CENTCOM rəhbəri İsrailə gedir
Dünya 05 Oktyabr 2024, 12:21
9225
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla oktyabrın 6-da İsrailə səfər edəcək.
Citypost.az xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Həmçinin oxuyun
“CENTCOM-un rəhbəri Maykl Kurilla İsrail hərbi komandanlığı ilə məsləhətləşmələr aparmaq üçün oktyabrın 6-da İsrailə gedəcək”, - məlumatda bildirilib.
Onun səfərində məqsəd İranın raket hücumuna İsrailin mümkün cavabı ilə bağlı məsləhətləşmələr aparmaqdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tramp: İranla üzbəüz sülh danışıqları üçün hələ tezdir
İranla üzbəüz sülh danışıqları üçün hələ tezdir.Bunu ABŞ Prezidenti Donald Tramp “New York Post”a deyib.Tramp İranla 67 gündür davam edən müharibəni başa çatdıracaq çərçivə sənədinə dair xəbərə baxmayaraq, üzbəüz sülh danışıqlarını müzakirə etməyin hələ ki tez olduğunu bildirib.O qeyd edib ki, danışıqlar üçün Pakistanın paytaxtı İslamabada nümayəndə heyəti göndərmək üçün çox tezdir.
06 May 2026, 16:52
Dəyəri 11 milyon dollardan çox olan narkotik maddə müsadirə edilib
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində 103 kiloqrama yaxın metamfetamin müsadirə olunub.Citypost.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-i məlumat yayıb.Bildirilib ki, müsadirə olunan narkotikin qara bazarda qiyməti 30 milyon laridir (11 milyon ABŞ dollarından çox).Xüsusilə külli miqdarda narkotik maddənin qanunsuz alınması, saxlanması və Gürcüstana qanunsuz idxalına görə 1 nəfər saxlanılıb.Faktla bağlı araşdırma aparıllr. (AZƏRTAC)
06 May 2026, 16:43
SEPAH Hörmüz boğazından təhlükəsiz keçidin təmin olunacağını açıqlayıb
Hörmüz boğazı vasitəsilə sabit və təhlükəsiz gəmiçilik ABŞ təhdidlərinin zərərsizləşdirilməsindən sonra təmin ediləcək.APA xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri bəyanat yayıb.Bəyanatda Fars və Oman körfəzlərində üzən gəmilərin kapitanlarına və sahiblərinə yeni qaydalara əməl etdiklərinə görə təşəkkür edilib.“Təcavüzkarın təhdidləri zərərsizləşdirildikdən və yeni protokollar tətbiq edildikdən sonra Hörmüz boğazından təhlükəsiz və sabit keçid təmin olunacaq”, - bəyanatda deyilir.Qeyd olunub ki, SEPAH son vaxtlar boğazdan mülki gəmilərin təhlükəsiz keçidi üçün yeni qaydalar müəyyən edib.Eyni zamanda, SEPAH xəbərdarlıq edib ki, regionda ABŞ hərbi qüvvələri üçün silah və sursat daşıyan gəmilərin hərəkətinin qarşısı alınacaq....
06 May 2026, 15:35
Çavuşoğlunun qardaşı güllələndi
Türkiyənin sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğluna silahlı hücum olub.Citypost.az xəbər verir ki, Aydın Çavuşoğlunu ofisində güllələyiblər.Əməliyyat olunan Aydın Çavuşoğlu reanimasiyaya yerləşdirilib.Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.(APA)
06 May 2026, 12:08
Vens: Ölən 186.000 amerikalı ərzaq talonu almağa davam edir
ABŞ-ın vitse-prezidenti Cey Di Vens ölkədə sosial yardım proqramı ilə bağlı diqqətçəkən açıqlama verib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, mayın 5-də Ayova ştatındakı istehsal müəssisəsində keçirilən brifinqdə bildirib ki, ölkədə təxminən 186 min vəfat etmiş şəxsin hələ də ərzaq talonu (food stamps) aldığı qeydə alınıb.Vensin sözlərinə görə, əlavə olaraq 335 min ABŞ vətəndaşı isə ikiqat sosial müavinət alır. Vitse-prezident bu vəziyyəti tənqid edərək bildirib ki, vəfat etmiş şəxslərin adından müavinətlərin alınması sistemdə ciddi problemlərə işarə edir və bu halların aradan qaldırılması vacibdir.Turan...
06 May 2026, 11:29
Sem Smitin Kristian Kouenlə nişanlandığı iddia olunur
Müğənni Sem Smitin şəxsi həyatında yeni mərhələ başladığı bildirilir.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, daxili mənbələrin məlumatına görə, 33 yaşlı sənətçi məşhur dizayner Kristian Kouenlə nişanlanıb. Bildirilir ki, cütlük 2026-cı il Met Qala tədbirindən əvvəl nişan faktını təsdiqləyib.Mənbələr onların Nyu-Yorkda yerləşən “Mark Hotel”də evlilik təklifi ilə bağlı müzakirələr apardığı zaman görüntüləndiyini iddia edir. Həmçinin qeyd olunur ki, Kristian Kouen Met Qalada sarı Cartier brilyant üzük taxaraq diqqət çəkib və bu üzük sonradan qırmızı xalçada da müşahidə olunub.Sem Smitin isə üzüyü açıq şəkildə nümayiş etdirmədiyi, lakin sol əlini qara şəffaf əlcəklə örtməsi diqqət çəkib.Məlumata görə, Sem Smit və Kristian Kouen...
06 May 2026, 11:26