Bizə yazın

Baku

-°C

USD

-

İsrail onları təcili təxliyəyə çağırdı

Dünya 05 Oktyabr 2024, 10:47

18604

İsrailin Müdafiə Ordusu Beyrutun cənub ətrafındakı Burc-əl-Barajne bölgəsindəki bəzi evlərin sakinlərini ərazidə Hizbullah hərəkatının obyektlərinin yerləşdiyi üçün dərhal tərk etməyə çağırıb.

Citypost.az xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Avihay Adri sosial şəbəkədəki səhifəsində yazıb.

"Cənubda şəhərətrafı sakinlər, xüsusən də Burj-əl Barajne rayonundakı xəritədə göstərilən binada olanlar üçün təcili xəbərdarlıq. Siz Hizbullahın obyektlərinə yaxınsınız. Özünüzün və yaxınlarınızın təhlükəsizliyi üçün dərhal bu binadan, ona bitişik evlərdən təxliyə olunmalı və onlardan ən azı 500 metr məsafədə olmalısınız", - paylaşımda deyilir.

Qeyd edək ki, İsrail ordusu analoji çağırışı 3 və 4 oktyabrda da səsləndirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əfqanıstanda taksi sürücüləri musiqi qadağasına qarşı çıxırlar

Əfqanıstanda bəzi taksi sürücüləri Taliban hökumətinin ictimai yerlərdə musiqiyə qoyduğu qadağaya baxmayaraq, avtomobillərində musiqi dinləməyə davam edirlər. Citypost.az france24.com-a istinadən xəbər verir ki, sürücülər əxlaq polisi tərəfindən saxlanılmaqdan qorxduqları üçün nəzarət məntəqələrindən keçərkən musiqinin səsini azaldır və ya tamamilə söndürürlər.Talibanın 2021-ci ildə hakimiyyətə qayıtmasından sonra Kabildə restoran, kafe və mağazalarda musiqi səsləndirilməsi qadağan edilib. Fəzilətin Təbliği və Zərərin Qarşısının Alınması Nazirliyinin qaydalarına əsasən, sürücülər də avtomobillərində musiqi səsləndirməkdən və dinləməkdən çəkinməlidirlər.Taksi sürücüsü Roeen AFP-yə bildirib ki, qadağaya baxmayaraq, avtomobilində Əfqanıstan və regionun xalq və pop musiqilərini dinləyir. Onun sözlərinə görə, musiqi dinləmək onun üçün bir növ etiraz formasıdır.Başqa bir sürücü...

25 Sentyabr 2026, 09:23

Yeni Dehlidə yüzlərlə tələbə qadın təhlükəsizliyi üçün yürüş keçirdi

Hindistanda son həftələrdə baş verən bir sıra təcavüz hadisələri qadınların təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Yüzlərlə tələbə Yeni Dehlidə yürüş keçirərək qadınların müdafiəsi üçün daha sərt tədbirlər görülməsini tələb edib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, son hadisələrdən birində özlərini polis əməkdaşı kimi təqdim edən üç kişinin paytaxtın mərkəzində 17 yaşlı qıza qrup şəklində təcavüz etdiyi bildirilir. Bu hadisə 2012-ci ildə 23 yaşlı tələbənin avtobusda qrup şəklində təcavüzə məruz qalaraq öldürülməsini xatırladıb. Həmin hadisədən sonra Hindistanda cinsi zorakılıqla bağlı qanunvericilik sərtləşdirilib.Rəsmi məlumatlara əsasən, 2024-cü ildə ölkədə gündə orta hesabla 80 təcavüz hadisəsi qeydə alınıb. Hüquq müdafiəçiləri isə real...

25 Sentyabr 2026, 09:20

Tarixçi Hitlerin qardaşı qızının ölümündə yeni versiya irəli sürüb

Adolf Hitlerin 23 yaşlı qardaşı qızı Geli Raubalın 1931-ci ildə baş verən sirli ölümü ilə bağlı yeni iddia ortaya atılıb. Alman tarixçisi Harald Sandner Hitlerin həmin vaxt Münhendə ola biləcəyini və Raubalın ölümündə mümkün rolunun araşdırılmalı olduğunu bildirib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, rəsmi versiyaya görə, Raubal Hitlerin Münhendəki mənzilində odlu silahdan açılan atəş nəticəsində ölüb və hadisə intihar kimi qiymətləndirilib. Həmin vaxt Hitler artıq şəhəri tərk edərək Nürnberqə getmişdi və bu, onun hadisə yerində olmadığını göstərən əsas arqumentlərdən biri sayılırdı.Lakin Sandner ölüm şəhadətnaməsindəki məlumatlara əsasən, Raubalın cəsədinin rəsmi versiyada göstərildiyindən təxminən 24 saat əvvəl aşkar edildiyini iddia edir....

25 Sentyabr 2026, 09:18

Keçmiş nazir Sinqapurun varlı, amma bədbəxt olmasının səbəbini açıqladı

Sinqapurun iqtisadi uğuruna baxmayaraq, ölkə əhalisinin xoşbəxtlik səviyyəsinin yüksək olmaması diqqət çəkir. Sinqapurun keçmiş xarici işlər naziri Corc Yeo hesab edir ki, bu paradoks ölkənin inkişafında çətinliklərin və təzyiqin rolunu göstərir.Citypost.az xəbər verir ki, Yeo “Bloomberg”ə müsahibəsində bildirib ki, bəzən çətinliklər nailiyyət üçün zəruri şərt ola bilər. Onun sözlərinə görə, Sinqapur dünyanın ən varlı ölkələrindən biri olsa da, xoşbəxtlik göstəricilərində eyni nəticəni göstərmir.Sinqapur adambaşına düşən ÜDM göstəricisinə görə Asiyanın liderlərindən biridir. Bununla yanaşı, ölkə sakinləri sürətli həyat tempindən və iqtisadi uğuru müşayiət edən yüksək iş yükündən şikayətlənirlər. 2026-cı il Ipsos Xoşbəxtlik İndeksində Sinqapur 73 faiz göstərici ilə qlobal orta səviyyə...

25 Sentyabr 2026, 09:15

Britaniya sakinlərinə fövqəladə hallar üçün 9 əşya saxlamaq tövsiyə olunacaq

Böyük Britaniya hakimiyyəti payızda ölkə sakinlərinə müharibə, elektrik enerjisinin kəsilməsi, kiberhücumlar, təbii fəlakətlər və digər fövqəladə hallar zamanı istifadə etmək üçün evdə əsas ehtiyatlar saxlamağı tövsiyə edəcək.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, tövsiyələrə fənər, portativ enerji bankı, batareya ilə işləyən və ya əl generatorlu radio, ehtiyat batareyalar, ilk yardım dəsti, antiseptik və nəm salfetlər, içməli su, uzun müddət saxlanılan qidalar, həmçinin körpələr üçün bez və hazır qida daxildir. Ev heyvanları olan şəxslərə onların yem ehtiyatını da əvvəlcədən hazırlamaq məsləhət görülür.Hakimiyyət vətəndaşlara bütün ləvazimatları birdən almaq əvəzinə, fövqəladə hallar üçün ehtiyat dəstini tədricən formalaşdırmağı tövsiyə edir. Tövsiyələr ölkənin mümkün müharibə,...

25 Sentyabr 2026, 09:13

Tokayev: Qazaxıstanda islahatlar davam etdiriləcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə həyata keçirilən islahatların bütün sahələri əhatə etdiyini və bu prosesin davam etdiriləcəyini bildirib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, prezident bu barədə ölkənin ali məşvərətçi orqanı olan Xalq Şurasının sessiyasında çıxış edərkən danışıb.“Hazırda Qazaxıstan genişmiqyaslı transformasiya dövrünü yaşayır. Cəmiyyətimizin həyatının bütün sahələrində dərin islahatlar həyata keçirilir. Lakin dəyişikliklərin bununla yekunlaşdığını söyləmək olmaz. Onlar mütləq davam etdiriləcək”, – deyə prezident bildirib.Tokayev xatırladıb ki, 2026-cı ildə ölkədə yeni Konstitusiya qəbul edilib. Daha sonra onun əsasında yeni, birpalatalı parlamentə – Qurultaya seçkilər keçirilib, vitse-prezident təyin olunub, Xalq Şurası formalaşdırılıb və Qazaxıstan Təhlükəsizlik Şurasının aparatı yaradılıb.Prezident qeyd edib ki, respublika...

24 Sentyabr 2026, 18:00