Bizə yazın

Baku

-°C

USD

-

"Reuters": ABŞ Rusiyaya qarşı bir sıra əks-kəşfiyyat əməliyyatlarını dayandırıb

Dünya 19 Mart 2025, 17:07

21499

“Reuters” amerikalı təhlükəsizlik rəsmilərinə istinadən xəbər verir ki, ABŞ Rusiyaya qarşı bir sıra əks-kəşfiyyat əməliyyatlarını dayandırıb.

Citypost.az-ın xəbərinə görə, agentlik yazır ki, Ağ Ev bu qərarı prezident Trampın Ukraynada hərbi əməliyyatlara son qoymaq səylərinin bir hissəsi kimi verib.

Nəşr bildirir ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenin prezidentlik dövründə onun tapşırığı ilə guya “Rusiya Federasiyasının hibrid hərbi kampaniyası”, o cümlədən təxribat və kiberhücumların monitorinqi üçün müxtəlif işçi qruplar yaradılıb. "Reuters"in həmsöhbətləri iddia edirlər ki, belə işçi qruplarına ən azı yeddi Amerika təhlükəsizlik xidmətinin əməkdaşları daxildir.

ABŞ kəşfiyyatının keçmiş və indiki rəsmiləri agentliyə bildiriblər ki, Donald Tramp vəzifəyə gəldikdən sonra bu cür əks-kəşfiyyat əməliyyatlarının əksəriyyəti dayandırılıb. Və bir neçə keçmiş ABŞ rəsmisi iddia edir ki, Co Baydenin tabeliyində olanlar getməzdən əvvəl gələcək ABŞ administrasiyasına Rusiyanın qondarma hibrid əməliyyatları üzərində casusluğu dayandırmamağı qəti tövsiyə ediblər.

Rusiya prezidenti Vladimir Putin martın 18-də amerikalı həmkarı Donald Trampla söhbətində Ukrayna münaqişəsində 30 günlük atəşkəsə razılaşıb, lakin xarici hərbi yardımın tamamilə dayandırılmasını və kəşfiyyat məlumatlarının Ukraynaya ötürülməsini əsas şərtlərdən biri adlandırıb.
Yeganə

Problemlərinizi bizə bildirin

077 323 55 66

Çin liderini lağa qoydu, hücumla üzləşdi – Tayvanda SƏS-KÜYLÜ HADİSƏ

Tayvanda stand-up komediyaçısı Huang Yi-hao Çin prezidenti Si Cinpin haqqında zarafatlarına görə təhdid və fiziki hücumla üzləşib. Hadisə Pekinin Tayvan üzərində təsirini artırmaq üçün həyata keçirdiyi iddia olunan transmilli repressiyalarla bağlı narahatlıqları yenidən gündəmə gətirib.Citypost.az Taipei Times-a istinadən xəbər verir ki, prokurorlar komediyaçının çıxışlarına görə beş nəfərin ona avtomobillə hücum edərək qollarını və ayaqlarını sındırmağı planlaşdırdığını müəyyən ediblər. Həmin şəxslər cinayət təhdidi və hücuma cəhd də daxil olmaqla müxtəlif ittihamlarla üzləşiblər.Məlumata görə, Huang Yi-hao sentyabr ayında avtomobillə vurulub və xəsarət alıb. İddialara əsasən, hücumun təşkilində Çin vətəndaşının Tayvan sakininə 250 min Yeni Tayvan dolları ödədiyi bildirilir.Komediyaçı çıxışlarında Çin liderini tez-tez...

26 Noyabr 2026, 00:58

Böyük Britaniya Paraqvayın yeni hökumətinə dəstəyini ifadə edib

Böyük Britaniya Paraqvay Prezidenti Pedro Alliananın rəhbərlik etdiyi hökumətə dəstəyini açıqlayıb.Citypost.az MercoPress-ə istinadən xəbər verir ki, bu barədə Paraqvay Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin parlament katibinin müavini Kris Elmor Paraqvayın xarici işlər naziri Ruben Ramirezlə telefon danışığı aparıb. Söhbət zamanı Elmor ölkəsinin Pedro Alliana administrasiyasına dəstəyini ifadə edib.Tərəflər ikitərəfli münasibətlərin əsas istiqamətlərini müzakirə edib, 2027-ci ilin əvvəlində siyasi məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər.Qeyd edək ki, Paraqvayın əvvəlki vitse-prezidenti Pedro Alliana noyabrın 6-da prezident kimi and içərək vəzifəsinin icrasına başlayıb. O, bu postda Santyaqo Penyanı əvəz edib.Paraqvayda siyasi dəyişikliklər Ueno Bankının iflası ilə bağlı qalmaqal...

26 Noyabr 2026, 00:42

Los-Ancelesdəki evini itirən Mel Gibson yenidən Kosta Rikadadır

Hollivud aktyoru və rejissoru Mel Gibsonun Kosta Rikada olduğu rəsmən təsdiqlənib.Citypost.az The Tico Times-a istinadən xəbər verir ki, bu barədə ölkənin Miqrasiya və İmmiqrasiya Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, aktyor noyabrın 22-də Kosta Rikaya daxil olub və noyabrın 24-nə olan məlumata görə, onun ölkəni tərk etməsi ilə bağlı heç bir qeydiyyat aparılmayıb.Rəsmilər Gibsonun səfərinin məqsədi, ölkədə nə qədər qalacağı və harada məskunlaşdığı barədə məlumat verməyiblər. Aktyor da səfəri ilə bağlı hələlik açıqlama yaymayıb.Qeyd edək ki, Mel Gibsonun Kosta Rika ilə əlaqələri uzun illərə dayanır. O, təxminən 20 ildir ki, ölkənin Guanacaste bölgəsində, Nikoya yarımadasının Playa Barrigona sahilində böyük şəxsi mülkə...

26 Noyabr 2026, 00:19

Ərdoğan Xəlifə Haftarı qəbul etdi 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun Baş Komandanı, marşal Xəlifə Haftarı və onu müşayiət edən nümayəndə heyətini Prezident Kompleksində qəbul edib.Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qəbul mətbuata qapalı olub.Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, eləcə də Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər....

25 Noyabr 2026, 19:43

Paşinyanın adına saxta profil açdılar

Ermənistanın Baş naziri Nikol Paşinyanın adına saxta "Telegram" hesabı yaradılıb."Unikal" xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan məlumat yayıb. O, istifadəçilərə daha diqqətli olmaları barədə xəbərdarlıq edib.  

25 Noyabr 2026, 18:00

“Fars”: İrana böyük həcmdə dollar gətirilib

Qonşu ölkələrdən birindən İrana böyük həcmdə dollar əskinasları gətirilib.APA-nın Tehran bürosunun məlumatına görə, “Fars” xəbər agentliyi valyuta təklifinin artırılması siyasəti çərçivəsində qonşu ölkələrdən birindən İrana böyük həcmdə ABŞ dollarının gətirildiyini açıqlayıb.Məlumata görə, İran Mərkəzi Bankının rəhbəri bundan əvvəl ölkədəki bütün müraciət edənlərə satılmaq üçün ümumilikdə 2 milyard dollar valyuta ayrıldığını, hər bir müraciətçinin isə maksimum 10 min dollar ala biləcəyini bildirmişdi. Sonradan bu məbləğin 3 milyard dollara çatdırıldığı açıqlanmışdı.Agentlik qeyd edib ki, İran Mərkəzi Bankının valyuta ehtiyatları rəsmilərin açıqlamalarına əsasən, qənaətbəxş vəziyyətdədir. Valyutanın bazara davamlı şəkildə çıxarılmasının dolların məzənnəsinin aşağı düşməsinə şərait yaradacağı gözlənilir....

25 Noyabr 2026, 17:15