Moskva ətrafında PUA hücumu zamanı doqquz nəfər yaralanıb, bir nəfər ölüb
Dünya 11 Mart 2025, 10:53
34331
Pilotsuz uçuş aparatlarının düşməsi nəticəsində ən çox zərərçəkən və dağıntılar Moskva ətrafındakı üç bələdiyyədə qeydə alınıb.
Citypost.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.
Leninski şəhər dairəsində (Vidnoye) PUA qalıqlarının düşməsi nəticəsində 4 yaşlı uşaq da daxil olmaqla altı nəfəri yaralanıb. Zərərçəkənlər yüngül xəsarətlər alıblar, həyatları üçün təhlükə yoxdur. Həmçinin dronlar "Moskoks" və "Santexkomplekt" şirkətlərinin anbarlarının ərazilərinə düşüb, lakin itki yoxdur.
Həmçinin oxuyun
Onun sözlərinə görə, Domodedovoda "Miratorq" şirkətinin Yam kəndindəki istehsalat kompleksinin yaxınlığındakı avtomobil dayanacağında 38 yaşlı mühafizəçi həlak olub, başından yaralanmış daha iki kişi isə xəstəxanaya yerləşdirilib. Onlardan biri reanimasiyadadır. PUA qalıqlarının düşməsindən sonra yanğın başlayıb, nəticədə 20-dən çox avtomobil yanıb. Kotlyakovo kəndində 43 yaşlı qadın xəsarət alıb, onun vəziyyəti ağır qiymətləndirilir.
Ramenski şəhərində beş nəfər stress şikayəti ilə tibbi yardıma müraciət edib. Severnoye şossedəki yaşayış binasında yeddi mənzil zədələnib, Sofyino qəsəbəsində isə fərdi evin damı yanıb. Yanğınsöndürənlər yanğını operativ şəkildə lokallaşdırıblar.
Pezeşkian özünə yeni müşavir təyin edib
İran Prezidenti Məsud Pezeşkian Hüseyn Füruzanı azad ticarət-sənaye və xüsusi iqtisadi zonalar üzrə müşaviri təyin edib.Citypsot.az IRNA agentliyinə istinadən xəbər verir ki, Pezeşkian yeni müşavirə mövcud resurs və imkanlardan istifadə etməklə hökumətin iqtisadi inkişaf proqramının həyata keçirilməsinə töhfə verməyi tapşırıb.Füruzan bu istiqamətdə təklif və tövsiyələrin hazırlanmasına da dəstək göstərəcək. (Modern.az)
10 Noyabr 2026, 18:09
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb.Citypost.az xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb.Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğundan şübhələnib.Ovçu tabuta yaxınlaşaraq atəş açacağı ilə hədələyib. Bu zaman tabutun içindən aptek köşkünün sahibi olan gənc çıxıb. Hadisə yerindən keçən və dərman bitkiləri topladığı bildirilən bir şəxs ovçuya kömək edərək gənci kəndə aparıb.Tabutdan çıxan kişinin kəndə gətirilməsi sakinlərin böyük marağına səbəb olub. Bəziləri hadisə ilə bağlı polisə müraciət etməyi təklif edib.İlkin məlumata görə, gənc qədim inanclara əsaslanan ayin...
10 Noyabr 2026, 17:52
Türkiyə Ermənistanla sərhədi açmağa hazırdır
Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.Nazir məsələni ermənistanlı həmkarı ilə müzakirə etdiyini deyib. Onun sözlərinə görə, razılıq əldə olunacağı təqdirdə sərhəd-keçid məntəqələrinin açılması prosesi çox vaxt aparmayacaq.Uraloğlu bu zaman Azərbaycan üçün əhəmiyyətli məsələlərin nəzərə alınacağını vurğulayıb.Nazir sərhəd-keçid məntəqələrinin yaxın vaxtlarda açılacağına ümid etdiyini bildirib....
10 Noyabr 2026, 17:30
Meri püşkatma ilə seçdilər
Perunun Konima şəhərində keçirilən mer seçkilərində analoquna rast gəlinməyən hadisə yaşanıb. Bülletenlər sayıldıqdan sonra hər iki namizədin eyni - 671 səs topladığı məlum olub.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, nəticələrin elan edilməsindən sonra iki namizəd arasında səs fərqinin daxil olmaması seçki komissiyasını hərəkətə keçirib.Səsvermə ilə qalibi təyin etmək mümkün olmadığından Perunun seçki qanunvericiliyində nəzərdə tutulmuş xüsusi maddə tətbiq edilib.Peruda səs bərabərliyi yarandıqda qalibi müəyyənləşdirmək üçün 2026-cı il qaydalarına əsasən püşkatma metodundan - 1 solluq sikkənin atılmasından istifadə olunur. Seçki rəsmilərinin keçirdiyi sikkə püşkatması nəticəsində eyni sayda səs toplayan namizədlərdən biri şəhərin yeni meri seçilib....
10 Noyabr 2026, 17:17
Gürcüstan 91 əcnəbini deportasiya edib
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlər ərzində 91 əcnəbi vətəndaşı ölkədən deportasiya edib.APA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Məlumata görə, deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, İraq, Konqo, Çin, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkiyə, Türkmənistan, Tailand, Tacikistan, Özbəkistan, Uqanda, Filippin və digər ölkələrin vətəndaşları var.Deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.Qeyd edək ki, Gürcüstanda 2025-ci ildən etibarən qeyri-qanuni miqrantlara qarşı mübarizə gücləndirilib. Miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər deportasiya və miqrantların yoxlanılması prosedurlarını sadələşdirib.Rəsmi məlumata görə, cari ilin əvvəlindən Gürcüstandan 3,7 mindən çox əcnəbi deportasiya edilib. Onların 250-dən çoxu Rusiya vətəndaşıdır....
10 Noyabr 2026, 17:03
Türkiyəli deputatın arvadı “hərbi casusluq”dan saxlanıldı
Türkiyə İşçi Partiyasının (TİP) İstanbul millət vəkili Əhməd Şıkın həyat yoldaşı Yonca Verdioğlu Şık “siyasi və ya hərbi casusluq” ittihamı ilə saxlanılıb.Citypost.az Axar.az-a xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Məlumata görə, evində saxlanılan Yonca Şık daha sonra Çağlayandakı İstanbul Ədliyyə Sarayına aparılıb.
10 Noyabr 2026, 16:09