"Ağ Evdəki mübahisə nə Ukrayna, nə də ABŞ-a kömək etdi" - Zelenski
Dünya 25 Aprel 2025, 13:00
18066
Ukrayna prezident Volodimir Zelenski Ukraynanın ABŞ prezidenti Donald Trampla Ağ Evdə görüşə ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, sonuncu dəfə yaranan mübahisə heç bir tərəfə sərf etmədi.
CityPost.az xəbər verir ki, Zelenski bu barədə “Daily Wire” nəşrinə müsahibəsində bildirib.
"Bizim müzakirə edəcəyimiz çoxlu məsələlər var idi. Həyatımızın müxtəlif mərhələlərində daha fəlsəfi görüşlər keçirmişik, o cümlədən prezident Trampla görüşlər də bu qəbildən olub. Ona görə də hesab edirəm ki, Ağ Evdə keçirilən görüşdəki mübahisə nə Ukraynaya, nə də ABŞ-a kömək etdi", - deyə Zelenski bildirib.
Yeganə
Estoniya qadınların məşğulluğuna görə Avropada ikinci yerdədir
Estoniya qadınların əmək bazarında iştirakı baxımından Avropa İttifaqı ölkələri arasında ən yüksək göstəricilərdən birinə malikdir. Bununla belə, siyasətdə və yüksək rəhbər vəzifələrdə qadınların təmsilçiliyinin aşağı olması ölkənin gender bərabərliyi üzrə ümumi nəticəsinə mənfi təsir göstərir.Citypost.az “The Baltic Times” nəşrinə istinadən xəbər verir ki, Avropa Gender Bərabərliyi İnstitutunun (EIGE) son hesabatında Estoniya 60,2 balla 15-ci yerdə qərarlaşıb. Ölkənin göstəricisi əvvəlki illə müqayisədə 0,7 bal artsa da, Avropa İttifaqının 64,5 ballıq orta göstəricisindən geri qalır. İş sahəsində Estoniya 77,6 bal toplayaraq Aİ üzrə orta göstəricini (70,7 bal) üstələyib. Qadınların əmək bazarında iştirakına görə ölkə yalnız Finlandiyadan geri qalır. Rəhbər vəzifələrdə qadınların payı...
20 Noyabr 2026, 00:12
Böyük Britaniya Ukraynaya 260 milyon funt sterlinq ayıracaq
Böyük Britaniya Ukraynaya 260 milyon funt sterlinq (təxminən 341 milyon dollar) dəyərində yeni hərbi yardım paketi təqdim edəcək.Citypost.az APA-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya höküməti məlumat yayıb.Bildirilib ki, yardım paketinə 1000-dən çox uzaqmənzilli zərbə PUA-sı daxil olacaq. Onların bəziləri 1000 kilometrdən artıq məsafə qət etmək və ağır döyüş başlıqları daşımaq imkanına malikdir.Böyük Britaniyanın Baş naziri Endi Börnham noyabrın 19-da Berlində keçiriləcək “Könüllülər koalisiyası”nın Ukraynaya dəstək üzrə görüşündə yeni yardım paketini elan edəcək.Britaniya hökumətinin məlumatına görə, bu PUA-lar Ukraynaya cəbhə xəttindən uzaqda yerləşən Rusiya hərbi istehsal müəssisələrinə və digər hərbi hədəflərə zərbələr endirməyə imkan verəcək....
19 Noyabr 2026, 18:10
İrandan görünməmiş hədə: Bu ölkələri vuracağıq!
ABŞ qonşu ölkələrin ərazisindən İrana qarşı əməliyyatlar üçün istifadə etməyə davam edərsə, Tehran bu ölkələrə hərbi hücumu adekvat sayır.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilib.Bəyanatda Xarici İşlər Nazirliyi regional hökumətləri ABŞ əməliyyatlarının öz ərazilərindən planlaşdırılmasının, hazırlanmasının və həyata keçirilməsinin qarşısını almağa çağırıb.“Tehran indiyə qədər qonşuluq mülahizələri səbəbindən maksimum təmkinlə hərəkət edib. İslam Respublikasının bu ölkələrin ərazisinə hücumları yalnız ABŞ hərbi bazalarını və aktivlərini hədəf alıb və regional hökumətlərin özünə zərər verməyib”, - İran XİN xatırladıb....
19 Noyabr 2026, 15:21
Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib - YENİLƏNİB
Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib.APA-nın Moskva bürosu xəbər verir ki, Kreml bəyannamənin tam mətnini dərc edib.Bəyannamədə bildirilib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Prezidenti Si Cinpin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp 19 noyabr 2026-cı ildə Şençjendə görüşüblər. Rusiya və ABŞ dövlət başçıları bu tarixi üçtərəfli sammitin təşkili və ev sahibliyi üçün Çinə minnətdarlıqlarını bildiriblər. Üç dövlət başçısı mövcud beynəlxalq vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıb və strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiq olduqlarını bildiriblər.Bəyannamədə qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq, Rusiya, Çin...
19 Noyabr 2026, 15:05
2014-cü ildə Ukraynada dövlət çevrilişinin arxasında kim dayanırdı?
"Ukraynada 2014-cü ildə baş vermiş dövlət çevrilişinin arxasında birbaşa ABŞ dayanıb. Dövlət Departamenti, eləcə də digər rəsmi qurumların iştirakı olmadan bu prosesin reallaşması mümkün deyildi".Citypost.az "The New York Times" nəşrinə istinadən xəbər verir ki, bunu "SpaceX" şirkətinin qurucusu, məşhur amerikalı iş adamı İlon Mask deyib."ABŞ tərəfi Ukraynanın demokratik yolla seçilmiş, Rusiyayönümlü prezidentini hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə bu çevrilişi təşkil edib. Söhbət aqressiv bir addımdan gedir və Dövlət Departamentinin, o cümlədən müvafiq idarələrin dəstəyi olmasaydı, belə bir hal yaşanmazdı", - deyə milyarder vurğulayıb.Xatırladaq ki, 2014-cü ilin fevralında genişmiqyaslı etiraz aksiyaları zamanı Ukrayna Ali Radası Viktor Yanukoviçin prezidentlik səlahiyyətlərinə xitam verilməsi barədə qərar...
19 Noyabr 2026, 13:10
Simonyan Azərbaycana gəlir
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabr ayında Azərbaycana səfər etməyi planlaşdırır.Citypost.az Axar.az-a xəbər verir ki, Simonyan bu barədə jurnalistlərə açıqlamasında deyib.“Gələn ay Azərbaycana səfərim olacaq. Bakıya yox. Çünki Hikmət Hacıyev Ermənistana səfər etmişdi, indi mən də getməliyəm”, - o bildirib.Simonyanın sözlərinə görə, səfər çərçivəsində texniki məsələlər və əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılır.Qeyd edək ki, iyun ayında Dilicanda Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüş keçirilmişdi....
19 Noyabr 2026, 11:00