Bizə yazın

Baku

-°C

USD

-

“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi" yubiley medalı təsis ediləcək

Cəmiyyət 11 Fevral 2025, 16:38

39292

“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi" yubiley medalı təsis ediləcək.

Citypost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirıər Planı"nda əksini tapıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Milli Məclisə il ərzində “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi” yubiley medalının təsis edilməsi tövsiyə edilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Unikal"ın əməkdaşına vəzifə verildi

“Xəzər” Futzal Klubunda media və kommunikasiya fəaliyyətinin inkişafı istiqamətində yeni addım atılıb.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, klubun qərarı ilə jurnalist Gülayə Mecid “Xəzər” Futzal Klubunun Mətbuat Katibi vəzifəsinə təyin olunub.Yeni vəzifəsində Gülayə Mecid klubun PR və media fəaliyyətinin koordinasiyası, ictimaiyyət və media ilə əlaqələrin qurulması, komandanın fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması, eləcə də klubun kommunikasiya strategiyasının inkişafı istiqamətində fəaliyyət göstərəcək.Qeyd edək ki, G.Mecid "Unikal Media Qrup"un əməkdaşıdır....

19 Noyabr 2026, 16:44

XİN-də yeni təyinat

Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi vəzifəsinə təyinat olub.Citypost.az “Müsavat”a istinadən xəbər verir ki, bu vəzifəyə nazirlikdə çalışan Jalə İbrahimova təyin edilib.Qeyd edək ki, AIDA Azərbaycan dövləti tərəfindən beynəlxalq humanitar və inkişafa yardım fəaliyyətini həyata keçirir.

19 Noyabr 2026, 16:40

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Məşğulluq həftəsi” çərçivəsində ölkəmizdə ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, “Gülüstan” sarayında təşkil olunan, “İmkanlar və inam” devizi ilə keçirilən tədbirin açılışında hökumət rəsmiləri, sosial tərəfdaşların, o cümlədən özəl sektorun nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.Forum dövlət qurumları ilə özəl sektor arasında əmək və məşğulluq sahəsində birbaşa dialoqu gücləndirmək, qarşılıqlı etimadı daha da artırmaq, yeni tərəfdaşlıq imkanları yaratmaq, biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri, mövcud güzəştlər və təşviq alətləri barədə məlumatlılığını artırmaq, əmək bazarında aktual məsələləri müzakirə edərək birgə həll yollarını müəyyən...

19 Noyabr 2026, 16:39

Toylarında telefon qadağan olunub - Aqutinlə Qalkin də iştirak edib

Bir neçə gün öncə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlunun rus blogerlə baş tutan toy mərasiminin bəzi detalları məlum olub.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə tanınmış özbək bloger Məryəm Tillyayeva “Super” nəşrinə müsahibəsində danışıb.Onun sözlərinə görə, rəfiqəsi, 20 yaşlı rus model Avrora Kibanın iş adamı 36 yaşlı Rüstəm Hacıyevlə noyabrın 13-ü Bakıda baş tutan toy mərasimində qonaqlara telefonlardan istifadə etmək qadağan olunub.“Mən bu qərarı düzgün hesab edirəm və bunu nümunə götürəcəyəm”, - deyə Tillyayeva vuğulayıb.“Super” nəşrinin məlumatına görə, qonaqlar “Four Seasons” hotelində yerləşdirilib, toy da həmin məkanda keçirilib. Məkanın içi bütövlükdə təzə çiçəklərlə bəzədilib.Məclisdə rusiyalı...

19 Noyabr 2026, 16:37

Riyaziyyat dərsliklərinin ictimai müzakirəsi keçirilib

Noyabrın 19-da riyaziyyat fənni üzrə kurikulum və dərsliklərin təkmilləşdirilməsinə həsr olunan ictimai müzakirə keçirilib.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Tədbirdə dövlət və özəl ümumi təhsil və ali təhsil müəssisələrinin qabaqcıl müəllimləri, dərslik müəllifləri və mütəxəssislər iştirak ediblər. Görüşün məqsədi riyaziyyat fənni üzrə kurikulum və dərsliklərin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat vermək, təhsil ictimaiyyətinin rəy və təkliflərini öyrənmək olub.Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev dərsliklərin hazırlanması, sınaqdan keçirilməsi və ekspertizası prosesləri barədə məlumat verib. O, hər bir dərsliyin kütləvi istifadəyə verilməzdən əvvəl...

19 Noyabr 2026, 16:36

Bəşir Süleymanlıya 7 il 6 ay həbs verildi

“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.B.Süleymanlı vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. Qeyd edək ki, ittihama görə, B. Süleymanlı Paris şəhərində fəaliyyət göstərən ABŞ-nin Alman Marşal Fondundan və digər fondlardan sosial məzmunlu layihələr adı ilə ümumilikdə 148 min manatdan artıq qrant vəsaitini tamah məqsədilə ələ keçirib....

19 Noyabr 2026, 16:33