"Webb" teleskopu ilk dəfə olaraq planetin atmosferində karbon qazını çəkdi
Dünya 19 Mart 2025, 17:21
24954
"James Webb Kosmik Teleskopu" (JWST) Günəş sistemindən kənar bir planetin atmosferində aşkar edilən karbon qazının ilk görüntülərini əldə edib.
Citypost.az xəbər verir ki, Cons Hopkins Universitetinin astrofizikləri 130 işıq ili məsafədə çoxplanetli HR 8799 sistemini müşahidə ediblər ki, bu da uzun müddətdir ki, planetlərin əmələ gəlməsi üzrə tədqiqatlar üçün mühüm hədəf olub.
Fotoşəkilləri çəkmək üçün Ceyms Uebbin ulduzların ətrafındakı uzaq planetləri tədqiq edən koronaqraf cihazından istifadə edərək, tədqiqatçılar Günəş sistemindən kənar bir planetin atmosferində karbon qazının görüntülərini əldə ediblər.
Tapıntılar həmçinin Yupiter və Saturn kimi təxminən 30 milyon illik sistemin dörd nəhəng planetinin yavaş-yavaş bərk nüvələr əmələ gətirdiyinə dair güclü sübutlar təqdim edir.
Araşdırmanın müəlliflərindən William Balmer, "Bu aşkarlama sayəsində karbon, oksigen və dəmir kimi ağır elementlərin əhəmiyyətli bir hissəsinin bu planetlərin atmosferlərində olduğunu göstərdik" deyib.
Araşdırmanın nəticələri "The Astrophysical Journal"da dərc olunub.
Yeganə
Tramp Netanyahu ilə İsrailə hərbi yardımı dayandırmaq barədə razılaşdığını bəyan edib
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə ilin sonundan etibarən təxminən 4 milyard dollarlıq illik hərbi yardımın dayandırılması barədə razılığa gəldiyini bəyan edib."Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində bildirib."Biz bu sazişi bir neçə ay əvvəl bağladıq və bu onları qane edir, çünki İsrail - çox uğurlu ölkədir. Onların yardıma ehtiyacı yoxdur və ilin sonundan etibarən biz yardımı dayandıracağıq", - Tramp deyib.Bununla yanaşı, ABŞ Prezidenti vurğulayıb ki, Vaşinqton ehtiyac yaranacağı təqdirdə İsraili dəstəkləməyə hazırdır: "Əgər buna ehtiyacı olarsa, biz İsrailə kömək edəcəyik. Onlar çox yaxşı müttəfiqlərdir"....
03 Noyabr 2026, 19:18
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
İsfahanda 4 polis əməkdaşının qətlində iştirak etməkdə ittiham olunan iki nəfər edam olunub.APA-nın Tehran bürosunun məlumatına görə, İranın məhkəmə hakimiyyəti bildirib ki, edam edilən şəxslər odlu və müxtəlif növ soyuq silahlarla silahlanaraq əhaliyə və təhlükəsizlik qüvvələrinə hücum ediblər.Onlar binaları, polis bölməsini və ictimai obyektləri yandıraraq bölgədə qorxu və təhlükəsizlik mühitinin pozulmasına səbəb olublar.Məhkəmə hakimiyyəti hadisənin bu ilin yanvarında İsfahanda baş verdiyini bildirib.Qeyd olunub ki, edam edilən şəxslər İsfahanda törədilmiş cinayətin əsas iştirakçılarından olublar. Mövcud sənədlərə, məhkumların öz etiraflarına və digər təqsirləndirilən şəxslərin ifadələrinə əsasən, onlar hadisə yerində silahlı şəkildə iştirak edib və çoxsaylı cinayətlər törədiblər.Təqsirləndirilən şəxslərin kassasiya şikayətindən sonra hökmlər...
03 Noyabr 2026, 17:38
Xəzərdə beynəlxalq narkotik satışı kanalının qarşısı alınıb, 109 kq narkotik müsadirə edilib
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Xəzər dənizi akvatoriyası vasitəsilə həyata keçirilən beynəlxalq narkotik satışı kanalını aşkar edərək fəaliyyətinin qarşısını alıb.Bu barədə "Report"un Qazaxıstan bürosu Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir.Bildirilib ki, noyabrın 1-də Sərhəd xidməti qurumun Manqistau vilayəti üzrə departamenti ilə birlikdə katerlə təqibdən yayınmağa çalışan üç əcnəbini və sahildə olan iki Qazaxıstan vətəndaşını saxlayıb.Əməliyyat zamanı 109 kq narkotik vasitə, o cümlədən 22 kq tiryək, 27 kq həşiş və 60 kq marixuana, eləcə də kiçikhəcmli kater müsadirə edilib.Faktla bağlı araşdırmalara başlanılıb....
03 Noyabr 2026, 14:30
Zelenski bu gün Berlində Mertslə danışıqlar aparacaq
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Berlinə səfər edəcək və orada Almaniya Kansleri Fridrix Mertslə danışıqlar aparacaq."Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Almaniyanın paytaxtında keçirilən biznes konfransında Kansler özü bildirib.V.Zelenskinin ötən il Ağ Evə etdiyi səfəri xatırladan Merts qeyd edib: "O, günortadan sonra burada mənimlə olacaq və o zaman hər şey bir qədər fərqli olacaq"."Reuters"in məlumatına görə, Ukrayna Prezidentinin Almaniyaya səfərləri son ana qədər gizli saxlanılır və gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir....
03 Noyabr 2026, 13:59
İspaniyada meydanda ürəyi dayanan futbolçunun vəziyyəti pisləşdi
İspaniyada "Tenerife" və "Andorra" komandaları arasında keçirilən matçda qorxulu anlar yaşanıb.Citypost.az Offsideplus.az-a istinadən xəbər verir ki, "Tenerife"nin hücumçusu Xesus de Migel matçın əlavə olunmuş dəqiqələrində rəqib qapıçı Ovono ilə şiddətli toqquşaraq huşunu itirib. Meydanda ürəyi dayanan 28 yaşlı futbolçuya təcili olaraq ürək masajı olunub. İlkin tibbi müdaxilədən sonra nəbzi bərpa olunan və sərbəst nəfəs almağa başlayan hücumçu huşsuz vəziyyətdə təcili xəstəxanaya çatdırılıb. Matç 2:2 hesabı ilə dayandırılıb."Tenerife" klubunun futbolçunun səhhəti ilə bağlı yaydığı son rəsmi bəyanatda isə vəziyyətin kritik olduğu bildirilib:"Xesus de Migelin neyroloji vəziyyətində pisləşmə qeydə alınıb. O, hazırda həkim nəzarətindədir. Yaxın saatlarda əlavə məlumat veriləcək"....
03 Noyabr 2026, 13:30
Avtomobilini etibarnamə ilə verən şəxsin zərərini kim qarşılamalıdır? – Vəkildən açıqlama
Avtomobilini etibarnamə əsasında başqa şəxsə idarə etmək üçün verən sürücülər bəzən gözlənilməz problemlərlə üzləşirlər. Belə ki, etibarnamə ilə avtomobili idarə edən şəxs yol-nəqliyyat hadisəsi törədir, nəqliyyat vasitəsinə ciddi ziyan vurur və nəticədə avtomobil sahibi təmir xərcləri ilə üz-üzə qalır. Bəzi hallarda isə avtomobili idarə edən şəxs hadisədən sonra dəymiş zərəri ödəməkdən imtina edir və məsuliyyəti üzərinə götürmür. Bu zaman avtomobil sahibi öz zərərini hansı qaydada tələb edə bilər? Qəza nəticəsində yaranan təmir xərclərini və sürücünün ödədiyi cərimələri həmin şəxsdən geri almaq mümkündürmü?Vəkil Elcan Həsənli Citypost.az-a açıqlamasında bildirib ki, avtomobilini idarə etmək üçün başqa şəxsə etibarnamə verən mülkiyyətçi belə vəziyyətlə qarşılaşdıqda...
03 Noyabr 2026, 11:40