Mask hökumət işini tərk etmək istəyir-ÇÜNKİ...
Dünya 21 Aprel 2025, 16:34

180
ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, sahibkar Elon Mask solun hücumlarından bezdiyi üçün ABŞ hökumətindəki işini tərk etmək istəyir.
CityPost.az bildirir ki, bu barədə "Washington Post" anonim mənbəyə istinadən xəbər verir.
Nəşrdə qeyd edildiyi kimi, Maskın xüsusi dövlət işçisi statusu bu ilin may ayında başa çatır və bu müddətin uzadılıb-uzadılmayacağı hələ dəqiq bilinmir.
Qəzet qeyd edib: "Mask getmək istəyir, çünki soldan gələn murdar və qeyri-etik hücumlar axını kimi gördüyü şeylərdən bezmişdir”.
Qəzet yazır ki, eyni zamanda, Mask hazırda rəhbərlik etdiyi DOGE-nin gələcək işi ilə bağlı narahat deyil, çünki onun komandasının üzvləri artıq “bir çox federal qurumlarda” özlərini təsdiq ediblər. Ağ Evin adı açıqlanmayan yüksək rütbəli məmuru Washington Post-a bildirib ki, DOGE “özləri üçün danışan” tarixi nəticələr əldə edib.
ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan DOGE “boş xərcləmələri azaltmaq və federal agentlikləri yenidən strukturlaşdırmaq” üçün nəzərdə tutulub. ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson daha əvvəl demişdi ki, Hökumətin Effektivliyi İdarəsi ABŞ hökumətinin Konqres tərəfindən təsdiqlənməmiş “şokedici” xərclərini müəyyən edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Martın 18-dən bu günə kimi Qəzzada 600 uşaq ölüb
İsrailin atəşkəsi pozaraq Qəzza zolağına yenidən hücuma başladığı 18 martdan bu yana 600 uşağın öldürüldüyü açıqlanıb.
21 Aprel 2025, 18:00

Polşa və Baltikyanı ölkələr enerji böhranındadır
Polşa və Baltikyanı ölkələr ABŞ və Avropa Birliyinin göstərişlərinə əməl edərək BRELL enerji sistemindən və Rusiya qazından imtina edərək enerji böhranına düşdü.
21 Aprel 2025, 17:51

“La Repubblica”: Papa buna görə vəfat edib...
Papa Fransiskin ölümünün səbəbi insult və ya beyin qanaması ola bilər.
21 Aprel 2025, 17:42

ABŞ sakinlərinin əksəriyyəti Trampın iqtisadi kursunu bəyənmir - "CNBC"
"CNBC" sorğusunun nəticələrinə görə, ABŞ Prezidenti Donald Trampın iqtisadi siyasətlərinə dair reytinqləri onun bütün prezidentlik karyerasında ən pis səviyyəyə düşüb.
21 Aprel 2025, 17:30

Zelenskinin ofisi: Kiyev rejimi Krımı Rusiya kimi tanımaqdan imtina edir
Ukrayna prezident aparatının rəhbərinin müşaviri Serhi Leşşenko bildirib ki, Ukrayna və ABŞ arasında danışıqlar zamanı Krımın tanınması məsələsi qaldırılmayıb.
21 Aprel 2025, 17:17

Putin Rusiya və İran arasında tərəfdaşlıq sazişini ratifikasiya edib
Rusiya prezidenti Vladimir Putin Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqaviləni ratifikasiya edən qanunu imzalayıb.
21 Aprel 2025, 17:00