Bizə yazın

Baku

-°C

USD

-

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Cəmiyyət 05 Fevral 2025, 10:38

29184

Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Citypost.az xəbər verir ki, müraciətdə yaxın günlər ərzində ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi vurğulanıb.

Bildirilib ki, FHN əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır:

"Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğın və ya partlayışla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər.

Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir".

Müraciətdə vurğulanıb ki, xüsusilə, dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edilir.

"Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir", - müraciətdə bildirilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib.Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib.Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb.Məlumata görə, onun meyitini birlikdə yaşadığı bacısı aşkarlayıb. Tələbənin ölüm səbəbi məlum deyil.Faktla bağlı araşdırma aparılır.

14 Noyabr 2026, 20:00

Zaur Mikayılov Naxçıvanda su layihələrinin icrası ilə tanış olub

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Naxçıvana səfəri çərçivəsində bir sıra su təsərrüfatı layihələrinin icra vəziyyəti ilə tanış olub.Bu barədə Citypost.az-a ADSEA-dən bildirilib.Məlumata əsasən, səfər zamanı Culfa rayonunun Əlincə kəndi ərazisində Bənənyar kanalına, Babək rayonunun Çeşməbasar və Gülşənabad kəndləri arasında 240 hektar sahədə qapalı suvarma və drenaj şəbəkəsinin tikintisinə, Nehrəm qəsəbəsində Araz-2 nasos stansiyasına, həmçinin Naxçıvan şəhəri ərazisində Qaraçux kanalının tikintisi işlərinə baxış keçirilib.Bildirilib ki, layihələrin həyata keçirilməsi Naxçıvanda suvarma infrastrukturunun müasirləşdirilməsinə, su təminatının yaxşılaşdırılmasına və kənd təsərrüfatı torpaqlarının suvarma imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək....

14 Noyabr 2026, 17:19

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentina Respublikasının Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru Martin Lopes Savaleta ilə ikitərəfli görüşlər keçirilib.Baş Prokurorluqdan Citypost.az-a veilən məlumata görə, Federal Baş prokuror Eduardo Kasal ilə keçirilmiş görüş zamanı Kamran Əliyev Azərbaycan ilə Argentina arasında qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlərin inkişafına ölkəmizin xüsusi önəm verdiyini bildirib.Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və çoxşaxəli xarici siyasət kursunda Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, ölkəmizin tərəfdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsi, müxtəlif regionlarla siyasi, iqtisadi...

14 Noyabr 2026, 15:47

İrandan Rusiyaya gedən yüklər Azərbaycanda ləngidilir – AYNA niyə icazə vermir?

İrandan götürdükləri yükləri Azərbaycan ərazisindən tranzit keçirməklə Rusiyaya çatdırmalı olan yük avtomobillərinin sürücüləri çətin vəziyyətlə üzləşiblər.Citypost.az xəbər verir ki, sürücülərin Xəbərlent.az saytına verdikləri məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müvafiq keçid icazəsi verilmədiyindən ayın 30-dan yola çıxan yük avtomobilləri artıq 13 gündür Lənkəranın Liman şəhərində və ölkənin müxtəlif ərazilərindəki qarajlarda gözləyir.Yaranmış vəziyyət sürücülərə və yük sahiblərinə ciddi maddi ziyan vurur. Bildirilir ki, avtomobillərin dayanması ilə əlaqədar GPS sisteminə əsasən hər gün üçün 13 manat əlavə ödəniş hesablanır.Sürücülərin sözlərinə görə, avtomobillərdə tez xarab olan ərzaq məhsullarının və soyuducu sistemlə daşınan yüklərin olması vəziyyəti daha da çətinləşdirir. Gecikmələr yük sahiblərinin...

14 Noyabr 2026, 14:50

Süni intellekt müharibənin qaydalarını dəyişir

Müasir müharibələr artıq yalnız tankların, təyyarələrin, raketlərin və canlı qüvvənin qarşıdurması deyil. Döyüş meydanında kimin daha çox silaha malik olması ilə yanaşı, kimin daha sürətli məlumat topladığı, həmin məlumatı daha dəqiq təhlil etdiyi və qərarları daha qısa müddətdə qəbul etdiyi də həlledici əhəmiyyət daşıyır. Süni intellekt, peyk sistemləri, rəqəmsal şəbəkələr və kiberməkan müasir hərbi strategiyanın ayrılmaz hissəsinə çevrilib. ABŞ, İsrail və İran arasında 2026-cı ildə baş verən müharibə bu yeni reallığı xüsusilə aydın şəkildə nümayiş etdirdi.Bu müharibənin diqqət çəkən tərəfi odur ki, hərbi əməliyyatlar paralel olaraq üç istiqamətdə aparılır: fiziki döyüş meydanında, informasiya məkanında və rəqəmsal infrastruktur üzərində. Əvvəllər müharibənin...

14 Noyabr 2026, 14:33

Ölümlə nəticələnən qəzada xəsarət alan deputatın vəziyyəti açıqlandı

Naxçıvanda qəzaya düşən deputatın vəziyyəti məlum olub.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib. 1990-cı il təvəllüdlü, Naxçıvan MR Ali Məclisinin deputatı Təbriz Eyvaz oğlu Zeynalovun müalicəsi isə Neyrocərrahiyyə şöbəsində aparılır. Xəsarət alan hər iki şəxsin vəziyyətinin stabil, orta-ağır olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır....

14 Noyabr 2026, 14:04