Bizə yazın

Baku

-°C

USD

-

Qəzzaya ölənlərin sayı 51 minə çatıb

Dünya 15 Aprel 2025, 14:30

31859

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 17 nəfər artaraq 51 minə çatıb.

CityPost.az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzzada xəstəxanalarda 17 nəfər ölüb, 69 nəfər yaralanıb.
İsrail ordusunun yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozaraq martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 1630 fələstinlinin həyatını itirdiyi, 4302 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 51 minə, yaralı sayının isə 116 min 343-ə yüksəldiyi bildirilib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
Yeganə

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb 

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb.Bu barədə “CBS NEWS” xəbər verir.Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb. (APA)

05 Noyabr 2026, 16:49

Tehranda binaların üstündə zenit qurğuları quraşdırıldı - Foto

ABŞ-ın İrana hücum ehtimalı ilə eyni vaxtda Tehranın müxtəlif bölgələrində hava hücumundan müdafiə sistemləri quraşdırılıb.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda yerli sosial media istifadəçiləri paylaşım ediblər.Paylaşımlarda zenit qurğularının çoxmərtəbəli binaların üstündə yerləşdirildiyi bildirilib.Qurğuların SEPAH-a məxsus olduğu və bəzi binaların boşaldıldığı iddia edilir.

05 Noyabr 2026, 14:54

“Türkiyə ilə sərhədlər istənilən an açıla bilər” - Mirzoyan

Ermənistanla Türkiyə arasında dialoq intensiv və səmərəli şəkildə davam edir.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan noyabrın 5-də 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin daimi komissiyalarının birgə iclasında bildirib.Nazir qeyd edib ki, əldə olunan irəliləyişə və müsbət dinamikaya baxmayaraq, Ermənistan-Türkiyə sərhədi hələ də bağlı olaraq qalır.Onun sözlərinə görə, proses artıq o qədər müsbət mərhələyə çatıb ki, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması istənilən an baş verə bilər.“Diplomatik münasibətlər də daxil olmaqla, sərhədlərin açılması və əlaqələrin qurulması Ermənistan iqtisadiyyatına əhəmiyyətli fayda gətirəcək”, – deyə Mirzoyan vurğulayıb....

05 Noyabr 2026, 13:50

Britaniya limanında ŞOK HADİSƏ: İmmiqrant balıqçı gəmisini ələ keçirməyə çalışdı

Böyük Britaniyanın Ramsgate limanında immiqrant olduğu ehtimal edilən 30 yaşlı kişi balıqçı gəmisini ələ keçirməyə cəhd edib. O, ekipajdan ailəsini geri gətirmək üçün onu Fransaya aparmağı tələb edib.Citypost.az xəbər verir ki, bu barədə Britaniyanın “Express” nəşri məlumat yayıb.Hadisə noyabrın 3-də, çərşənbə axşamı səhər saatlarında Kent qraflığındakı Royal Docks limanında baş verib. Sudan əsilli olduğu ehtimal edilən şəxs ekipaj üzvləri yatarkən “Carousel” adlı balıqçı gəmisinə minib, mühərriki işə salaraq sürəti artırıb. Nəticədə gəmini körpüyə bağlayan iplərdən biri qırılıb və gəmi liman sularına doğru hərəkət etməyə başlayıb.Gəminin kapitanı və həmsahibi Olli Sviftin sözlərinə görə, həmin şəxs balıqçılardan onu Fransaya aparmalarını istəyib. Ekipaj...

05 Noyabr 2026, 09:11

Qayınanasını öldürən şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib

Belçikada Nikolas Ullens qayınanası Myriam Lechieni qətlə yetirməkdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Nivelles Ağır Cinayətlər Məhkəməsi hökmü noyabrın 4-də elan edib.Citypost.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.Məhkəmə münsiflər heyətinin bir sıra yüngülləşdirici halları nəzərə aldığını bildirib. Bununla yanaşı, prokurorluğun Nikolas Ullensin dərhal həbs olunması ilə bağlı vəsatəti təmin edilməyib.Qeyd edək ki, hadisə 2023-cü il martın 29-da Lasne şəhərində baş verib. Ullens qayınanası Myriam Lechieni öz villasındakı evində qətlə yetirib. Məhkəmə hökmü elan edilərkən təqsirləndirilən şəxs göz yaşlarını saxlaya bilməyib. Onun həyat yoldaşı və mərhumun yaxınları da məhkəmə zalında emosional anlar yaşayıblar.Bundan əlavə, Nikolas...

05 Noyabr 2026, 00:47

Əkrəm Həsənov: “Tramp əvvəlki kimi qoçuluq edə bilməyəcək”

Hüquqşünas Əkrəm Həsənov ABŞ-da keçirilən seçkilərin nəticələrinin Prezident Donald Trampın siyasi imkanlarına təsiri barədə fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, hüquqşünas sosial şəbəkə hesabında paylaşım edərək Trampın Konqresin hər iki palatasına nəzarəti itirdiyini bildirib.Əkrəm Həsənovun fikrincə, bu nəticələr Donald Trampın gələcək fəaliyyətində müəyyən məhdudiyyətlər yaradacaq. O qeyd edib ki, ABŞ prezidenti bundan sonra da öz bildiyini etməyə çalışsa da, əvvəlki kimi sərbəst hərəkət edə bilməyəcək.Hüquqşünas paylaşımında Trampın siyasi davranışını sərt ifadələrlə tənqid edərək onun Konqresin hər iki palatasına nəzarəti itirməsinin siyasi manevr imkanlarını zəiflədəcəyini vurğulayıb.“Özbaşınalıq edəcək yenə, əlbəttə. Amma əvvəlki kimi qoçuluq edə bilməyəcək”, – deyə Əkrəm Həsənov bildirib.Turan ...

05 Noyabr 2026, 00:39