Bizə yazın

Baku

-°C

USD

-

UNICEF: İsrail tərəfindən bir gündə öldürülən uşaqların sayı son bir ildə ən yüksək ölüm göstəricisidir

Dünya 19 Mart 2025, 18:18

23188

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) İcraçı Direktoru Ketrin Rassel, İsrailin Qəzzaya hücumlarını davam etdirməsindən sonra vəziyyətin dəhşətli olduğunu ifadə edərək, "Bu, son bir ildə ən böyük bir günlük uşaq ölüm nisbətini göstərir",-deyə qeyd edib.

Citypost.az xəbər verir ki, Rassel Qəzzada baş verənlərlə bağlı yazılı açıqlama verib.

İsrailin son hücumunda uşaqların və ailələrin yatdığı müvəqqəti sığınacaqları vurduğunu ifadə edən Russell, "Bu, Qəzzada heç bir yerin təhlükəsiz olmadığının başqa bir ölümcül xatırlatmasıdır" dedi. 

Hücumlarla yanaşı, humanitar yardımların ölkəyə girişinin qarşısının alınmasının uşaqlar üçün riski artırdığına diqqət çəkən Russell, son humanitar yük maşınının Qəzzaya daxil olmasından 16 gün keçdiyini bildirib.

"Bu gün Qəzzada 15 aydan çox davam edən müharibədən əziyyət çəkən bir milyon uşaq qorxu və ölümlə dolu bir dünyaya geri qaytarılıb. Hücumlar və zorakılıq dərhal dayandırılmalıdır". Bunu vurğulayan Rassel atəşkəs rejiminin bərpasına çağırıb.

Rassel qeyd edib ki, beynəlxalq humanitar hüquqa bütün tərəflər hörmətlə yanaşmalı, humanitar yardımlar dərhal çatdırılmalı, mülki şəxslər müdafiə edilməli və bütün girovlar azad edilməlidir.

Qəzzadan gələn məlumat və görüntülərin vəziyyətin nə qədər dəhşətli olduğunu göstərdiyini ifadə edən Rassell, "130-dan çoxu uşaq olmaqla yüzlərlə insanın öldüyü bildirilir. Bu, son bir ildəki ən böyük bir günlük uşaq ölüm nisbətini göstərir",-deyə məlumat verib.

Yeganə

Problemlərinizi bizə bildirin

077 323 55 66

İmamoğluna iki il həbs cəzası verildi

Türkiyənin Cümhuriyyət Partiyasının 38-ci qurultayında qanunsuzluğa yol verilməsi üzrə aparılan məhkəmə istintaqı başa çatıb.Citypost.az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə aralarında CHP-nin keçmiş başqanı Əkrəm İmamoğlu da olmaqla 9 nəfərin barəsində 2 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb.Məhkəmə həmçinin, aşağıdakı şəxsləri “Seçki qanununa zidd hərəkət etmək” ittihamı ilə 2 il 1 ay müddətinə azadlıqdan məhrum edib:Rza AkpolatÖzgür ÇelikNihat YeşiltaşBaki AydönerErkan AydınMehmet KılınçarslanMetin GüzelkayaSerhat Can EşMəhkəmə Cemil Tugay, Hüseyn Yaşar və Özgen Namanın isə bəraət almasına qərar verib. (Modern.az)...

18 Noyabr 2026, 19:32

Parisdə hüquq-mühafizə orqanlarının 500-ə yaxın əməkdaşı etiraz aksiyasına çıxıb

Fransanın paytaxtı Parisdə hüquq-mühafizə orqanlarının əməkdaşları Yelisey sarayının yaxınlığındakı Daxili İşlər Nazirliyinin binası qarşısında nümayişə çıxıblar.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.Bildirilib ki, 500-ə qədər polis əməkdaşı Rond-Puen-de-Şam-Elize meydanına toplaşıb, daha sonra isə nazirliyin binasına tərəf gediblər. Onlar davam edən etirazlar fonunda hüquq qaydasının təmin edilməsinə cəlb olunduqlarına görə ödənişlərin artırılmasını tələb edirlər.Nümayişə polisin iğtişaşlarla mübarizə üzrə xüsusi təyinatlı bölməsinin (CRS) əməkdaşları, cinayət istintaqı şöbəsinin, kəşfiyyat xidmətlərinin, məhkəmə-tibbi ekspertizalarının nümayəndələri çıxıblar.Daha əvvəl bildirilmişdi ki, CRS 8 bölməsinin mindən çox əməkdaşı bu gün keçiriləcək genişmiqyaslı etiraz aksiyaları zamanı xidmətə cəlb olunmamaq üçün tibbi müayinədən keçmək məqsədilə...

18 Noyabr 2026, 19:00

Almaniyanın XİN başçısı Ermənistana gedib

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Ermənistana gedib."Report" xəbər verir ki, bu barədə Ermənistan mediası bu ölkənin Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinə istinadən məlumat yayıb.Qeyd olunub ki, artıq Vadefulun Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyanla söhbəti baş tutub.

18 Noyabr 2026, 18:20

İraq Baş naziri SEPAH-a xəbərdarlıq etdi

İraq Baş naziri Əli əl-Zeydi Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı general İsmayıl Qəni ilə görüşdə “Kətaib Hizbullah” qruplaşmasının Bağdadın cənub-qərbində yerləşən Curf əl-Səxr bölgəsindən çıxmasını tələb edərək, əks halda təhlükəsizlik qüvvələrinin müdaxilə edəcəyi barədə xəbərdarlıq edib.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İraq rəsmilərinə istinadla “Rudaw” məlumat yayıb.Qəni görüş zamanı yaranmış fikir ayrılıqlarının danışıqlar yolu ilə həll edilməsini və silahlı toqquşmanın qarşısının alınmasını istəyib. Amma İraq Baş naziri mövqeyindən geri çəkilməyərək, qruplaşmanın bölgəni ya danışıqlar yolu ilə, ya da güc tətbiq edilməklə tərk etməli olduğunu bildirib.G0örüş təxminən 2 saat davam edib. Görüşdən sonra İsmayıl...

18 Noyabr 2026, 17:53

Putin və Tramp Çində ayaqüstü söhbət ediblər

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçirilən APEC sammiti çərçivəsində təşkil olunan rəsmi qəbulda xatirə fotosu çəkilərkən əl sıxışıblar.APA-nın Rusiya bürosu xəbər verir ki, rəsmi qəbul Çin lideri Si Cinpinin adından təşkil olunub.Rusiya və ABŞ liderləri ayaqüstü qısa söhbət ediblər.

18 Noyabr 2026, 16:30

Bolqarıstana turistlərin səfərləri azalıb

2026-cı ildə Bolqarıstana gələn rumın turistlərin sayında azalma qeydə alınıb. Bununla belə, qısamüddətli səfərlər və birgünlük gəzintilər populyarlığını qoruyub.Citypost.az BTA agentliyinə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın turizm naziri İlin Dimitrov Rumıniyanın turizm mediasına müsahibəsində bildirib.Nazirin sözlərinə görə, bu ilin yanvar-sentyabr aylarında Bolqarıstanda 817 min rumın turist qeydə alınıb və onların gecələmələrinin sayı 2,9 milyonu ötüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə turistlərin sayında 13,4%, gecələmələrdə isə 14,8% azalma deməkdir.Bununla yanaşı, ilkin sərhəd statistikası fərqli mənzərə ortaya qoyur. Belə ki, ilin ilk doqquz ayında Rumıniyadan Bolqarıstana 1,5 milyondan çox səfər həyata keçirilib. Bu göstərici cəmi 2,5% azalıb. Nazir...

18 Noyabr 2026, 09:33