Bizə yazın

Baku

-°C

USD

-

Lukaşenkodan maraqlı təklif: İnəklərə abidə ucaltmalıyıq

Dünya 04 Oktyabr 2024, 18:52

21839

Belarus prezidenti Aleksandr Lukaşenko inəyə abidə ucaltmağa çağırıb. Belə ki, Belarus liderinin sözlərinə görə, Böyük Vətən Müharibəsi və müharibədən sonrakı dövrdə heyvanın tarixi rolu əbədiləşdirilməlidir.

Citypost.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

“Biz inəyə abidə ucaltmalıyıq. İnək sayəsində partizanlar və uşaqlar sağ qalıb. Müharibədən sonra inəyin sayəsində sağ qaldıq. İndi də o, bizi yedizdirir”, - Lukaşenko bildirib.

Prezidentin sözlərinə görə, onun şəxsi təsərrüfatında inəyi də var. Bir müddət əvvəl ona Brest rayonundan mal-qara verilmişdi. İnək o qədər yaxşı süd verdi ki, o, pəhrizini dəyişməli oldu.

Siyasətçinin fikrincə, inək müqəddəs heyvandır və o, ilk dəfə deyil ki, ona abidə qoyulması zəruriliyindən danışır:

"İnək müqəddəs heyvandır. Əgər hisslərdən danışırıqsa, o zaman bu heyvana abidə ucaltmalıyıq. Bu kompleksdir. Amma ciddi şəkildə desək, inəyi pis şəraitdə saxlamaq olmaz, çünki o, insanlara əsas qida - ət və süd gətirir”, - Lukaşenko 2012-ci ildə deyib.

Yeganə

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb 

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb.Bu barədə “CBS NEWS” xəbər verir.Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb. (APA)

05 Noyabr 2026, 16:49

Tehranda binaların üstündə zenit qurğuları quraşdırıldı - Foto

ABŞ-ın İrana hücum ehtimalı ilə eyni vaxtda Tehranın müxtəlif bölgələrində hava hücumundan müdafiə sistemləri quraşdırılıb.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda yerli sosial media istifadəçiləri paylaşım ediblər.Paylaşımlarda zenit qurğularının çoxmərtəbəli binaların üstündə yerləşdirildiyi bildirilib.Qurğuların SEPAH-a məxsus olduğu və bəzi binaların boşaldıldığı iddia edilir.

05 Noyabr 2026, 14:54

“Türkiyə ilə sərhədlər istənilən an açıla bilər” - Mirzoyan

Ermənistanla Türkiyə arasında dialoq intensiv və səmərəli şəkildə davam edir.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan noyabrın 5-də 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin daimi komissiyalarının birgə iclasında bildirib.Nazir qeyd edib ki, əldə olunan irəliləyişə və müsbət dinamikaya baxmayaraq, Ermənistan-Türkiyə sərhədi hələ də bağlı olaraq qalır.Onun sözlərinə görə, proses artıq o qədər müsbət mərhələyə çatıb ki, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması istənilən an baş verə bilər.“Diplomatik münasibətlər də daxil olmaqla, sərhədlərin açılması və əlaqələrin qurulması Ermənistan iqtisadiyyatına əhəmiyyətli fayda gətirəcək”, – deyə Mirzoyan vurğulayıb....

05 Noyabr 2026, 13:50

Britaniya limanında ŞOK HADİSƏ: İmmiqrant balıqçı gəmisini ələ keçirməyə çalışdı

Böyük Britaniyanın Ramsgate limanında immiqrant olduğu ehtimal edilən 30 yaşlı kişi balıqçı gəmisini ələ keçirməyə cəhd edib. O, ekipajdan ailəsini geri gətirmək üçün onu Fransaya aparmağı tələb edib.Citypost.az xəbər verir ki, bu barədə Britaniyanın “Express” nəşri məlumat yayıb.Hadisə noyabrın 3-də, çərşənbə axşamı səhər saatlarında Kent qraflığındakı Royal Docks limanında baş verib. Sudan əsilli olduğu ehtimal edilən şəxs ekipaj üzvləri yatarkən “Carousel” adlı balıqçı gəmisinə minib, mühərriki işə salaraq sürəti artırıb. Nəticədə gəmini körpüyə bağlayan iplərdən biri qırılıb və gəmi liman sularına doğru hərəkət etməyə başlayıb.Gəminin kapitanı və həmsahibi Olli Sviftin sözlərinə görə, həmin şəxs balıqçılardan onu Fransaya aparmalarını istəyib. Ekipaj...

05 Noyabr 2026, 09:11

Qayınanasını öldürən şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib

Belçikada Nikolas Ullens qayınanası Myriam Lechieni qətlə yetirməkdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Nivelles Ağır Cinayətlər Məhkəməsi hökmü noyabrın 4-də elan edib.Citypost.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.Məhkəmə münsiflər heyətinin bir sıra yüngülləşdirici halları nəzərə aldığını bildirib. Bununla yanaşı, prokurorluğun Nikolas Ullensin dərhal həbs olunması ilə bağlı vəsatəti təmin edilməyib.Qeyd edək ki, hadisə 2023-cü il martın 29-da Lasne şəhərində baş verib. Ullens qayınanası Myriam Lechieni öz villasındakı evində qətlə yetirib. Məhkəmə hökmü elan edilərkən təqsirləndirilən şəxs göz yaşlarını saxlaya bilməyib. Onun həyat yoldaşı və mərhumun yaxınları da məhkəmə zalında emosional anlar yaşayıblar.Bundan əlavə, Nikolas...

05 Noyabr 2026, 00:47

Əkrəm Həsənov: “Tramp əvvəlki kimi qoçuluq edə bilməyəcək”

Hüquqşünas Əkrəm Həsənov ABŞ-da keçirilən seçkilərin nəticələrinin Prezident Donald Trampın siyasi imkanlarına təsiri barədə fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, hüquqşünas sosial şəbəkə hesabında paylaşım edərək Trampın Konqresin hər iki palatasına nəzarəti itirdiyini bildirib.Əkrəm Həsənovun fikrincə, bu nəticələr Donald Trampın gələcək fəaliyyətində müəyyən məhdudiyyətlər yaradacaq. O qeyd edib ki, ABŞ prezidenti bundan sonra da öz bildiyini etməyə çalışsa da, əvvəlki kimi sərbəst hərəkət edə bilməyəcək.Hüquqşünas paylaşımında Trampın siyasi davranışını sərt ifadələrlə tənqid edərək onun Konqresin hər iki palatasına nəzarəti itirməsinin siyasi manevr imkanlarını zəiflədəcəyini vurğulayıb.“Özbaşınalıq edəcək yenə, əlbəttə. Amma əvvəlki kimi qoçuluq edə bilməyəcək”, – deyə Əkrəm Həsənov bildirib.Turan ...

05 Noyabr 2026, 00:39