Avtomobil alarkən etibarnamə ilə kifayətlənmək hansı risklər yaradır? – Vəkildən xəbərdarlıq
Dünya 02 Oktyabr 2026, 11:28
2830
Avtomobil alarkən tərəflərin yalnız etibarnamə ilə kifayətlənməsi sonradan ciddi hüquqi problemlərə səbəb ola bilər. Xüsusilə avtomobili satan şəxsin vəfat etməsi halında etibarnamənin hüquqi qüvvəsini itirməsi alıcının əmlakla bağlı hüquqlarının müdafiəsini çətinləşdirə bilər. Belə vəziyyətdə mərhumun vərəsələri avtomobilin miras əmlakına daxil olduğunu əsas gətirərək nəqliyyat vasitəsini geri tələb edə bilərlər.
Məsələ ilə bağlı Citypost.az-a açıqlamasında vəkil Bəhruz Orucov bildirib ki, avtomobil alqı-satqısının etibarnamə ilə rəsmiləşdirilməsi alıcını tam hüquqi müdafiə ilə təmin etmir.
Vəkilin sözlərinə görə, vətəndaş avtomobilin pulunu ödəsə və nəqliyyat vasitəsini faktiki olaraq istifadə etsə belə, yalnız etibarnamənin mövcudluğu mülkiyyət hüququnun alıcıya keçdiyini təsdiqləmir.
“Bəzən vətəndaş avtomobil alır, pulunu tam şəkildə ödəyir, lakin alqı-satqı müqaviləsi bağlamaq əvəzinə ona baş etibarnamə verilir. Müəyyən müddət keçir və həmin etibarnaməni verən şəxs vəfat edir. Bu zaman etibarnamə hüquqi qüvvəsini itirir. Ardınca mərhumun vərəsələri ortaya çıxaraq avtomobilin miras əmlakına aid olduğunu bildirə və nəqliyyat vasitəsini alıcıdan tələb edə bilərlər”, – deyə Bəhruz Orucov qeyd edib.
Vəkil bildirib ki, belə vəziyyətə düşən şəxsin hüquqlarını müdafiə etmək üçün avtomobilin əslində alqı-satqı yolu ilə əldə edildiyini təsdiqləyən sübutların olması mühüm əhəmiyyət daşıyır. Bu sübutlara avtomobil üçün pulun ödənilməsini təsdiqləyən sənədlər, bank köçürmələri, yazışmalar, tərəflər arasında aparılmış elektron danışıqlar və digər materiallar daxil ola bilər.
Onun sözlərinə görə, avtomobilin alıcı tərəfindən istifadə olunması ilə bağlı faktlar da müəyyən hallarda əhəmiyyətli sübut kimi qiymətləndirilə bilər.
“İlk növbədə avtomobilin alqı-satqısının faktiki olaraq baş verdiyini təsdiqləyən sübutlar olmalıdır. Pulu verdiyinizi təsdiqləyən sənədlər, bank köçürmələri, avtomobilin saxlanılması və texniki vəziyyəti ilə bağlı çəkdiyiniz xərclər, sığorta, təmir və digər ödənişlər müəyyən hallarda sizin mövqeyinizi əsaslandırmağa kömək edə bilər”, – deyə hüquqşünas vurğulayıb.
Bəhruz Orucovun sözlərinə görə, belə hallarda şəxs məhkəməyə müraciət edərək tərəflər arasında yaranmış münasibətin faktiki olaraq alqı-satqı münasibəti olduğunu müəyyən etməyi və mülkiyyət hüququnun tanınmasını tələb edə bilər. Lakin məhkəmənin konkret iş üzrə hansı qərarı qəbul etməsi təqdim olunan sübutlardan və işin digər hallarından asılıdır.
Həmçinin oxuyun
Vəkil digər mümkün hüquqi variantın da olduğunu bildirib. Belə ki, avtomobili satan şəxsin vəfatından sonra onun əmlakı ilə yanaşı müəyyən borc öhdəlikləri də miras münasibətlərinin predmeti ola bilər.
“Fərz edək ki, siz avtomobilin pulunu həmin şəxsə ödəmisiniz, lakin avtomobil sizin adınıza rəsmiləşdirilməyib və sonradan satıcı vəfat edib. Bu halda məsələ başqa hüquqi müstəvidə də qiymətləndirilə bilər. Mərhumun sizə qarşı müəyyən pul öhdəliyinin olduğu sübut edilərsə, həmin tələb müəyyən hallarda vərəsələrə qarşı yönəldilə bilər. Burada artıq mirasın tərkibi, vərəsələrin məsuliyyəti və konkret hüquqi münasibətlər ayrıca araşdırılmalıdır”, – deyə vəkil bildirib.
Onun sözlərinə görə, vətəndaşların avtomobil alarkən ən çox yol verdiyi səhvlərdən biri etibarnaməni alqı-satqı sənədi kimi qəbul etmələridir.
“Etibarnamə alqı-satqı müqaviləsi deyil. Etibarnamə başqa şəxsin adından müəyyən hərəkətləri həyata keçirmək səlahiyyəti verir. Ona görə də avtomobil alan şəxs nəqliyyat vasitəsini öz adına rəsmiləşdirməli və alqı-satqı münasibətini qanunvericiliyin tələb etdiyi qaydada rəsmiləşdirməlidir”, – deyə Bəhruz Orucov əlavə edib.
Vəkil vətəndaşlara tövsiyə edib ki, avtomobil alarkən yalnız satıcının verdiyi etibarnaməyə güvənməsinlər. Nəqliyyat vasitəsinin alqı-satqısı rəsmi qaydada rəsmiləşdirilməli, ödənişin həyata keçirilməsi də mümkün qədər sənədləşdirilməlidir. Bu, gələcəkdə həm satıcı, həm də onun vərəsələri ilə yarana biləcək mübahisələr zamanı alıcının hüquqi vəziyyətini daha aydın və müdafiəolunan edir.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadılıb
Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin müddətinin daha 90 gün uzadılmasına dair qanun layihəsini qəbul edib.Bu barədə "Ukrinform" məlumat yayıb.Məlumata görə, lehinə 293 deputatın səs verdiyi qərara əsasən, Ukraynada hərbi vəziyyətin müddəti 31 oktyabr 2026-cı ildən 29 yanvar 2027-ci ilədək uzadılıb.Bu, Ukraynada tammiqyaslı müharibənin başlanmasından sonra hərbi vəziyyətin müddətinin 21-ci dəfə uzadılmasıdır.Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 24 fevral 2022-ci ildən qüvvədədir.Bundan əvvəl hərbi vəziyyətin müddəti 2 avqust–31 oktyabr 2026-cı il tarixləri üçün 90 gün uzadılmışdı. ...
26 Oktyabr 2026, 16:45
Əlcəzair 53 ildən sonra ilk dəfə xaricə hərbi qüvvə göndərir
Əlcəzair parlamenti Nigerə hərbi qüvvələrin göndərilməsini təsdiqləyib. Bu, ölkənin 1973-cü ildən bəri xaricdə ilk hərbi yerləşdirməsi olacaq.Qaynarinfo xəbər verir ki, bu barədə “Reuters” və “Associated Press” məlumat yayıb.Əlcəzair hərbçilərinin Nigerin şimal-şərqində, Liviya ilə sərhəddə yerləşən Madama yaşayış məntəqəsinə göndərilməsi nəzərdə tutulur. Ərazidə əvvəllər Fransanın hərbi bazası fəaliyyət göstərib. Hələlik bölgəyə neçə hərbçinin göndəriləcəyi və əməliyyatın nə vaxt başlayacağı açıqlanmayıb.Nigerin şimalında və qonşu ölkələrin sərhədyanı ərazilərində hökumət qüvvələri ilə silahlı qruplaşmalar, o cümlədən islamçı silahlılar arasında uzun illərdir toqquşmalar davam edir. Əlcəzair senatoru Belkasem Bulqiti bildirib ki, hərbi qüvvələrin göndərilməsində məqsəd ölkənin iqtisadi və strateji maraqlarını, xüsusilə Nigerdəki neft obyektlərini qorumaqdır.“Reuters”in...
26 Oktyabr 2026, 15:40
Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama
Oktay Saral Türkiyə Prezidentinin baş müşaviri vəzifəsindən ayrılması barədə açıqlama verib.Citypost.az xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib. Onun sözlərinə görə, bu gün 2016-cı ildən bəri icra etdiyi postu tərk etməsi ilə bağlı istefa ərizəsini təqdim edib. Xatırladaq ki, dünən Türkiyə mediasında Oktay Saralın vəzifəsindən uzaqlaşdırılması barədə xəbərlər yayılıb. Daha sonradan türkiyəli jurnalist Talat Atilla O.Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini bildirib....
26 Oktyabr 2026, 14:18
Nigeriyada Ebola ilə bağlı nəzarət tədbirləri gücləndirilir
Afrikada Ebola virusunun yayılması ilə bağlı narahatlıqlar artır. Bir sıra ölkələrdə yoluxma hallarının qeydə alınması səhiyyə qurumlarını qabaqlayıcı tədbirləri gücləndirməyə vadar edir.Citypost.az saytı AFP-yə istinadən xəbər verir ki, Nigeriyada Ebola virusuna yoluxmuş şəxslə təmasda olan daha 9 nəfər müəyyən edilib. Bununla da nəzarətdə saxlanılan əlaqəli şəxslərin sayı 53-ə çatıb. Ölkədə hələlik yalnız bir təsdiqlənmiş yoluxma halı var.Səhiyyə orqanları beynəlxalq hava limanlarında yoxlamaları gücləndirib. Yoluxmuş qadının Uqandaya səfər etdiyi, hazırda isə müalicə aldığı bildirilir.Əli ...
26 Oktyabr 2026, 09:41
ABŞ-da məlumat mərkəzi sakinlərlə şirkət arasında narazılığa səbəb olub
Süni intellekt texnologiyalarının sürətli inkişafı məlumat mərkəzlərinin sayını artırsa da, bu obyektlərin ətraf mühitə və insanların gündəlik həyatına təsiri müzakirələrə yol açır.Citypost.az saytı AFP-yə istinadən xəbər verir ki, ABŞ-ın Massaçusets ştatının Louell şəhərində yerləşən məlumat mərkəzi səs-küy, toz, tüstü və su buxarı səbəbindən sakinlərin narazılığına səbəb olub.Bəzi sakinlər sağlamlıqlarından və əmlaklarının dəyərinin azalmasından narahatdırlar. Şirkət isə mərkəzin yüzlərlə iş yerini dəstəklədiyini və ətraf mühitə təsiri azaltmaq üçün tədbirlər gördüyünü bildirir. Şəhər şurası məlumat mərkəzlərinin tikintisi və genişləndirilməsinə 360 günlük moratorium tətbiq edib....
26 Oktyabr 2026, 09:37
Marin Le Penin tərəfdarları Fransanın gələcəyindən narahatdırlar
Fransada qarşıdan gələn prezident seçkiləri ərəfəsində siyasi gərginlik və təhlükəsizliklə bağlı narahatlıqlar artır. İfrat sağçı qüvvələrin yüksəlişi və immiqrasiya ətrafında müzakirələr ölkənin siyasi gündəminin əsas mövzularındandır.Citypost.az saytı AFP-yə istinadən xəbər verir ki, Marin Le Penin minlərlə tərəfdarı Orlean şəhərində keçirilən mitinqdə iştirak edərək ona dəstək ifadə edib. Təxminən 8500 nəfərin qatıldığı tədbirdə tərəfdarlar artan cinayət və zorakılıqdan narahatlıqlarını bildiriblər.Le Pen çıxışında qanunun aliliyini bərpa edəcəyinə və immiqrasiya siyasətini sərtləşdirəcəyinə söz verib. Sorğular onun gələn il keçiriləcək prezident seçkilərində əsas namizədlərdən biri olduğunu göstərir.Turan ...
26 Oktyabr 2026, 09:25