İranİsraili raket atəşinə tutur, ölənlər var
Dünya 01 Oktyabr 2024, 21:16
31794
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbəsi endirdiyini açıqlayıb.
Citypost.az bu barədə İranın "Tasnim" agentliyinə istinadən xəbər verir.
Həmçinin oxuyun
"The Jerusalem Post" qəzeti məlumat yayıb ki, İrandan İsrailə 400-dən çox raket atılıb.
İndiyədək hava hücumları nəticəsində 4 nəfərin həlak olduğu bildirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Avstraliyada yaralı deputata ehtiram göstərilib
Siyasi zorakılıq halları ictimai təhlükəsizlik və siyasi ritorika ilə bağlı narahatlıqları artırır. Avstraliyada avtomobilin vurması nəticəsində ağır yaralanan deputat Helen Heynsə parlamentdə ehtiram göstərilib.Citypost.az saytı AFP-yə istinadən xəbər verir ki, Baş nazir Entoni Albanese və digər parlament üzvləri bazar ertəsi keçirilən iclasda Heynsin xatirəsini yad edərək onun xeyirxahlığını və ictimai fəaliyyətini yüksək qiymətləndiriblər.Hadisə bir həftə əvvəl deputatın ofisinin qarşısında baş verib. Ağır yaralanan Heynsin hər iki ayağı amputasiya edilib. Hadisə ilə bağlı 43 yaşlı Brendan Nugent təhlükəli sürücülük və qəsdən ağır xəsarət yetirmə də daxil olmaqla bir sıra ittihamlarla üzləşir. Hücumun motivi hələ məlum deyil, istintaq davam edir....
26 Oktyabr 2026, 08:55
ABŞ-da süni intellektlə hazırlanmış siyasi reklamların sayı artır
Süni intellekt texnologiyalarının inkişafı siyasi mübarizədə də yeni üsulların ortaya çıxmasına səbəb olub. ABŞ-da qarşıdan gələn aralıq seçkilər ərəfəsində süni intellektlə hazırlanmış saxta siyasi reklamların yayılması narahatlıq doğurur.Citypost.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-da indiyədək süni intellekt vasitəsilə qismən hazırlanmış 220 siyasi reklam müəyyən edilib. Bu reklamlara 137 milyon dollardan çox vəsait xərclənib. Reklamların əksəriyyəti Respublikaçılar tərəfindən maliyyələşdirilib, yalnız 27 faizində süni intellektdən istifadə barədə xəbərdarlıq yer alıb.Ekspertlər bu cür saxta məzmunların seçki prosesinə və ictimaiyyətin siyasi məlumatlara olan etimadına mənfi təsir göstərə biləcəyini bildirirlər.Turan...
26 Oktyabr 2026, 08:53
Bolqarıstanda prezident seçkiləri ərəfəsində sükut günü başlayıb
Bolqarıstanda oktyabrın 25-də keçiriləcək prezident seçkiləri ərəfəsində oktyabrın 24-ü gecə yarısından etibarən seçkiqabağı təşviqata qadağa qüvvəyə minib."Report" "Darik.bg" saytına istinadən xəbər verir ki, seçkiqabağı kampaniya oktyabrın 23-ü gecə yarısı başa çatıb.Şənbə günü sükut günü elan edilib və bu müddət ərzində hər hansı təşviqat qadağandır.Sosioloji sorğuların nəticələrinə görə, namizədlərdən heç birinin birinci turda qələbə qazana bilməyəcəyi ehtimal olunur.Prezidentlik yarışının lideri hakim "Mütərəqqi Bolqarıstan" Partiyasının və Bolqarıstan Sosialist Partiyasının dəstəklədiyi hazırkı prezident İliyana Yotova hesab olunur. Müxtəlif qiymətləndirmələrə görə, seçicilərin 42 %-dən 50 %-ə qədəri ona səs verməyə hazırdır.Onun əsas rəqibi müxalifətin dəstəyindən istifadə edən texniki hökumətin keçmiş rəhbəri Andrey Qyurovdur. Onun...
24 Oktyabr 2026, 09:24
Rusiya Xerson istiqamətində atəşkəs elan edib
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətinin Oleşki şəhəri yaxınlığında humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar atəşkəs rejimi tətbiq edəcək.TASS xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov məlumat verib.Onun sözlərinə görə, oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan (Bakı vaxtı ilə 05:00-dan) Xerson istiqamətində atəş dayandırılacaq.“Xerson vilayətinin Oleşki yaşayış məntəqəsi ərazisində humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar Rusiya Silahlı Qüvvələri oktyabrın 27-si saat 04:00-dan etibarən Xerson istiqamətində atəşi dayandırır və sükut rejimi tətbiq edir”, – Gerasimov bildirib.Atəşkəs rejiminin nə qədər davam edəcəyi barədə məlumat verilməyib. (APA)...
23 Oktyabr 2026, 22:31
Çampi tayfunu Tayvana yaxınlaşır: Məktəblər və mağazalar bağlanıb
Çampi tayfununun yaxınlaşması ilə əlaqədar Tayvanda əksər məktəb və mağazalar bağlanıb, 1200-dən çox insan isə təhlükəsizlik məqsədilə evlərindən təxliyə edilib.Citypost.az AFP-ə istinadən xəbər verir ki, tayfunun adanın şimal-şərqindən keçəcəyi, güclü külək, leysan yağışları və nəhəng dalğalara səbəb olacağı gözlənilir. Fırtına səbəbindən yüzlərlə aviareysin də ləğv ediləcəyi bildirilir.Tayfunun yaratdığı dalğalar nəticəsində azı bir nəfər ölüb, onlarla insan yaralanıb. Xilasetmə işlərinə kömək etmək üçün minlərlə hərbçi hazır vəziyyətə gətirilib.Sinoptiklər Tayvanın bəzi bölgələrində güclü yağıntıların davam edəcəyi barədə xəbərdarlıq ediblər. Yerli sakinlər isə mümkün daşqınlara qarşı ev və obyektlərinin girişlərində qum kisələri və qoruyucu maneələr yerləşdirirlər.Turan...
23 Oktyabr 2026, 09:40
Makron yeni etirazlar ərəfəsində tələbə nümayəndələri ilə görüşəcək
Fransa Prezidenti Emmanuel Makron ölkədə məktəblərdə müəllim çatışmazlığı və təhsil şəraitinin pis olması ilə bağlı bir aydır davam edən şagird etirazları fonunda orta məktəb şagirdlərinin nümayəndələri ilə görüşəcək.Citypost.az France 24-ə istinadən xəbər verir ki, bu, etirazlar başlayandan bəri Makronun şagird nümayəndələri ilə ilk görüşü olacaq.Fransa prezidenti, həmçinin şənbə günü keçirilməsi planlaşdırılan nümayişlərə hazırlıq məqsədilə təhlükəsizlik şurasının iclasını keçirəcək. Etirazlar məktəblərdəki problemlərə və təhsil şəraitinə diqqət çəkir.Turan...
23 Oktyabr 2026, 09:35