Antonio Quterreş Rusiyaya gəlir
Dünya 05 Oktyabr 2024, 14:30
28376
BMT-nin Baş katibi Antonio Quterreş BRİKS sammitində iştirak edəcək.
Citypost.az xəbər verir ki, bu barədə BRİKS-in Rusiyadakı İnformasiya ofisinin rəhbəri Vladimir Kuznetsov bildirib.
Həmçinin oxuyun
“BMT Baş katibi Antonio Quterreş BRİKS sammitində dəvət olunmuş şəxs qismində iştirak edəcək. Biz gözləyirik ki, sammitdə 2030-cu il davamlı inkişaf gündəliyinin bütün məqsədlərinə nail olmaq və planetimizdə həyatı təhlükəsiz və firavan etmək üçün mühüm razılaşmalar əldə olunacaq”, - deyə Kuznetsov bildirib.
Xatırladaq ki, BRİKS-in növbəti sammiti bu il oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində keçiriləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.Citypost.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaydığı sənəddə bildirilir.Yeni sanksiyalar Rusiya maliyyə sektoruna, eləcə də “kölgə donanması” ilə əlaqəli şirkət və 12 gəmiyə qarşı yönəlib.Sanksiya tətbiq edilən qurumlar arasında "Zarubejneft" şirkəti və “Stolichny Credit” bankının da olduğu bildirilir.Böyük Britaniya hökumətinin məlumatına görə, yeni məhdudiyyətlər Rusiyanın maliyyə xidmətləri sektorunda fəaliyyət göstərən və ölkənin neft gəlirlərinin təmin edilməsində rol oynadığı iddia edilən strukturları hədəfə alır.“Reuters“in məlumatına görə, yeni paket Rusiyanın neft məhsullarının daşınmasında istifadə olunan “kölgə donanması”na qarşı tədbirləri də əhatə edir. (APA)...
08 Oktyabr 2026, 16:18
Fransanın dövlət borcu gündəmdə: Baş nazir vəd verdi
Fransanın Baş naziri Sebastyan Lekornu ölkədə tələbə etirazlarının davam etdiyi və maliyyə bazarlarında narahatlığın artdığı bir vaxtda dövlət borcu və büdcə kəsiri ilə bağlı problemlərin həll ediləcəyini vəd edib.Citypost.az France24-ə istinadən xəbər verir ki, Lekornu çıxışında həm tələbə etirazçılarını, həm də narahatlıq yaşayan istiqraz bazarlarını sakitləşdirməyə çalışıb.Baş nazir təhsil nazirliyinin ötən həftə təqdim etdiyi büdcə təklifində hər hansı kəsir görmədiyini bildirib. Bununla yanaşı, hökumətin qarşısında dövlət büdcəsi kəsirinin ÜDM-in 5 faizinə endirilməsi kimi mühüm hədəfin dayandığını vurğulayıb.Fransada dövlət xərcləri və artan borc yükü ilə bağlı narahatlıqlar son dövrlərdə daha da güclənib. Beynəlxalq Valyuta Fondu (BVF) də Fransanı maliyyə vəziyyətini yaxşılaşdırmağa...
08 Oktyabr 2026, 09:52
Elbasanda 318 ton zəhərli sənaye tozu aşkarlanıb
Albaniyanın Elbasan şəhərində sənaye tullantıları və hava çirklənməsi ilə bağlı vəziyyət ciddi narahatlıq doğurur. AFP-nin araşdırmasına görə, şəhərdə fəaliyyət göstərən polad zavodlarından yayılan tüstü və illərdir yığılan təhlükəli tullantılar sakinlərin sağlamlığına ciddi təsir göstərir.Citypost.az france24.com-a istinadən xəbər verir ki, Bu ilin yayında AlbChrome xrom zavodunda baş verən iki yanğından sonra ətraf mühit müfəttişləri aylarla saxlanılan 318 ton zəhərli sənaye tozu aşkarlayıb. Zavod müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Mütəxəssislər isə Elbasanda havanın, torpağın və suyun xrom, nikel, sink və digər təhlükəli maddələrlə çirkləndiyini bildirirlər.Şəhərdə hava keyfiyyətinin sistemli monitorinqinin aparılmaması da vəziyyəti daha da ağırlaşdırır. Yerli sakinlər xüsusilə gecələr havanın kəskin şəkildə çirkləndiyini,...
08 Oktyabr 2026, 09:48
Aİ COP31-dən böyük nəticələr gözləmir
Avropa İttifaqı gələn ay Türkiyədə keçiriləcək COP31 iqlim sammitinə əvvəlki illərlə müqayisədə daha təmkinli yanaşır. Brüssel əsas diqqəti yeni böyük razılaşmalardan çox, mövcud iqlim öhdəliklərinin həyata keçirilməsinə yönəltməyi planlaşdırır.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Aİ rəsmiləri həddindən artıq yüksək gözləntilərin məyusluqla nəticələnə biləcəyini bildirirlər. Ötən il Braziliyada keçirilən COP-da qazıntı yanacaqlarından mərhələli imtina ilə bağlı daha iddialı razılaşmanın əldə olunmaması Avropa ölkələrində ciddi narazılıq yaradıb.ABŞ-ın iqlim danışıqlarından çəkilməsi, enerji qiymətlərinin yüksəlməsi və neft-qaz istehsalçılarının mövqelərinin güclənməsi də qlobal iqlim siyasətini çətinləşdirir. Eyni zamanda, Aİ daxilində büdcə məhdudiyyətləri yeni iqlim maliyyələşdirməsinə həvəsi azaldıb.Brüssel elektrikləşdirmə və Paris Sazişinin icrasının sürətləndirilməsini COP31-in...
08 Oktyabr 2026, 09:44
Nobel ədəbiyyatının favoritləri açıqlandı – Qadın müəlliflər ön planda
Bu il Nobel ədəbiyyat mükafatının Latın Amerikası və ya Karib hövzəsindən olan qadın yazıçıya verilə biləcəyi ilə bağlı gözləntilər artıb. İsveç Akademiyası qalibi bu gün açıqlayacaq.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ədəbiyyat tənqidçiləri və bukmekerlər arasında Antiqua əsilli amerikalı yazıçı Yamayka Kinkayd və çinli Can Xue favoritlər sırasında göstərilir. Meksikalı Kristina Rivera Qarza, argentinalı Samanta Şveblin və digər müəlliflərin də adı namizədlər arasında çəkilir.Ədəbiyyat üzrə Nobel mükafatında qadınların və qeyri-Avropa müəlliflərin az təmsil olunması uzun illərdir müzakirə edilir. 1901-ci ildən bəri mükafata layiq görülən 122 yazıçıdan yalnız 18-i qadındır.Ekspertlər hesab edirlər ki, builki seçimdə coğrafi və gender müxtəlifliyi də...
08 Oktyabr 2026, 09:43
Hindistanda seçici siyahılarının dəyişdirilməsi ilə bağlı qalmaqal böyüyür
Hindistan Seçki Komissiyası ölkə üzrə seçici siyahılarının yenilənməsi zamanı qanun pozuntularına yol verilməsi iddiaları fonunda artan təzyiqlə üzləşir. “Indian Express” qəzetinin araşdırmasına görə, milyonlarla seçicinin siyahıdan çıxarılmasına səbəb olan qərarların bir qisminin komissiyanın üç üzvündən ikisinin razılığı olmadan qəbul edildiyi iddia olunur.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,Seçki Komissiyası bu ittihamları rədd edərək bütün qərarların qanuni və yekdilliklə qəbul edildiyini bildirib. Müxalifət isə qanuni seçicilərin Baş nazir Narendra Modinin hakim BJP partiyasının maraqları naminə siyahılardan çıxarıldığını iddia edir.Məlumata görə, seçici siyahılarından 133 milyondan çox ad çıxarılıb. Komissiya bunun saxta və təkrarlanan qeydiyyatların, eləcə də vəfat etmiş şəxslərin müəyyənləşdirilməsi ilə bağlı...
08 Oktyabr 2026, 09:40