Bizə yazın

Baku

-°C

USD

-

Böyük müharibənin qarşısını ala bilmirik! - ABŞ-dan şok

Dünya 05 Oktyabr 2024, 13:00

12595

ABŞ Yaxın Şərq regionunda genişmiqyaslı müharibənin qarşısının alınacağını əminliklə deyə bilməz.

Citypost.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

“Biz çox şey edirik. Əsasən biz Fransanın Livanda gərginliyin azaldılmasında etdiyi kimi, dünyanın digər ölkələrini və müttəfiqlərimizi prosesdə iştiraka sövq etməyə çalışırıq”, - o bildirib.

Eyni zamanda Bayden vurğulayıb ki, İran Hizbullah və Ənsərullah kimi irrasional proksi-qüvvələrə malik olduğundan, heç nə haqqında əminliklə danışmaq olmur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Britaniyada aviabazaya planlaşdırılan hücumla bağlı daha bir nəfər saxlanılıb

Böyük Britaniyada “RAF Fairford” aviabazasına planlaşdırılan hücumla bağlı daha bir nəfər həbs edilib.AP-nin məlumatına görə, 22 yaşlı Britaniya vətəndaşı Londonun mərkəzində terror hücumları törətməyə hazırlaşmaqda şübhəli bilinərək saxlanılıb.Qeyd edək ki, bundan əvvəl sözügedən aviabazada yerləşən ABŞ bombardmançı təyyarələrinə hücum planlaşdırmaqda günahlandırılan 6 nəfər həbs edilib, onlar təhqiqat yekunlaşana qədər şərti azadlığa buraxılıb.ABŞ potensial təhlükə ilə əlaqədar olaraq, bombardmançı təyyarələri bazadan çıxarıb...

06 Oktyabr 2026, 18:05

Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəyə yeni kütləvi zərbə hazırladığı barədə kəşfiyyat məlumatı aldıqlarını bildirib.Citypost.az APA-a istinadən xəbər verir ki, Zelenski bu barədə oktyabrın 6-da hökumət rəsmiləri, hərbçilər və əsas xidmətlərin rəhbərləri ilə keçirdiyi müşavirədən sonra açıqlama verib.“Bu gün kəşfiyyatdan rusların kütləvi zərbəyə hazırlaşması ilə bağlı yenilənmiş məlumat aldıq. Qarşı tədbirlər hazırlayırıq. Tapşırıqların əhəmiyyətli hissəsinin icra müddətləri müəyyənləşdirilib, ilkin tədbirlər artıq həyata keçirilir”, – Zelenski bildirib.Onun sözlərinə görə, müşavirədə hava hücumundan müdafiə vasitələrinin bölüşdürülməsi və mühüm obyektlərin müdafiəsi üçün mövqelərin təşkili məsələləri də müzakirə olunub.Zelenski bildirib ki, F-16 qırıcıları üçün zəruri sursat, ələkeçirmə vasitələri və əks-raketlər təmin edilir. O, ballistik...

06 Oktyabr 2026, 17:13

Seul Kiyevdəki səfirini geri çağıra bilər 

Ukrayna Prezidenti Volodimir Zelenski Cənubi Koreyadan üzr istəyib.Citypost.az APA-a istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun deyib.O, Zelenskinin müharibədə Ukrayna tərəfindən əsir götürülən Şimali Koreya hərbçilərinin Cənubi Koreyaya verildiyi ilə bağlı bəyanatı səbəbindən üzr istədiyini, lakin bunun kifayət etmədiyini bildirib.Nazir məsələ ilə bağlı rəsmi Seulun sərt diplomatik addımlar atacağını vurğulayıb.Onun sözlərinə görə, bura səfirin Kiyevdən geri çağırılması da daxil ola bilər....

06 Oktyabr 2026, 13:38

Gürcüstandan 107 qanunsuz miqrant deportasiya edilib 

Gürcüstanda son günlər ərzində 107 əcnəbinin ölkədə qanuni əsas olmadan yaşadığı müəyyən edilib.Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.İordaniya, Hindistan, Misir, Livan, Əlcəzair, Filippin, Ermənistan, Özbəkistan, Türkiyə, Rusiya, Çin, Azərbaycan, Qırğızıstan, İraq, Keniya, Nepal, Nigeriya və Tayland vətəndaşları olan həmin şəxslər deportasiya edilib.Yerli qanunvericiliyə uyğun olaraq onların Gürcüstana girişinə qadağa tətbiq olunub.DİN-nin məlumatın əsasən, bu ilin əvvəlindən Gürcüstandan miqrasiya qanunvericiliyini pozan təqribən 3 300 xarici ölkə vətəndaşı çıxarlıb....

06 Oktyabr 2026, 10:50

Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək

Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək.Citypost.az "TRT Haber"a xəbər verir ki, bu barədə Məkkə Ortaq Müdafiə Sazişi çərçivəsində keçirilən Strateji Siyasi və Müdafiə Komitəsinin iclasından sonra birgə bəyanatda bildirilib."Komitə kollektiv müdafiə öhdəliklərinin icrasına dərhal başlamağı, bu çərçivədə tərəflərin milli qanunvericiliyinə uyğun razılaşdırılmış hərbi qüvvələrin və imkanların Səudiyyə Ərəbistanına sürətlə yerləşdirilməsi istiqamətində tədbirlər görməyi, bununla da təhdidlərlə mübarizəyə yönəlmiş hazırlıq vəziyyətini, hərbi inteqrasiyanı və kollektiv potensialı gücləndirməyi qərara alıb", - bəyanatda vurğulanıb. (Apa)...

06 Oktyabr 2026, 08:34

Nobel laureatı beynin sirlərini işıqla açmağa çalışır

2026-cı il Tibb üzrə Nobel mükafatına layiq görülən amerikalı alim Karl Deisseroth beynin fəaliyyətini daha dəqiq öyrənməyə imkan verən optogenetika sahəsindəki tədqiqatlarını davam etdirir.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki , Deisseroth alman alimləri Peter Hegemann və Georg Nagel ilə birlikdə sinir hüceyrələri üçün “molekulyar açar”ın kəşfinə görə Nobel mükafatına layiq görülüb. Bu texnologiya işıq vasitəsilə beyindəki ayrı-ayrı neyronların fəaliyyətini idarə etməyə imkan verir.Alimin sözlərinə görə, optogenetika psixiatrik xəstəliklərin öyrənilməsində mühüm dönüş yarada bilər. Tədqiqatçılar artıq müəyyən davranış, hiss və xatirələrə cavabdeh neyron dövrələrini müəyyənləşdirə bilirlər.Deisseroth hesab edir ki, bu yanaşma gələcəkdə autizm, şizofreniya və Parkinson xəstəliyi kimi problemlərin daha...

06 Oktyabr 2026, 07:40