Bizə yazın

Baku

-°C

USD

-

Əlcəzair və Fransa arasında diplomatik böhran davam edir 

Dünya 16 Aprel 2025, 18:18

633

Fransa Əlcəzairin 12 fransalı diplomatı ölkədən çıxarmaq qərarına cavab olaraq 12 Əlcəzair diplomatını öz ərazisindən çıxaracağını açıqlayıb və səfirini geri çağırıb.

CityPost.az xəbər verir ki, Yelisey Sarayından verilən yazılı açıqlamada Əlcəzair səlahiyyətlilərinin 12 Fransa konsulluğunun əməkdaşını ölkədən çıxarması ədalətsiz və anlaşılmaz adlandırılıb.
Bəyanatda Əlcəzair hökumət rəsmilərinin ikitərəfli münasibətlərin dağıdıcı şəkildə pisləşməsinə görə məsuliyyəti öz üzərinə götürdüyü ifadə edilib və Əlcəzairin bu mövqeyinə qarşı simmetrik addım atılacağı və 12 Əlcəzair diplomatının ölkədən çıxarılacağı açıqlanıb.
Açıqlamada Fransa prezidenti Emmanuel Makronun ölkəsinin Əlcəzairdəki səfiri Stefan Romateti də bu çərçivədə məsləhətləşmələr üçün geri çağırdığı bildirilib.
“Dialoqun bərpası Fransa və Əlcəzairin marağındadır”. Bəyanat Əlcəzair hakimiyyətini və Əlcəzair prezidenti Abdelmadjid Tebbuneni dialoq üçün məsuliyyət nümayiş etdirməyə çağırıb.
Fransa mətbuatında yer alan xəbərlərə görə, bəyanat verilərkən 12 fransız diplomat Əlcəzairdən Fransaya qayıdarmış.
Əlcəzair Fransa konsulluğunun 12 əməkdaşını deportasiya edib
“Amir DZ” kimi tanınan dissident Əmir Buxorsun qaçırılması iddiası ilə əlaqədar aprelin 11-də Fransada konsulluq əməkdaşı da daxil olmaqla üç Əlcəzairli saxlanılıb və Fransa ərazisində ağır cinayətlər törətmək ittihamı ilə həbs edilib.
Aprelin 13-də Fransanın Əlcəzairdəki səfiri Romateti Xarici İşlər Nazirliyinə çağıran Əlcəzair Fransada bir konsulluq əməkdaşının həbsi ilə əlaqədar etiraz notası təqdim edib və aprelin 14-də Fransa konsulluğunun 12 əməkdaşının 48 saat ərzində ölkəni tərk etməsini istəyib.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

WSJ: Tramp Administrasiyası Suriyanın yeni rəhbərliyini hədələyir

The Wall Street Journal yazır ki, Tramp administrasiyası Dəməşqdən ekstremistlərə qarşı sərt tədbirlər görməsini və məhdud sanksiyaların aradan qaldırılması müqabilində fələstinli yaraqlıları ölkədən çıxarmasını istəyir.

18 Aprel 2025, 17:30

Tramp əmindir ki, Aİ ilə ticarət razılaşması əldə edəcək

ABŞ prezidenti Donald Tramp və İtaliyanın baş naziri Corciya Meloni ABŞ və Avropa İttifaqının (Aİ) ticarət tarifləri ilə bağlı razılığa gələ biləcəklərinə əmin olduqlarını bildiriblər.

18 Aprel 2025, 17:17

NATO ABŞ administrasiyasına görə sənədlərdə dili "yumşaldır"

“Politico” öz mənbələrinə istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı (NATO) hazırda inklüzivlik, gender problemləri və iqlimlə bağlı sənədlərdəki ifadələri bilərəkdən "yumşaldır".

18 Aprel 2025, 16:44

Zelenskidən FƏRMAN: Səfərbərliyin müddəti uzadıldı

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 2025-ci il avqustun 6-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

18 Aprel 2025, 16:30

Kainatın "itkin" maddəsi tapıldı-Tədqiqat

İllərdir sirr olaraq qalan “itkin baryonlar” nəhayət ortaya çıxıb. Beynəlxalq astronomlar qrupu aşkar edib ki, kainatın görünən maddəsinin itkin yarısı qalaktikaları əhatə edən nəhəng hidrogen buludlarında gizlənib.

18 Aprel 2025, 16:16

Qəzzada körpələr qida və dərman çatışmazlığından ölür

İsrailin martın 2-dən bəri yardımların girməsinə icazə vermədiyi Qəzza zolağında 11 aylıq körpə qida və dərman çatışmazlığı səbəbindən həyatını itirib.

18 Aprel 2025, 15:49