Bizə yazın

Baku

-°C

USD

-

Tramp özünü 8 Nobel Sülh Mükafatına layiq görüb

Dünya 10 Oktyabr 2026, 08:45

2919

ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasında rol oynadığını iddia edərək səkkiz Nobel Sülh Mükafatına layiq olduğunu bildirib.

Citypost.az APA-a istinadən xəbər verir ki, Amerika lideri bu barədə Truth Social sosial şəbəkəsində yazıb və Norveç Nobel Komitəsinin qərarından narazılığını ifadə edib.

"Mən səkkiz müharibəni nizamlamışam. Kömək etdiyim ölkələrin prezidentləri və baş nazirləri Norveç Nobel Komitəsinə məktublar göndəriblər. Əslində, mən bir deyil, səkkiz Nobel Sülh Mükafatı almalı idim", – deyə Tramp yazıb.

Onun sözlərinə görə, söhbət Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo Demokratik Respublikası və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan, eləcə də İsrail və HƏMAS arasında baş vermiş münaqişələrdən gedir.

ABŞ Prezidenti həmçinin İran ətrafında və Rusiya-Ukrayna arasında daha iki münaqişənin nizamlanmasına yaxın olduqlarını iddia edib.

"Hər iki proses sürətlə irəliləyir. Lakin onları nəzərə almasaq belə, artıq nizamladığım səkkiz müharibə Nobel Sülh Mükafatına layiq görülməyim üçün kifayət qədər əsasdır", – deyə o qeyd edib.

Tramp BMT-də çalışan bir qadına mükafat verilməsi qərarını tənqid edərək onun haqqında heç nə bilmədiyini bildirib. O, həmçinin laureatı İsrailə qarşı düşmən münasibətdə olmaqda ittiham edib.

Amerika lideri beynəlxalq səviyyədə tanınmağa layiq olduğunu düşündüyü digər nailiyyətlərini də sadalayıb. O, xüsusilə İranın nüvə silahı əldə etməsinin qarşısını aldığını, girovların azad edilməsinə və siyasi məhbusların geri qaytarılmasına nail olduğunu, eləcə də NATO ölkələrinin müdafiə xərclərini artırdığını iddia edib.

Bundan başqa, Tramp Koreya yarımadasında və Tayvan ətrafında silahlı münaqişələrin qarşısını aldığını bildirib.

"Mən tarixdə hamıdan çox insanın həyatını xilas etmişəm", – deyə ABŞ Prezidenti vurğulayıb.

O, həmçinin Birləşmiş Millətlər Təşkilatının sadaladığı münaqişələrin nizamlanmasında ona heç bir kömək göstərmədiyini iddia edib.

"Mənim ölkənizin prezidenti kimi təmsil etdiyim Amerika Birləşmiş Ştatları Nobel Sülh Mükafatını almalı idi. Lakin bu, baş vermədi", – deyə Tramp yazıb. Onun fikrincə, Nobel Komitəsinin qərarı Norveçin və Nobel Sülh Mükafatının nüfuzuna düzəlməz zərər vurub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ukraynada hərbi vəziyyət daha 90 gün uzadılıb

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin müddətinin daha 90 gün uzadılmasına dair qanun layihəsini qəbul edib.Bu barədə "Ukrinform" məlumat yayıb.Məlumata görə, lehinə 293 deputatın səs verdiyi qərara əsasən, Ukraynada hərbi vəziyyətin müddəti 31 oktyabr 2026-cı ildən 29 yanvar 2027-ci ilədək uzadılıb.Bu, Ukraynada tammiqyaslı müharibənin başlanmasından sonra hərbi vəziyyətin müddətinin 21-ci dəfə uzadılmasıdır.Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 24 fevral 2022-ci ildən qüvvədədir.Bundan əvvəl hərbi vəziyyətin müddəti 2 avqust–31 oktyabr 2026-cı il tarixləri üçün 90 gün uzadılmışdı. ...

26 Oktyabr 2026, 16:45

Əlcəzair 53 ildən sonra ilk dəfə xaricə hərbi qüvvə göndərir

Əlcəzair parlamenti Nigerə hərbi qüvvələrin göndərilməsini təsdiqləyib. Bu, ölkənin 1973-cü ildən bəri xaricdə ilk hərbi yerləşdirməsi olacaq.Qaynarinfo xəbər verir ki, bu barədə “Reuters” və “Associated Press” məlumat yayıb.Əlcəzair hərbçilərinin Nigerin şimal-şərqində, Liviya ilə sərhəddə yerləşən Madama yaşayış məntəqəsinə göndərilməsi nəzərdə tutulur. Ərazidə əvvəllər Fransanın hərbi bazası fəaliyyət göstərib. Hələlik bölgəyə neçə hərbçinin göndəriləcəyi və əməliyyatın nə vaxt başlayacağı açıqlanmayıb.Nigerin şimalında və qonşu ölkələrin sərhədyanı ərazilərində hökumət qüvvələri ilə silahlı qruplaşmalar, o cümlədən islamçı silahlılar arasında uzun illərdir toqquşmalar davam edir. Əlcəzair senatoru Belkasem Bulqiti bildirib ki, hərbi qüvvələrin göndərilməsində məqsəd ölkənin iqtisadi və strateji maraqlarını, xüsusilə Nigerdəki neft obyektlərini qorumaqdır.“Reuters”in...

26 Oktyabr 2026, 15:40

Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama 

Oktay Saral Türkiyə Prezidentinin baş müşaviri vəzifəsindən ayrılması barədə açıqlama verib.Citypost.az xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib. Onun sözlərinə görə, bu gün 2016-cı ildən bəri icra etdiyi postu tərk etməsi ilə bağlı istefa ərizəsini təqdim edib. Xatırladaq ki, dünən Türkiyə mediasında Oktay Saralın vəzifəsindən uzaqlaşdırılması barədə xəbərlər yayılıb. Daha sonradan türkiyəli jurnalist Talat Atilla O.Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini bildirib....

26 Oktyabr 2026, 14:18

Nigeriyada Ebola ilə bağlı nəzarət tədbirləri gücləndirilir

Afrikada Ebola virusunun yayılması ilə bağlı narahatlıqlar artır. Bir sıra ölkələrdə yoluxma hallarının qeydə alınması səhiyyə qurumlarını qabaqlayıcı tədbirləri gücləndirməyə vadar edir.Citypost.az saytı AFP-yə istinadən xəbər verir ki, Nigeriyada Ebola virusuna yoluxmuş şəxslə təmasda olan daha 9 nəfər müəyyən edilib. Bununla da nəzarətdə saxlanılan əlaqəli şəxslərin sayı 53-ə çatıb. Ölkədə hələlik yalnız bir təsdiqlənmiş yoluxma halı var.Səhiyyə orqanları beynəlxalq hava limanlarında yoxlamaları gücləndirib. Yoluxmuş qadının Uqandaya səfər etdiyi, hazırda isə müalicə aldığı bildirilir.Əli ...

26 Oktyabr 2026, 09:41

ABŞ-da məlumat mərkəzi sakinlərlə şirkət arasında narazılığa səbəb olub

Süni intellekt texnologiyalarının sürətli inkişafı məlumat mərkəzlərinin sayını artırsa da, bu obyektlərin ətraf mühitə və insanların gündəlik həyatına təsiri müzakirələrə yol açır.Citypost.az saytı AFP-yə istinadən xəbər verir ki, ABŞ-ın Massaçusets ştatının Louell şəhərində yerləşən məlumat mərkəzi səs-küy, toz, tüstü və su buxarı səbəbindən sakinlərin narazılığına səbəb olub.Bəzi sakinlər sağlamlıqlarından və əmlaklarının dəyərinin azalmasından narahatdırlar. Şirkət isə mərkəzin yüzlərlə iş yerini dəstəklədiyini və ətraf mühitə təsiri azaltmaq üçün tədbirlər gördüyünü bildirir. Şəhər şurası məlumat mərkəzlərinin tikintisi və genişləndirilməsinə 360 günlük moratorium tətbiq edib....

26 Oktyabr 2026, 09:37

Marin Le Penin tərəfdarları Fransanın gələcəyindən narahatdırlar

Fransada qarşıdan gələn prezident seçkiləri ərəfəsində siyasi gərginlik və təhlükəsizliklə bağlı narahatlıqlar artır. İfrat sağçı qüvvələrin yüksəlişi və immiqrasiya ətrafında müzakirələr ölkənin siyasi gündəminin əsas mövzularındandır.Citypost.az saytı AFP-yə istinadən xəbər verir ki, Marin Le Penin minlərlə tərəfdarı Orlean şəhərində keçirilən mitinqdə iştirak edərək ona dəstək ifadə edib. Təxminən 8500 nəfərin qatıldığı tədbirdə tərəfdarlar artan cinayət və zorakılıqdan narahatlıqlarını bildiriblər.Le Pen çıxışında qanunun aliliyini bərpa edəcəyinə və immiqrasiya siyasətini sərtləşdirəcəyinə söz verib. Sorğular onun gələn il keçiriləcək prezident seçkilərində əsas namizədlərdən biri olduğunu göstərir.Turan ...

26 Oktyabr 2026, 09:25