FHN: Ötən sutka 33 yanğına çıxış olub, 15 nəfər xilas edilib
Cəmiyyət 11 Fevral 2025, 10:47
29336
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 15 nəfər xilas edilib.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 15 nəfər xilas edilib.
Azərbaycanda oktyabrın hava statistikası açıqlandı
Oktyabr ayında ölkə ərazisində müşahidə olunan hava açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, 2026-cı ilin oktyabr ayında ölkə ərazisində havanın temperaturu iqlim norması ilə müqayisədə 25 gün normadan yuxarı (1–8 dərəcə), 3 gün normadan aşağı (1–6 dərəcə) olub. 3 gün temperatur iqlim norması daxilində müşahidə edilib. Orta aylıq temperatur 19 dərəcə isti olub ki, bu da iqlim normasından 3 dərəcə yuxarıdır.Bakı və Abşeron yarımadasında maksimal temperatur oktyabrın 18-də Sumqayıtda 30 dərəcə isti, bölgələrdə isə oktyabrın 14-də Zəngilanda 34 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında oktyabrın 4-də Bakıda 10 dərəcə isti, yüksək dağlıq...
02 Noyabr 2026, 14:45
Lənkəran icra başçısı şəhidlərin məzarlarını ziyarət edib
Noyabrın 1-də Vətən müharibəsi şəhidləri Talıbov Elnur Gəgiş oğlunun, Mehdizadə Əli Məcid oölunun və Axundzadə Kənan Hamil oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidlərin “Kiçik Bazar”, Şiləvar və Girdəni kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarları önünə tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub. Citypost.az xəbər verir ki, Taleh Qaraşov şəhid ailələri ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım...
02 Noyabr 2026, 13:39
Sabah Bakıda 23 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 11-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 5-10° isti, gündüz...
02 Noyabr 2026, 13:07
Noyabrda iş və istirahət günlərinin sayı açıqlandı
Noyabr ayında Azərbaycanda qeyri-iş günlərinin sayı açıqlanıb.Citypost.az xəbər verir ki, 2026-cı ilin istehsalat təqviminə əsasən, beşgünlük iş həftəsi ilə çalışanlar üçün noyabr ayında ümumilikdə 11 gün qeyri-iş günü olacaq.Belə ki, noyabrın 8-də Zəfər Günü, noyabrın 9-da isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. (Milli.az)Beləliklə, noyabrın 7-dən 10-dək ardıcıl 4 gün iş olmayacaq. İşçilər noyabrın 11-də işə çıxacaqlar.Noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün digər istirahət günləri də şənbə və bazar günlərinə təsadüf edir.Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə noyabr ayında ümumilikdə 7 gün qeyri-iş...
02 Noyabr 2026, 12:51
Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 27-də Ağstafa şəhərində vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, qəbulda Ağstafa, Qazax, Tovuz sakinləri iştirak edə bilərlər.
02 Noyabr 2026, 12:32
“Tam Store” və “Araz Supermarket” barəsində protokol tərtib olunub
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçı hüquqlarının pozulması ilə əlaqədar “Tam Store” MMC və “Araz Supermarket” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.Citypost.az xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.Bildirilib ki, Agentliyin İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələrinin apardığı yoxlamalar zamanı hər iki marketdə qida məhsullarının üzərində göstərilən qiymətdən daha baha satıldığı müəyyən edilib.Aşkar edilmiş faktlarla əlaqədar hər iki şirkətin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozduğu müəyyən olunub.Şirkətlərin əməllərində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin (malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) əlamətləri müəyyən edildiyindən barələrində inzibati xəta...
02 Noyabr 2026, 12:00