm deyil. Bunu mən praktikada 25 il əvvəl yaşamışdım. Demək 90-cı illərin sonlarında Səid Nursinin həyatından bəhs edən kitab əlimə keçmişdi. Kitabı yeni oxuduğum vaxtlarda bir yaxın tanışın evində məclisdə Atatürk liseyinin iki müəllimi ilə tanış oldum. Söhbətləşdik və mən təbii ki, Türkiyə "gerceklərini" bilmədiyim üçün müəllimlərə Səid Nursinin kitabından bəhs etdim. Hiss etdim ki,...

16 Noyabr 2026, 01:00

Qənirə Ataşovadan ABŞ-dakı vəziyyətlə bağlı açıqlama: “Bu qədər panikaya ehtiyac yoxdur”

ABŞ-da yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova sosial şəbəkələrdə Amerikada baş verən hadisələrlə bağlı yayılan xəbərlərin yaratdığı ajiotaja münasibət bildirib.O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Jurnalist qeyd edib ki, sosial şəbəkələrdə yayılan məlumatlara baxdıqda insanda elə təəssürat yaranır ki, sanki ABŞ-da dünyanın sonu yaxınlaşır. Lakin onun sözlərinə görə, bu qədər təşvişə düşməyə ehtiyac yoxdur və gündəlik həyat öz axarında davam edir.Qənirə Ataşova bildirib ki, insanlar sosial şəbəkələrdə gördükləri hər məlumatı həqiqət kimi qəbul etməməli, yayılan xəbərlərə daha soyuqqanlı yanaşmalıdırlar.O, amerikalıların alış-veriş vərdişlərinə də diqqət çəkərək qeyd edib ki, ABŞ-da insanlar ərzaq və digər gündəlik tələbatlarını çox vaxt həftəlik və ya...

16 Noyabr 2026, 00:34

Nura Suridən xəbərdarlıq: “Bəsdir də bu qədər qorxu, bu qədər təşviş”

Müğənni Nura Suri sosial şəbəkə hesabında son günlər dünyada baş verən hadisələrlə bağlı yayılan xəbərlərin insanlarda yaratdığı qorxu və təşvişdən yazıb.O, bu barədə Facebook hesabında paylaşım edib.Müğənni bildirib ki, son vaxtlar yayılan xəbərlərə nəzər saldıqda insanda elə təəssürat yaranır ki, sanki dünyanın sonu yaxınlaşır. Onun sözlərinə görə, internetin fəaliyyətini dayandıracağı, ABŞ-da təyyarələrin uçmadığı, Microsoft sistemlərinin işləmədiyi, kriptovalyutaların çökdüyü ilə bağlı xəbərlər, eləcə də yadplanetlilərlə bağlı iddialar cəmiyyətdə əlavə narahatlıq yaradır.Nura Suri qeyd edib ki, demək olar, hər gün yeni bir qorxu və təşviş doğuran məlumat yayılır. Belə xəbərlərin fonunda kriptovalyuta bazarında, xüsusilə Bitcoin-in qiymətində baş verən dəyişikliklər də insanların narahatlığını...

16 Noyabr 2026, 00:33

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur.CityPost.az xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlər görülür.

15 Noyabr 2026, 22:17

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə “Yubiley gecəsi” keçirilib

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının isə 70 illik yubileyi münasibətilə Heydər Əliyev Sarayında “Yubiley gecəsi” adlı möhtəşəm konsert proqramı təşkil olunub.Citypost.az xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, AzTV-nin tanınmış və korifey aparıcıları, müxtəlif dövlət qurumlarının nümayəndələri, ictimai-siyasi xadimlər, ziyalılar və media nümayəndələri iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Gecədə ilk olaraq Azərbaycan Televiziyasının sədri Rövşən Məmmədov çıxış edərək Prezident İlham Əliyevin yubiley münasibətilə ünvanladığı təbrik məktubunu səsləndirib.Daha sonra gecənin bədii hissəsində Azərbaycanın tanınmış sənətkarları və musiqi kollektivləri çıxış ediblər. Xalq artistləri Zeynəb Xanlarova, Faiq Ağayev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Teyyub Aslanov, Samir Cəfərov,...

15 Noyabr 2026, 21:37

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında noyabrın 16-da müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Noyabrın 16-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

15 Noyabr 2026, 21:06