İndoneziyada zəhərli tüstü böhranı: 4 nəfər öldü, məktəblər bağlandı
Dünya 16 Oktyabr 2026, 09:27
2280
İndoneziyanın Yava adasında meşə yanğınları ilə mübarizə zamanı dörd nəfər həlak olub, daha iki nəfər ağır yanıq xəsarətləri alıb. Yanğınların yaratdığı zəhərli tüstü Cənub-Şərqi Asiyada hava keyfiyyətini pisləşdirib, məktəblərin bağlanmasına və tənəffüs problemlərinin artmasına səbəb olub.
Citypost.az france24.com-a istinadən xəbər verir ki, İndoneziyanın Meşəçilik Nazirliyinin məlumatına görə, yanğınlar Şərqi Yavadakı Bromo Tengger Semeru Milli Parkında baş verib. Ölkənin bir neçə bölgəsində də yanğın ocaqları qeydə alınıb.
Tüstünün təsiri Sinqapur və Malayziyaya da yayılıb. IQAir-in məlumatına əsasən, cümə günü Sinqapur dünyanın hava çirkliliyi ən yüksək olan böyük şəhərləri siyahısında ilk sırada yer alıb.
Həmçinin oxuyun
Sinqapurun Baş naziri Lorens Vonq bildirib ki, zərurət yaranarsa, ölkə transsərhəd tüstü çirklənməsinə görə məsuliyyət daşıyan şirkətlərə qarşı hüquqi tədbirlər görəcək. Rəsmilər həmçinin problemin əsas səbəblərini aradan qaldırmaq üçün regional əməkdaşlığın vacibliyini vurğulayıblar.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadılıb
Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin müddətinin daha 90 gün uzadılmasına dair qanun layihəsini qəbul edib.Bu barədə "Ukrinform" məlumat yayıb.Məlumata görə, lehinə 293 deputatın səs verdiyi qərara əsasən, Ukraynada hərbi vəziyyətin müddəti 31 oktyabr 2026-cı ildən 29 yanvar 2027-ci ilədək uzadılıb.Bu, Ukraynada tammiqyaslı müharibənin başlanmasından sonra hərbi vəziyyətin müddətinin 21-ci dəfə uzadılmasıdır.Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 24 fevral 2022-ci ildən qüvvədədir.Bundan əvvəl hərbi vəziyyətin müddəti 2 avqust–31 oktyabr 2026-cı il tarixləri üçün 90 gün uzadılmışdı. ...
26 Oktyabr 2026, 16:45
Əlcəzair 53 ildən sonra ilk dəfə xaricə hərbi qüvvə göndərir
Əlcəzair parlamenti Nigerə hərbi qüvvələrin göndərilməsini təsdiqləyib. Bu, ölkənin 1973-cü ildən bəri xaricdə ilk hərbi yerləşdirməsi olacaq.Qaynarinfo xəbər verir ki, bu barədə “Reuters” və “Associated Press” məlumat yayıb.Əlcəzair hərbçilərinin Nigerin şimal-şərqində, Liviya ilə sərhəddə yerləşən Madama yaşayış məntəqəsinə göndərilməsi nəzərdə tutulur. Ərazidə əvvəllər Fransanın hərbi bazası fəaliyyət göstərib. Hələlik bölgəyə neçə hərbçinin göndəriləcəyi və əməliyyatın nə vaxt başlayacağı açıqlanmayıb.Nigerin şimalında və qonşu ölkələrin sərhədyanı ərazilərində hökumət qüvvələri ilə silahlı qruplaşmalar, o cümlədən islamçı silahlılar arasında uzun illərdir toqquşmalar davam edir. Əlcəzair senatoru Belkasem Bulqiti bildirib ki, hərbi qüvvələrin göndərilməsində məqsəd ölkənin iqtisadi və strateji maraqlarını, xüsusilə Nigerdəki neft obyektlərini qorumaqdır.“Reuters”in...
26 Oktyabr 2026, 15:40
Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama
Oktay Saral Türkiyə Prezidentinin baş müşaviri vəzifəsindən ayrılması barədə açıqlama verib.Citypost.az xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib. Onun sözlərinə görə, bu gün 2016-cı ildən bəri icra etdiyi postu tərk etməsi ilə bağlı istefa ərizəsini təqdim edib. Xatırladaq ki, dünən Türkiyə mediasında Oktay Saralın vəzifəsindən uzaqlaşdırılması barədə xəbərlər yayılıb. Daha sonradan türkiyəli jurnalist Talat Atilla O.Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini bildirib....
26 Oktyabr 2026, 14:18
Nigeriyada Ebola ilə bağlı nəzarət tədbirləri gücləndirilir
Afrikada Ebola virusunun yayılması ilə bağlı narahatlıqlar artır. Bir sıra ölkələrdə yoluxma hallarının qeydə alınması səhiyyə qurumlarını qabaqlayıcı tədbirləri gücləndirməyə vadar edir.Citypost.az saytı AFP-yə istinadən xəbər verir ki, Nigeriyada Ebola virusuna yoluxmuş şəxslə təmasda olan daha 9 nəfər müəyyən edilib. Bununla da nəzarətdə saxlanılan əlaqəli şəxslərin sayı 53-ə çatıb. Ölkədə hələlik yalnız bir təsdiqlənmiş yoluxma halı var.Səhiyyə orqanları beynəlxalq hava limanlarında yoxlamaları gücləndirib. Yoluxmuş qadının Uqandaya səfər etdiyi, hazırda isə müalicə aldığı bildirilir.Əli ...
26 Oktyabr 2026, 09:41
ABŞ-da məlumat mərkəzi sakinlərlə şirkət arasında narazılığa səbəb olub
Süni intellekt texnologiyalarının sürətli inkişafı məlumat mərkəzlərinin sayını artırsa da, bu obyektlərin ətraf mühitə və insanların gündəlik həyatına təsiri müzakirələrə yol açır.Citypost.az saytı AFP-yə istinadən xəbər verir ki, ABŞ-ın Massaçusets ştatının Louell şəhərində yerləşən məlumat mərkəzi səs-küy, toz, tüstü və su buxarı səbəbindən sakinlərin narazılığına səbəb olub.Bəzi sakinlər sağlamlıqlarından və əmlaklarının dəyərinin azalmasından narahatdırlar. Şirkət isə mərkəzin yüzlərlə iş yerini dəstəklədiyini və ətraf mühitə təsiri azaltmaq üçün tədbirlər gördüyünü bildirir. Şəhər şurası məlumat mərkəzlərinin tikintisi və genişləndirilməsinə 360 günlük moratorium tətbiq edib....
26 Oktyabr 2026, 09:37
Marin Le Penin tərəfdarları Fransanın gələcəyindən narahatdırlar
Fransada qarşıdan gələn prezident seçkiləri ərəfəsində siyasi gərginlik və təhlükəsizliklə bağlı narahatlıqlar artır. İfrat sağçı qüvvələrin yüksəlişi və immiqrasiya ətrafında müzakirələr ölkənin siyasi gündəminin əsas mövzularındandır.Citypost.az saytı AFP-yə istinadən xəbər verir ki, Marin Le Penin minlərlə tərəfdarı Orlean şəhərində keçirilən mitinqdə iştirak edərək ona dəstək ifadə edib. Təxminən 8500 nəfərin qatıldığı tədbirdə tərəfdarlar artan cinayət və zorakılıqdan narahatlıqlarını bildiriblər.Le Pen çıxışında qanunun aliliyini bərpa edəcəyinə və immiqrasiya siyasətini sərtləşdirəcəyinə söz verib. Sorğular onun gələn il keçiriləcək prezident seçkilərində əsas namizədlərdən biri olduğunu göstərir.Turan ...
26 Oktyabr 2026, 09:25