Pakistan - Hindistan arasında gərginlik davam edir - ATIŞMA OLDU
Dünya 25 Aprel 2025, 13:27
19096
Xəbər verdiyimiz kimi, Hindistan və Pakistan arasında gərginlik hökm sürür. Hətta hər iki ölkənin əsgərləri arasında Cammu və Kəşmirdə Nəzarət Xətti boyunca atışma olub.
CityPost.az xəbər verir ki, bu barədə "PTI" agentliyi məlumat yayıb.
"Pakistanın təşəbbüsü ilə Nəzarət Xətti boyunca bəzi yerlərdə atıcı silahlardan atəş açılıb. Artıq atəşə effektiv cavab verildi. Ölən və yaralananlar barədə məlumat verilmir", - deyə mənbə bildirib.
Agentlik bildirir ki, Pakistan ordusunun atəşə tutulması 26 mülki şəxsin ölümü ilə nəticələnən Pahalqam terror hücumu ilə bağlı tərəflər arasında gərginliyin artması fonunda baş verib. Terror aktından sonra bölgədə də antiterror əməliyyatları aparılır. Hindistan təhlükəsizlik qüvvələrinin məlumatına görə, ötən gecə terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma olub.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Timsahların yaşadığı çay 2032 Olimpiadasına təsdiqləndi
2032-ci il Brisben Olimpiya Oyunlarında avarçəkmə və kanoe yarışlarının keçiriləcəyi Rokhamptondakı Fitzroy çayı təsdiqlənib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Brisbendən təxminən 600 kilometr şimalda yerləşən çayda dəniz timsahlarına rast gəlinir. Məkanla bağlı əsas narahatlıqlar isə çayın daşqınlara meyilli olması, güclü cərəyanlar və yarışlar zamanı idmançılar üçün bərabər şəraitin təmin edilməsi ilə bağlı olub.Minlərlə insan yarışların Brisben yaxınlığında xüsusi tikiləcək məkana keçirilməsi üçün petisiya imzalasa da, müstəqil qiymətləndirmə Fitzroy çayının Olimpiya və Paralimpiya yarışları üçün uyğun olduğunu təsdiqləyib.World Rowing və Paddle Worldwide tərəfindən aparılan qiymətləndirmədə çay axınları, suyun səviyyəsi və külək şəraiti də nəzərə alınıb. Təşkilatların rəhbərləri bildiriblər ki, araşdırmalar...
17 Sentyabr 2026, 10:19
Avstraliya mənzil böhranına görə miqrasiyanı sərtləşdirir
Avstraliya hökuməti mənzil çatışmazlığını azaltmaq məqsədilə miqrasiya siyasətini sərtləşdirəcək. Daxili işlər naziri Toni Börk bildirib ki, tələbələr və işləyən tətilçilər üçün viza qaydaları dəyişdiriləcək, viza müddətini aşan şəxslərə qarşı tədbirlər gücləndiriləcək.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, xalis xarici miqrasiya 2022-ci ildə 538 min nəfərlə rekord həddə çatdıqdan sonra mart ayına qədər olan bir ildə 292,1 min nəfərə düşüb. Hökumət gələn il bu göstəricini 225 minə endirməyi hədəfləyir.Börk qeyd edib ki, miqrasiya Avstraliya üçün əsasən müsbət amildir, lakin mənzil təminatının geridə qalması siyasətdə dəyişiklik tələb edir. O, mənzil çatışmazlığının birbaşa miqrantlardan qaynaqlanmadığını da vurğulayıb.Yeni qaydalara əsasən, tələbələrin...
17 Sentyabr 2026, 10:12
BMT-dən XƏBƏRDARLIQ: Dünyada su dövranı qeyri-sabitləşir
Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyada su dövranının getdikcə daha qeyri-sabit və gözlənilməz hala gəldiyi barədə xəbərdarlıq edib.Citypost.az FRANCE24.com-a istinadən xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) hesabatına görə, 2025-ci il son 35 ilin ən quraq illərindən biri olub. Hesabatda həmçinin qlobal şirin su ehtiyatlarının artıq on ildir azaldığı, buzlaqların isə ardıcıl dördüncü il əhəmiyyətli dərəcədə kütlə itirdiyi bildirilib.Məlumata əsasən, 2023–2025-ci illərdə buzlaqlar ümumilikdə 1400 giqaton su itirib. Dünyada monitorinq olunan quyuların təxminən üçdə ikisində 2025-ci ildə yeraltı suların səviyyəsi tarixi normadan kənar olub.ÜMT-nin baş katibi Seleste Saulo bildirib ki, hazırkı El Nino modeli bəzi bölgələrdə quraqlıq, digərlərində isə daşqın riskini...
17 Sentyabr 2026, 10:08
Rusiya fermerləri qış buğdasının əkilməsindən kütləvi şəkildə imtina etməyə başlayıblar
Rusiya taxıl ixracını iflic edən və fermerləri gəlirsiz qoyan Qara dəniz limanlarının bağlanması, Rusiyada illik taxıl məhsulunun üçdə ikisini təşkil edən qış buğdasının əkinini təhlükəyə atdı;Citypost.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, "SovEcon" analitik mərkəzinin hesabatında deyilir ki, sentyabrın əvvəlinə olan məlumata görə, Rusiya kənd təsərrüfatı istehsalçıları 2,4 milyon hektar buğda da daxil olmaqla 2,6 milyon hektar ərazidə qış bitkiləri əkiblər ki, bu da son illərin orta səviyyəsindən 25% aşağıdır.SovEcon-a görə, avqust və sentyabr aylarında Rusiyanın taxıl ixracı 2010-cu ildən bəri ən aşağı səviyyəyə düşüb ki, bu da bu aylar üçün orta göstəricidən təxminən üç dəfə çoxdur. Və daxili qiymətlər...
17 Sentyabr 2026, 09:52
Çin Paşinyana dekorativ yelkənli qayıq hədiyyə edib
Ermənistanın “Hraparak” qəzeti Baş nazir Nikol Paşinyana Çin tərəfindən hədiyyə edilən dekorativ yelkənli qayıq barədə məlumat yayıb.Citypost.az Qəzetə istinadən xəbər verir ki, avqustun 7-də Çin Xalq Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sinvey Lin Paşinyana hədiyyə olaraq bütöv bir dekorativ yelkənli qayıq təqdim edib.Məlumata görə, hədiyyə Baş Nazir Aparatının Protokol şöbəsi vasitəsilə təhvil verilib. “Hraparak” bu məlumatı Ermənistanın Korrupsiyanın Qarşısının Alınması Komissiyasından əldə etdiyini bildirib.Komissiyanın məlumatına əsasən, dekorativ yelkənli qayığın dəyəri 563 133 erməni dramıdır (2624.99 AZN)Turan...
17 Sentyabr 2026, 09:50
Sabiq prezidenti Haşim Taçiyə 25 il həbs cəzası verildi
Kosovo üzrə Haaqa xüsusi məhkəməsi keçmiş prezident Haşim Taçini müharibə cinayətlərində təqsirli bilib.Citypost.az “Reuters“a istinadən xəbər verir ki, Haşim Taçi Kosovo Azadlıq Ordusuna komandanlıq etdiyi dövrdə törədilən qətllər, işgəncə və qanunsuz həbslərə görə 25 il müddətinə azadlıqdan məhrum edilib.Haşim Taçi ilə birlikdə onun silahdaşları - Kosovo parlamentinin sabiq spikeri Kadri Veseli 18 il, Kosovo parlamentinin sabiq spikeri Yakup Krasniçi 25 il, sabiq deputat Rezep Semili isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.Rəsmi materiallara görə, Taçi, Veseli, Krasniçi və Semili Kosovun müstəqilliyinə qarşı çıxan yüzlərlə siyasi rəqib və mülki şəxsə qarşı cinayət törətməkdə təqsirli bilinib. (APA)...
16 Sentyabr 2026, 15:04