Azər Badamovun Rusiyaya buraxılmamasının səbəbi açıqlanıb
Dünya 05 May 2025, 19:34

1184
Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiya Federasiyasına girişinə qadağa qoyulmasına onun guya dəfələrlə anti-Rusiya və rusofob açıqlamalar verməsinin səbəb olduğu açıqlanıb.
Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
Deputat Azər Badamov Rusiyaya niyə buraxılmayıb?
Mənbə bildirib ki, Azər Badamov 2025-ci il mayın 4-də Rusiya ərazisinə buraxılmayıb.
Qeyd olunur ki, Azər Badamovun Rusiya Federasiyasının “Rusiya Federasiyasından çıxma və Rusiya Federasiyasına daxil olma qaydası haqqında” Federal Qanununun 26 və 27-ci maddələrinə uyğun olaraq Rusiyaya daxil olmasına icazə verilmir. Bunun əsas səbəbi Milli Məclisin deputatının guya dəfələrlə anti-Rusiya və rusofob bəyanatlar verməsidir.
Badamova qarşı görülən tədbirlərin “şəxsi xarakter daşıdığı” bildirilir, Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdirilməsi ilə bağlı dəyişməz niyyətinə təsir göstərmədiyi vurğulanır.
"Rusiya dost ölkələrlə münasibətlərdə "stop-list" praktikasının tərəfdarı deyil. Məlum olduğu kimi, əvvəllər də bir sıra rusiyalı deputatlara qarşı Azərbaycana giriş qadağası qoyulub. Sonuncu belə hal Dövlət Dumasının deputatı Nikolay Valuyevlə bağlı olub.
Moskva hesab edir ki, bu cür məsələlərin media vasitəsilə iddialar səsləndirməklə deyil, diplomatik kanallarla həll edilməsi düzgündür”, - mənbə bildirib.
Eyni məzmunlu xəbəri eyni vaxtda RİA “Novosti” agentliyi də yayıb.
Göründüyü kimi, açıqlamalarda Azər Badamovun konkret hansı fikirlərindən söhbət getdiyi bəlli olmur. Onun Rusiya ərazisinə girişinə qadağa qoyulmasına heç bir aydınlıq gətirilmir, ümumi ifadələr işlədilir. Başqa bir məqam odur ki, Rusiya tərəfi məsələyə rəsmi münasibət bildirmir, açıqlamanı hansısa mənbənin adından mətbuatda yayır.
Azərbaycan XİN-in reaksiyası
Həmçinin oxuyun
Moskvanın bu cür addımları isə Azərbaycan tərəfdə haqlı suallar yaradır.
Azərbaycan Xarici İşlər Nazirliyi hadisə baş verən gün məsələyə münasibət bildirib, qeyd olunub ki, dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib.
“Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik”, - deyə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib.
Rusiya XİN-in buna cavab olaraq hansısa mənbəyə istinadən mediaya xəbər ötürməsi Moskvanın növbəti anlaşılmaz addımı kimi qəbul olunmalıdır.
Ümumiyyətlə, Rusiyanın həm vəzifəli şəxslərinin, həm ayrı-ayrı ekspertlərinin, həm də mediasının Azərbaycana qarşı zaman-zaman qeyri-obyektiv, qərəzli mövqeyinin şahidi olmuşuq. Elə yuxarıda adı çəkilən Valuyevin Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri xatırlatmaq kifayətdir. Azər Badamovun hansı antiRusiya, rusofob fikirləri var, Rusiya tərəfi göstərə bilərmi? Yox, çünki belə fikirlər yoxdur. Azər Badamov, eləcə də Azərbaycandan olan digər şəxslər yalnız Valuyev, Zatulin və başqalarının qərəzli açıqlamalarına münasibət bildirmiş ola bilərlər, başqa heç nə... Bu isə təbiidir. Azərbaycana qarşı qərəzli mövqeyə, əlbəttə ki, cavab verilməlidir. Rusiya tərəfi ünvanına qərəzli, rusofob saydığı fikirləri eşitmək istəmirsə, öncə öz siyasətçilərinə, deputatlarına Azərbaycana münasibətdə obyektiv və hörmətlə davranmağı öyrətməlidir.
Deputat Azər Badamovun deportasiyası
Qeyd edək ki, Milli Məclisin deputatı Azər Badamov mayın 4-də Moskva aeroportunda saxlanılıb və deportasiya edilib.
Deputat Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyətinin tərkibində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanmışdı. Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A. Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib.
Güman olunur ki, Rusiya tərəfi Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş deputat Valuyevə media müstəvisində verdiyi açıqlamalara görə deputat Azər Badamovu “qara siyahı”ya salıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Türkiyə Ukrayna üçün pilotsuz təyyarələr koalisiyasına qoşulması ilə bağlı sözlərə reaksiya verib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Ukrayna üçün “dron koalisiyasına” qoşulması ilə bağlı bəyanatları şərh etməkdən imtina edib. CityPost.az xəbər verir ki, bu barədə RİA Novosti administrasiya nümayəndəsinə istinadən məlumat yayıb.“Biz bu xəbərləri şərh etmirik, siz birbaşa aidiyyatı idarələrlə əlaqə saxlamalısınız”, - deyə məlumatda bildirilir.Onun sözlərinə görə, Ukrayna münaqişəsinin həlli ilə bağlı Türkiyə tərəfinin mövqeyi dəfələrlə açıq şəkildə ifadə olunub. O əlavə edib ki, Türkiyə ədalətli sülh tərəfdarıdır və münaqişənin həlli üçün bütün vasitəçilik səylərini göstərir.Bundan əvvəl Latviyanın müdafiə naziri Andris Spruds bildirib ki, Türkiyə və Belçika Ukrayna Silahlı Qüvvələrini (AFU) pilotsuz təyyarələrlə təmin etmək üçün beynəlxalq “pilotsuz uçuş aparatları...
04 İyul 2025, 22:25

İsrail Qəzzada nə qədər əraziyə nəzarət edir?
İsrail ordusu Qəzza zolağının 65%-nə əməliyyat nəzarəti yaradıb. CityPost.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.Onun bəyanatına görə, bunlar yenilənmiş tammiqyaslı quru kampaniyasının nəticələridir, geriyə sayma 2025-ci ilin martındandır. Bu müddət ərzində İsrail ordusu bütün anklavda Fələstin radikallarının 7,5 mindən çox hərbi hədəfinə, o cümlədən silah anbarları, raket qurğuları, yeraltı tunellər və silahlı radikalların bölmələrinə hücum edib.Təkcə ötən həftə ordunun məlumatına görə, Qəzzada 100-dən çox fələstinli radikal, o cümlədən HƏMAS hərəkatının hərbi qanadının bir neçə komandiri məhv edilib. “İD və Baş Təhlükəsizlik Xidməti İsrail mülki əhalisini, xüsusilə də Qəzza zolağının yaxınlığında yerləşən [İsrail] yaşayış məntəqələrinin əhalisini qorumaq...
04 İyul 2025, 22:22

ABŞ Aİ-ni yeni tariflərlə hədələyir
ABŞ Aİ-ni Avropadan idxal edilən kənd təsərrüfatı məhsullarına 17% rüsum tətbiq etməklə hədələyib. CityPost.az xəbər verir ki, bu barədə Financial Times (FT) mənbələrə istinadən məlumat yayıb.Onlar qeyd edirlər ki, Amerika tərəfi bu addımı ABŞ və Aİ arasında ticarət sazişinin razılaşdırılması üçün son 9 iyul tarixindən əvvəl atıb.FT xəbər verir ki, xəbərdarlıq iyulun 3-də Vaşinqtonda keçirilən görüşdə Avropa İttifaqının ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviçə, ertəsi gün isə Aİ-yə üzv ölkələrin səfirlərinə çatdırılıb.Nigar...
04 İyul 2025, 22:21

Meksika meri timsahla evlənib
Meksikanın San Pedro Huamelula şəhərində bələdiyyə sədri Daniel Qutyerres kiçik bir timsah olan dişi kaymanla simvolik nikaha daxil olub. CityPost.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.Agentliyin məlumatına görə, Qutyerres yerli əhalinin "balaca şahzadə" adlandırdığı sürünənlə evlənib. Mərasimdən əvvəl ağ gəlinlik geyinmiş qadın kayman küçələrdə aparılıb. Sürünən evə gətirilib, sakinlər rəqs ediblər.Qeyd olunur ki, yerli inanclara görə, timsah Yer Ananı təcəssüm etdirən tanrı hesab olunur. Müvafiq olaraq, “tayfa başçısı” ilə evlilik tanrılar dünyası ilə insanlar dünyasının birləşməsini simvollaşdırır. Ritualın 230 ildən çox yaşı var, yerli sakinlər hələ də bu birliyin firavanlıq, yaxşı məhsul və zəngin ov gətirdiyinə inanırlar.2023-cü ildə...
04 İyul 2025, 22:00

Rumıniya Prezidenti vətəndaşların zənglərinə cavab verməyi dayandırıb
Seçildikdən sonra vətəndaşlarla əlaqə saxlamaq üçün telefon nömrəsini saxlayacağını vəd edən Rumıniya prezidenti Nikusor Dan zənglərə cavab verməyi dayandırıb. Rumıniyanın Gandul portalı xəbər verir ki, Dan seçki kampaniyası zamanı rumıniyalıları problemləri müzakirə etmək üçün ona WhatsApp-da zəng vurmağa çağırıb.Hazırda abunəçi keçmək istəyərkən, səs poçtunun dolu olduğunu bildirən cavab verən maşını eşidir. Jurnalistlər bunu hökumətin ƏDV dərəcəsini 21%-ə qaldırmaq planları ilə əlaqələndirirlər, baxmayaraq ki, Dan seçki zamanı bunun baş verməyəcəyinə dair zəmanət verir.Portal təklif edir ki, baş nazir İlie Bolojan prezidentin seçki vədlərini yerinə yetirməkdən daha çox büdcə kəsirinin azaldılmasında maraqlıdır. İyulun 4-də Rumıniya Nazirlər Kabineti ölkədə iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün...
04 İyul 2025, 21:59

İrəvanda iş adamı Karapetyana dəstək yürüşü başlayıb
Ermənistanda hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə həbs edilən rusiyalı iş adamı Samvel Karapetyana dəstək məqsədilə İrəvanın mərkəzində yürüş başlayıb. CityPost.az xəbər verir ki,bu barədə TASS-ın müxbiri məlumat verib.Müxalifət nümayəndələri, deputatlar və vətəndaşlar da daxil olmaqla bir neçə min insan Milli Təhlükəsizlik Xidmətinin (MTX) binasına doğru yollanaraq Karapetyanın azadlığa buraxılmasını tələb edir.Təşkilatçılar Karapetyana və Erməni Apostol Kilsəsinə dəstək məqsədi daşıyan aksiyanın dinc xarakter daşıdığını vurğulayır və təxribatlardan qaçmağa çağırırlar. Yürüş başlamazdan əvvəl iştirakçılar “Atamız” duasını oxuyublar.Bu gün Ermənistan Apellyasiya Məhkəməsi rusiyalı biznesmen Samvel Karapetyanı həbsdə saxlayıb.İyunun 18-nə keçən gecə İrəvanda erməni əsilli rusiyalı milyarder, “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyan...
04 İyul 2025, 21:57