Əlcəzair 53 ildən sonra ilk dəfə xaricə hərbi qüvvə göndərir
Dünya 26 Oktyabr 2026, 15:40
2599
Əlcəzair parlamenti Nigerə hərbi qüvvələrin göndərilməsini təsdiqləyib. Bu, ölkənin 1973-cü ildən bəri xaricdə ilk hərbi yerləşdirməsi olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə “Reuters” və “Associated Press” məlumat yayıb.
Əlcəzair hərbçilərinin Nigerin şimal-şərqində, Liviya ilə sərhəddə yerləşən Madama yaşayış məntəqəsinə göndərilməsi nəzərdə tutulur. Ərazidə əvvəllər Fransanın hərbi bazası fəaliyyət göstərib. Hələlik bölgəyə neçə hərbçinin göndəriləcəyi və əməliyyatın nə vaxt başlayacağı açıqlanmayıb.
Nigerin şimalında və qonşu ölkələrin sərhədyanı ərazilərində hökumət qüvvələri ilə silahlı qruplaşmalar, o cümlədən islamçı silahlılar arasında uzun illərdir toqquşmalar davam edir. Əlcəzair senatoru Belkasem Bulqiti bildirib ki, hərbi qüvvələrin göndərilməsində məqsəd ölkənin iqtisadi və strateji maraqlarını, xüsusilə Nigerdəki neft obyektlərini qorumaqdır.
Həmçinin oxuyun
“Reuters”in məlumatına görə, bu addım Əlcəzairlə Niger arasında münasibətlərin yaxşılaşdığını göstərir. Nigerdə 2023-cü ildə baş verən hərbi çevrilişdən sonra hakimiyyətə gələn qüvvələr ölkəni idarə etməkdə davam edir. Əlcəzair həmin çevrilişi dəstəkləməyib. 2025-ci ildə isə Niger Əlcəzairdən səfirini geri çağırıb.
Əlcəzairin xaricə sonuncu dəfə hərbi qüvvə göndərməsi 1973-cü ildə baş verib. Həmin vaxt ölkə İsraillə müharibədə Misirə dəstək verib.
Sabah Parisdə üç etiraz aksiyası planlaşdırılıb
Noyabrın 14-də Parisdə 30 mindən 60 minədək insanın iştirakı ilə 3 etiraz aksiyasının keçirilməsi planlaşdırılıb."Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.Hüquq-mühafizə orqanları tərəfindən silahın qanuni tətbiqi prezumpsiyası haqqında qanun layihəsinə qarşı aksiya, uşaqlara qarşı zorakılıq əleyhinə beynəlxalq yürüş və "sarı jiletlilər"in mitinqi başlanğıc yeri Respublika meydanı olmaqla Paris polisi prefekturasında qeydiyyata alınıb.Fransanın daxili işlər naziri Loran Nünyes bildirib ki, şənbə günü etirazlar zamanı asayişin qorunması üçün təxminən 70 min polis və jandarm cəlb ediləcək....
13 Noyabr 2026, 18:40
Türkiyə Suriya ilə şəhərsalma sahəsində əməkdaşlıq edəcək
Türkiyə Suriyanın yenidən qurulması prosesində mənzil tikintisi, şəhərsalma, infrastruktur və ətraf mühitin idarə olunması sahələrində əməkdaşlığa hazırdır."Report"un Türkiyə bürosu xəbər verir ki, bunu COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Antalyada keçirilən sammit çərçivəsində Suriyanın yerli idarəetmə və ətraf mühit naziri Məhəmməd Ancarani ilə görüşündən sonra bildirib.O qeyd edib ki, görüşdə mənzil tikintisi, şəhərsalma, infrastruktur, ətraf mühitin idarə olunması və yerli idarəetmə orqanlarının gücləndirilməsi sahələrində əməkdaşlıq imkanları müzakirə olunub....
13 Noyabr 2026, 17:34
Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
Rusiya Finlandiyanın NATO-dan çıxmasını və Alyansın Baltikyanı ölkələrdəki bazalarından imtina etməsini tələb edir.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.“Yeni Avropa təhlükəsizlik nizamı ilə bağlı sərt şərtlər Rusiya nümayəndələri tərəfindən müharibənin dayandırılmasına dair qeyri-rəsmi danışıqlarda irəli sürülüb. Bu şərtlər həmçinin Əbu-Dabidə keçirilən danışıqlarda Avropa nümayəndələrinə də təqdim edilib. Moskva Ukraynanın işğal altındakı ərazilərini öz nəzarətində saxlamağı və Donetsk və Luqansk vilayətlərinin Kiyevin nəzarətində olan hissələri də daxil olmaqla, bütün Donbası istəyir.Bundan əlavə, Rusiyanın planı NATO-nun Estoniya, Latviya və Litvada hərbi bazalar yerləşdirməsindən imtina etməsini, eləcə də Finlandiyanın Alyansdan çıxmasını nəzərdə tutur. Eyni zamanda, Ukrayna bloklara qoşulmamaq...
13 Noyabr 2026, 17:20
Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu
Rusiyalı MMA döyüşçüsü Usman Nurməhəmmədovun Əbu-Dabidə Merab Dvalişvili ilə baş verən insidentə görə altı ay müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.Məlumata görə, idmançını müşayiət edən şəxslərdən biri də eyni cəzanı alıb. Məhkəmə iclasında iştirak etmiş şəxslərin tanışına istinadən yayılan xəbərdə Nurməhəmmədov və onun yoldaşının hər biri 300 min dirhəm (81 min dollardan çox) cərimələnib.M.Dvalişvili və onun dostu Saba Lazişvili isə həbs cəzasından yayınıblar. Onların hər birinə hadisənin görüntülərini yaydıqlarına görə 50 min dirhəm (təxminən 13 min 600 dollar) cərimə kəsildiyi qeyd olunur.Saba Lazişvilinin qardaşı Zviad daha əvvəl Merab və...
13 Noyabr 2026, 16:41
Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi “Nvidia” şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışan yüksəkvəzifəli qadınla münasibəti olduğu məlum olub. Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, ABŞ-də bu qalmaqal fonunda texnologiya sahəsində digər milyarderlərin şəxsi həyatı da yenidən gündəmə gəlib.Mövzu ilə müzakirələr fonunda digər milyarderlərin də ailə həyatlarında xanımlarına sadiq olmadıqları, zaman-zaman xəyanət qalmaqalları ilə gündəmə gəldikləri vurğulanıb. Bu şəxslər siyahısında isə 2019-cu ildə o dövrdəki məşuqəsi, hazırkı həyat yoldaşı Loren Sançezə ünvanladığı mesajları üzə çıxan “Amazon” şirkətinin...
13 Noyabr 2026, 15:05
Microsoft Outlook 74 ölkədə xidmətləri sıradan çıxardı
Microsoft-un Outlook, Teams və Copilot daxil olmaqla bir sıra xidmətlərində noyabrın 12-də qlobal miqyasda ciddi nasazlıq qeydə alınıb. Kəsinti nəticəsində 74 ölkə və ərazidə on minlərlə istifadəçi xidmətlərə daxil olmaqda çətinlik çəkib.Citypost.az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.Nasazlıq xüsusilə Outlook elektron poçt xidmətinin fəaliyyətinə təsir göstərib. İstifadəçilər elektron məktublarına daxil ola bilməyib, həmçinin Microsoft-un digər platformalarında da bağlantı problemləri yaranıb.Şirkət problemin infrastrukturun ayrı-ayrı hissələrində yükün kəskin artması ilə əlaqədar olduğunu açıqlayıb. Microsoft bildirib ki, nasazlığın təsirlərini azaltmaq üçün bir neçə istiqamətdə tədbirlər görülür. Bu çərçivədə yeni yerləşdirmələr dayandırılıb, əlavə trafik təsirlənmiş serverlərdən digər infrastruktura yönləndirilib və serverlərin...
13 Noyabr 2026, 09:49