Dünyada sülh yoxdur: Nobel Sülh mükafatını kimə verək?
Dünya 05 Oktyabr 2024, 14:51
20808
Dünyadakı vəziyyəti nəzərdən keçirəndə olduqca böyük miqyasda qarşıdurma, düşmənlik görürəm. Düşünürəm ki, bəlkə də Nobel Sülh mükafatı bu il verilməməlidir.
Citypost.az xəbər verir ki, bunu Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun rəhbəri Dan Smit deyib.
Həmçinin oxuyun
"Bu mükafatı cari ildə heç kəsə verməyərək, sülh səylərinin kifayət etmədiyinə diqqət çəkmək daha doğru addım olar", - o bildirib.
Qeyd edək ki, Nobel Sülh mükafatı dünya müharibələri də daxil olmaqla, keçmişdə 19 dəfə təqdim edilməyib. Sonuncu dəfə mükafat 1972-ci ildə verilməyib. Digər tərəfdən, bəzi ekspertlər builki Nobel Sülh mükafatının favoritləri arasında bir müddət əvvəl İsrail tərəfindən “persona non qrata” elan edilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin olduğunu bildirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sergey Lavrov Bakıda AQEM sammitində iştirak edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək."Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib."Oktyabrın 15-də Bakıda Rusiya Federasiyasının xarici işlər naziri Sergey Viktoroviç Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək", - məlumatda qeyd olunub....
14 Oktyabr 2026, 12:47
Səudiyyə Ərəbistanındakı gərginlik enerji bazarlarını silkələyə bilər
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgieva Səudiyyə Ərəbistanına edilən son hücumların regionla yanaşı, dünya iqtisadiyyatına da mənfi təsir göstərə biləcəyini bildirib. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, K.Georgievanın sözlərinə görə, Səudiyyə Ərəbistanı iqtisadiyyatı həm region, həm də dünya üçün mühüm əhəmiyyət daşıyır. O, Yaxın Şərqdə gərginliyin artmasının qlobal iqtisadi artım və enerji bazarları ilə bağlı narahatlıqları gücləndirdiyini vurğulayıb.BVF rəhbəri Banqkokda keçirilən mətbuat konfransında hökumətləri mümkün maliyyə böhranlarının qarşısını almaq üçün dövlət gəlirlərini artırmağa, xərcləri səmərəliləşdirməyə və maliyyə idarəçiliyini yaxşılaşdırmağa çağırıb.Fond 2026-cı il üçün qlobal iqtisadi artım proqnozunu 3,1 faizə yüksəltsə də, Georgieva dünya iqtisadiyyatının ardıcıl şoklar və qeyri-müəyyənlik...
14 Oktyabr 2026, 10:47
İndoneziyada sakinlər Prezidentə qarşı MƏHKƏMƏYƏ üz tutdu
İndoneziyanın Qərbi Kalimantan əyalətinin sakinləri meşə yanğınlarının yaratdığı tüstü və hava çirkliliyinə görə Prezident Prabovo Subianto və digər dövlət rəsmilərinə qarşı kollektiv iddia qaldırıblar. İddiaçılar hökuməti yanğınların qarşısını almaqda səhlənkarlıqda və əhalinin sağlamlığını qorumaq üçün yetərli tədbirlər görməməkdə ittiham edirlər.Citypost.az AFP-ə istinadən xəbər verir ki, Borneo adasında yerləşən əyalətdə meşə yanğınları tüstünün yayılmasına, məktəblərin bağlanmasına və iqtisadi fəaliyyətin pozulmasına səbəb olub. Sakinlər təmiz hava və sağlam ətraf mühit hüquqlarının təmin edilməsini tələb edirlər.İddiaçılar hökumətdən milli fövqəladə vəziyyət elan etməyi, yanğınların söndürülməsinə daha çox vəsait ayırmağı, tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərə pulsuz tibbi xidmət göstərməyi və ölənlərin ailələrinə kompensasiya ödəməyi istəyirlər. Onlar...
14 Oktyabr 2026, 09:51
Yaponiya Rusiyaya müraciət etdi: Həbsdəki jurnalistə qərəzsiz yanaşın!
Yaponiya Rusiyanı casusluqda şübhəli bilinərək həbs edilən yapon jurnalistə ədalətli və qərəzsiz münasibət göstərməyə çağırıb. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, həbs olunan şəxs Yaponiyanın “Hokkaydo Şimbun” qəzetinin müxbiri Yuki İmaidir. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) jurnalistin Saxalin adasında saxlanıldığını və Rusiyanın müdafiəsi ilə bağlı məlumat toplamaqda şübhəli bilindiyini açıqlayıb.Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi bildirib ki, ölkənin Moskvadakı səfirliyi və Yujno-Saxalinskdəki baş konsulluğu Rusiya hakimiyyətinə müraciət edərək jurnalistlə təcili əlaqə yaradılmasını, onunla humanist davranılmasını və ədalətli rəftarın təmin edilməsini istəyib.“Hokkaydo Şimbun” qəzeti jurnalistin təhlükəsizliyinin təmin edilməsinin əsas prioritet olduğunu açıqlayıb. Rusiya mediasının məlumatına...
14 Oktyabr 2026, 09:46
Taylandda ailələr evlərini xilas etmək üçün BORCA GİRİR
Tayland hakimiyyəti paytaxt Banqkok və sənaye zonalarını daşqınlardan qorumaq məqsədilə suyu çay kənarındakı kəndlərə yönəldir. Nəticədə ölkənin mərkəzi hissəsində yerləşən Ayutthaya əyalətinin sakinləri illərdir davam edən və getdikcə şiddətlənən daşqınlarla üzləşirlər. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,2011-ci ildə baş verən dağıdıcı daşqınlardan sonra hakimiyyət suyun axınını tənzimləmək üçün bəndləri, su qapılarını və digər infrastrukturu genişləndirib. Bu tədbirlər paytaxtın və sənaye zonalarının qorunmasına kömək etsə də, bəzi kəndlərdə suyun səviyyəsi evlərin damına qədər yüksəlir və çəkilməsi aylarla davam edir.Sakinlər evlərini dəfələrlə hündürə qaldırmağa, əşyalarını suyun üzərindən qorumağa, hətta qayıqla işə getməyə məcbur olurlar. Evlərin qaldırılması ölçüsündən və hündürlüyündən asılı olaraq...
14 Oktyabr 2026, 09:42
Hindistan 33 ildən sonra məşhur etiraz meydanını bağlayır
Hindistan hakimiyyəti Yeni Dehlinin mərkəzində yerləşən və 1993-cü ildən etiraz aksiyalarına ev sahibliyi edən Jantar Mantar ərazisinin nümayiş məkanı statusunu ləğv edib. Qərar fəallar arasında ölkədə demokratik azadlıqların məhdudlaşdırılması ilə bağlı narahatlıq yaradıb. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, illər ərzində həmkarlar ittifaqları, tələbələr, qadın hüquqları müdafiəçiləri və korrupsiyaya qarşı mübarizə aparan fəallar bu ərazidə mitinqlər keçiriblər. Etirazçılar meydanın parlamentə və dövlət qurumlarına yaxınlığının aksiyaların təsirini artırdığını bildirirlər.Hakimiyyət nümayişlər üçün üç alternativ məkan müəyyənləşdirib. Lakin fəallar yeni ərazilərin şəhər mərkəzindən uzaqda yerləşməsinin aksiyalarda iştirakı və medianın diqqətini azalda biləcəyini düşünürlər. Bəzi yerli sakinlər isə etirazlar zamanı yaranan səs-küy, zibil...
14 Oktyabr 2026, 09:39