İtaliyanın bu şəhərində evlər qəhvə qiymətinə satılır
Dünya 19 Mart 2025, 17:51
22343
İtaliyanın Abruzzo bölgəsindəki bir şəhərdə əhalinin azalmasının qarşısını almaq üçün tərk edilmiş evlər 1 avroya satılır.
Citypost.az xəbər verir ki, əsas şərt alınan evin bərpa olunmasıdır.
İtaliyanın mərkəzi hissəsindəki Abruzzo bölgəsində, Adriatik sahilləri ilə Qran Sasso dağ silsiləsi arasında yerləşən Penne qəsəbəsi 1 avroluq (təxminən 40 TL) evləri ilə gündəmdədir.
Əhalinin azalmasına və tərk edilməsinə çarə axtaran qəsəbədə evləri alacaq insanlardan üç il ərzində bərpa işlərini həyata keçirmələri xahiş olunur. Sözügedən şəxslərdən 2 min ilə 5 min avro arasında depozit ödəmələri istənilir; İş başa çatdıqdan sonra depozit geri qaytarılır.
Penne şəhərinin meri Petrucci deyib: “Bizim təmir işlərini məsləhət görən və dəstəkləyən, podratçılar və tədqiqatçılar tapan, alıcılara evlərinin təmirdən sonra necə görünəcəyini çertyojlarla göstərə bilən və təmir fazaları boyunca məsləhət verə bilən memar və ekspertlərdən ibarət komandamız var”. dedi.
Petruççinin sözlərinə görə, kiçik və orta ölçülü bir evin əsaslı təmirinin ilkin dəyəri 20 min avro civarındadır.
Yeganə
Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb
Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb.Bu barədə “CBS NEWS” xəbər verir.Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb. (APA)
05 Noyabr 2026, 16:49
Tehranda binaların üstündə zenit qurğuları quraşdırıldı - Foto
ABŞ-ın İrana hücum ehtimalı ilə eyni vaxtda Tehranın müxtəlif bölgələrində hava hücumundan müdafiə sistemləri quraşdırılıb.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda yerli sosial media istifadəçiləri paylaşım ediblər.Paylaşımlarda zenit qurğularının çoxmərtəbəli binaların üstündə yerləşdirildiyi bildirilib.Qurğuların SEPAH-a məxsus olduğu və bəzi binaların boşaldıldığı iddia edilir.
05 Noyabr 2026, 14:54
“Türkiyə ilə sərhədlər istənilən an açıla bilər” - Mirzoyan
Ermənistanla Türkiyə arasında dialoq intensiv və səmərəli şəkildə davam edir.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan noyabrın 5-də 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin daimi komissiyalarının birgə iclasında bildirib.Nazir qeyd edib ki, əldə olunan irəliləyişə və müsbət dinamikaya baxmayaraq, Ermənistan-Türkiyə sərhədi hələ də bağlı olaraq qalır.Onun sözlərinə görə, proses artıq o qədər müsbət mərhələyə çatıb ki, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması istənilən an baş verə bilər.“Diplomatik münasibətlər də daxil olmaqla, sərhədlərin açılması və əlaqələrin qurulması Ermənistan iqtisadiyyatına əhəmiyyətli fayda gətirəcək”, – deyə Mirzoyan vurğulayıb....
05 Noyabr 2026, 13:50
Britaniya limanında ŞOK HADİSƏ: İmmiqrant balıqçı gəmisini ələ keçirməyə çalışdı
Böyük Britaniyanın Ramsgate limanında immiqrant olduğu ehtimal edilən 30 yaşlı kişi balıqçı gəmisini ələ keçirməyə cəhd edib. O, ekipajdan ailəsini geri gətirmək üçün onu Fransaya aparmağı tələb edib.Citypost.az xəbər verir ki, bu barədə Britaniyanın “Express” nəşri məlumat yayıb.Hadisə noyabrın 3-də, çərşənbə axşamı səhər saatlarında Kent qraflığındakı Royal Docks limanında baş verib. Sudan əsilli olduğu ehtimal edilən şəxs ekipaj üzvləri yatarkən “Carousel” adlı balıqçı gəmisinə minib, mühərriki işə salaraq sürəti artırıb. Nəticədə gəmini körpüyə bağlayan iplərdən biri qırılıb və gəmi liman sularına doğru hərəkət etməyə başlayıb.Gəminin kapitanı və həmsahibi Olli Sviftin sözlərinə görə, həmin şəxs balıqçılardan onu Fransaya aparmalarını istəyib. Ekipaj...
05 Noyabr 2026, 09:11
Qayınanasını öldürən şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib
Belçikada Nikolas Ullens qayınanası Myriam Lechieni qətlə yetirməkdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Nivelles Ağır Cinayətlər Məhkəməsi hökmü noyabrın 4-də elan edib.Citypost.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.Məhkəmə münsiflər heyətinin bir sıra yüngülləşdirici halları nəzərə aldığını bildirib. Bununla yanaşı, prokurorluğun Nikolas Ullensin dərhal həbs olunması ilə bağlı vəsatəti təmin edilməyib.Qeyd edək ki, hadisə 2023-cü il martın 29-da Lasne şəhərində baş verib. Ullens qayınanası Myriam Lechieni öz villasındakı evində qətlə yetirib. Məhkəmə hökmü elan edilərkən təqsirləndirilən şəxs göz yaşlarını saxlaya bilməyib. Onun həyat yoldaşı və mərhumun yaxınları da məhkəmə zalında emosional anlar yaşayıblar.Bundan əlavə, Nikolas...
05 Noyabr 2026, 00:47
Əkrəm Həsənov: “Tramp əvvəlki kimi qoçuluq edə bilməyəcək”
Hüquqşünas Əkrəm Həsənov ABŞ-da keçirilən seçkilərin nəticələrinin Prezident Donald Trampın siyasi imkanlarına təsiri barədə fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, hüquqşünas sosial şəbəkə hesabında paylaşım edərək Trampın Konqresin hər iki palatasına nəzarəti itirdiyini bildirib.Əkrəm Həsənovun fikrincə, bu nəticələr Donald Trampın gələcək fəaliyyətində müəyyən məhdudiyyətlər yaradacaq. O qeyd edib ki, ABŞ prezidenti bundan sonra da öz bildiyini etməyə çalışsa da, əvvəlki kimi sərbəst hərəkət edə bilməyəcək.Hüquqşünas paylaşımında Trampın siyasi davranışını sərt ifadələrlə tənqid edərək onun Konqresin hər iki palatasına nəzarəti itirməsinin siyasi manevr imkanlarını zəiflədəcəyini vurğulayıb.“Özbaşınalıq edəcək yenə, əlbəttə. Amma əvvəlki kimi qoçuluq edə bilməyəcək”, – deyə Əkrəm Həsənov bildirib.Turan ...
05 Noyabr 2026, 00:39