Bizə yazın

Baku

-°C

USD

-

Netanyahu Fələstin dövlətinin yaradılmasına qarşıdır

Dünya 15 Aprel 2025, 15:00

31235

İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronla telefon danışığında Fələstin dövlətinin yaradılmasına qarşı olduğunu bildirib.

CityPost.az bildirir ki, bu barədə "Times of Israel" Netanyahunun ofisinə istinadən xəbər verir.

Netanyahu Makrona Fələstin dövlətinin terror üçün böyük mükafat olacağını deyərək, Fələstin Muxtariyyəti də daxil olmaqla heç bir Fələstin rəsmisinin 2023-cü il oktyabrın 7-də Həmas tərəfindən həyata keçirilən qətliamı qınamadığını qeyd edib.
"Baş nazir Fransa prezidentinə bildirib ki, İsrail şəhərlərindən bir neçə dəqiqəlik məsafədə qurulan Fələstin dövləti İran terrorunun qalasına çevriləcək və İsrail ictimaiyyətinin böyük əksəriyyəti buna qəti şəkildə qarşıdır və bu, həm də onun ardıcıl və uzunmüddətli siyasətidir".
Keçən həftə Makron demişdi ki, Paris yaxın aylarda Fələstin dövlətini tanıya bilər. Netanyahunun oğlu Yair bu açıqlamadan sonra Makronun ünvanına tvit yazıb. Netanyahu oğlunun açıqlamalarını tənqid etsə də, Yairin fikrini dəstəkləyib.
Yeganə

Problemlərinizi bizə bildirin

077 323 55 66

Filippində ölülərin xatirəsinə qeyri-adi mərasim keçirilib

Filippinin şimalındakı Saqada şəhərində Bütün Müqəddəslər Günü münasibətilə ölənlərin xatirəsinə ənənəvi Panaq-aapoy mərasimi keçirilib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, mərasim zamanı sakinlər yaxınlarının məzarları üzərində şam ağacından hazırlanmış çubuqları yandıraraq gecə boyunca dua ediblər. Minlərlə insanın qatıldığı mərasimdə qəbiristanlıq yandırılan odların işığı ilə işıqlanıb.Məlumata görə, 122 ildən artıqdır davam edən bu ənənə yerli əhalinin xristian inancları ilə qədim adətlərinin vəhdətini əks etdirir. Şam ağacı çubuqlarının yandırılması mərhum yaxınları yad etmək və onların ruhuna dua etmək məqsədi daşıyır.Son illərdə mərasim turistlərin də diqqətini cəlb etsə də, yerli sakinlər onun dini və mənəvi mahiyyətinin qorunmasının vacibliyini vurğulayırlar. Bu səbəbdən kilsə və...

02 Noyabr 2026, 10:24

Cənubi Koreya süni intellekt və çiplərə ayrılan vəsaiti ikiqat artıracaq

Cənubi Koreya 2027-ci ildə süni intellekt və yarımkeçirici texnologiyalarına investisiyaları ikiqat artıraraq rekord səviyyəyə çatdırmağı planlaşdırır.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Li Ce Myunq parlamentdəki illik büdcə çıxışı zamanı bildirib.Onun sözlərinə görə, gələn il süni intellekt və gələcəyin əsas texnologiyalarının inkişafına 21,3 trilyon von (16 milyard dollar) vəsait ayrılması nəzərdə tutulur. Bu məbləğ cari illə müqayisədə təxminən iki dəfə çoxdur. İnvestisiyalar çip istehsalı, süni intellekt məlumat mərkəzləri və robototexnika sahələrini əhatə edəcək.Prezident, həmçinin süni intellekt, robotlar və dronlardan istifadə etməklə ölkənin hərbi qüvvələrinin modernləşdiriləcəyini və ordunun daha müasir, texnoloji imkanlara malik qüvvəyə çevriləcəyini açıqlayıb.Qeyd edək...

02 Noyabr 2026, 09:41

Ekoloqlardan ExxonMobil-ə xəbərdarlıq: Nadir növlər yox ola bilər

ABŞ-ın enerji nəhəngi “ExxonMobil” Papua Yeni Qvineyada həyata keçirməyi planlaşdırdığı qaz layihəsinə görə ekoloji təhlükələrlə bağlı xəbərdarlıq alıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, təsirlənən torpaq sahiblərinin hüquqlarını müdafiə edən Ətraf Mühit Hüququ və İcma Hüquqları Mərkəzi (CELCOR) layihənin davam etdirilməsinin nadir yarasa növlərinin və digər canlıların məhv olmaq təhlükəsini artıra biləcəyini bildirib.Mərkəzin məlumatına görə, Papua LNG layihəsi sıx meşəlik ərazilərdən, kövrək ekosistemlərdən və manqrov meşələrindən keçəcək. Layihənin təsir dairəsində artıq nəsli kəsilmək təhlükəsi ilə üzləşən 27 quru heyvanı növü var. Onların arasında dünyada ən nadir yarasalardan hesab edilən Bulmer meyvə yarasası da yer alır. Son hesablamalara əsasən, bu növün...

02 Noyabr 2026, 09:39

Abdullah Öcalan İmralıda iqamətgaha köçürüldü

Türkiyənin DEM Partiyasının Şanlıurfa millət vəkili və İmralı heyətinin üzvü Mithat Sancar PKK lideri Abdullah Öcalanın İmralı adasında onun üçün hazırlanmış yeni iqamətgahına köçdüyünü açıqlayıb.“Qafqazinfo” xəbər verir ki, Sancar bu barədə “Medya Haber TV”yə müsahibəsində danışıb.O, Türkiyədə “Terrorsuz Türkiyə” adlandırılan Sülh və Demokratik Cəmiyyət Prosesi çərçivəsində əldə olunan nəticələri dəyərləndirib. Sancar Öcalanın yeni iqamətgaha köçməyə razılıq verməsinin proses baxımından əhəmiyyətli olduğunu bildirib.“Öcalanın ora köçməyi qəbul etməsi prosesin sürətləndirilməsini tələb edir”, – deyə o vurğulayıb.Qeyd edək ki, PKK lideri üçün İmralı adasında yeni yaşayış binasının tikilməsi barədə məlumatlar avqust ayında MHP sədri Dövlət Baxçalının açıqlamasından sonra gündəmə gəlmişdi. Baxçalı həmin vaxt...

02 Noyabr 2026, 08:45

Ərdoğan Zelenskini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə “24 TV” məlumat yayıb.Görüş Prezidentin “Dolmabahçe” ofisində baş tutub.

31 Oktyabr 2026, 17:39

Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu

Türkiyə hazırda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi vəzifəsini icra edən, sabiq xarici işlər naziri və diplomat Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədliyini rəsmi olaraq təqdim edib.Citypost.az xəbər verir ki, Türkiyənin BMT-dəki daimi nümayəndəsi, səfir Ahmet Yıldız “Anadolu” agentliyinə bildiriş məktubunun artıq BMT Baş Assambleyasının Sədrliyinə təqdim edildiyini açıqlayıb.“Prezidentimiz Rəcəb Tayyip Ərdoğan səfir Sinirlioğlunun lazımi keyfiyyətlərini, təcrübəsini və ona olan etimadı nəzərə alaraq, onu BMT-nin Baş katibi vəzifəsinə namizəd göstərməyi məqsədəuyğun hesab edib”, - o deyib.Ahmet Yıldız bildirib ki, BMT-nin Baş katibi seçkilərində hələlik konsensus əldə olunmuş vahid namizəd ortaya çıxmadığı üçün Türkiyə bu...

31 Oktyabr 2026, 09:33