Bizə yazın

Baku

-°C

USD

-

Ermənistanda zəlzələ olub

Dünya 12 Oktyabr 2024, 19:26

28545

Ermənistanın Cermuk rayonunda (İstisu rayon - red) 21 kilometr şimal-qərbdə zəlzələ olub.

Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Seysmik mühafizə xidməti yeraltı təkanları yerli vaxtla saat 18:17-də qeydə alıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib, yeraltı təkanlar episentrdə 2-3 maqnituda təşkil edib.

Zəlzələ hiss edilib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb 

İranın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Əli Moucani sosial mediada yaydığı açıqlamalarla əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb."Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə XİN məlumat yayıb.Gürcüstan xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili görüş zamanı İran səfirinə sosial mediada yaydığı açıqlamaların diplomatik fəaliyyətin əhatə dairəsindən kənara çıxdığını bildirib.A.Xvtisiaşvilinin sözlərinə görə, bu cür açıqlamalar ictimai əhvali-ruhiyyəyə mənfi təsir göstərir. O, İran tərəfinin müvafiq tədbirlər görəcəyinə və oxşar halların təkrarlanmayacağına ümid etdiyini deyib.Nazir müavini İran səfirinin diqqətinə çatdırıb ki, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndələr fəaliyyətlərini diplomatik mandat və səlahiyyətləri çərçivəsində həyata keçirməli, diplomatik münasibətlərdə müəyyən edilmiş normalara riayət etməli,...

30 Sentyabr 2026, 17:00

Nepalın daşqın zonasında müəllimlər geri qayıtmayan şagirdlər üçün yas tuturlar 

Nepalda avqustun 26-da baş verən dağıdıcı daşqınlar məktəblərdə də ağır itkilərə səbəb olub. Rasuva rayonundakı Neelakantha Orta Məktəbi əsasən salamat qalsa da, 70 şagird və 4 müəllim fəlakət zamanı həyatını itirib.Citypost.az frace24.com-a istinadən xəbər verir ki, Məktəbdə hər səhər daşqından sonra geri qayıtmayan şagirdlərin adları çəkilir. Məktəbin 508 şagirdindən yarıdan azı dərslərə qayıdıb, təxminən 150 şagird isə dağılan yollar və körpülər səbəbindən hələ də məktəbə gedə bilmir.Nepal hökumətinin məlumatına görə, Rasuva və qonşu rayonlarda təxminən 500 şagird və 24 müəllim itkin düşüb. Daşqınlar nəticəsində 18 məktəb zərər görüb, bərpa xərclərinin isə 15,47 milyon dollar olduğu bildirilir.UNICEF-in məlumatına görə, fəlakətdən zərər...

30 Sentyabr 2026, 09:46

Banqladeşdə kvota islahatından sonra dövlət işlərində qadınların payı azalıb  

Banqladeşdə dövlət qulluğuna qəbulda kvota sisteminin əsasən ləğv edilməsindən sonra qadınların dövlət işlərində payı nəzərəçarpacaq dərəcədə azalıb.Citypost.az AFP-ə istinadən xəbər verir ki,  2024-cü ildə tələbə etirazlarının əsas tələblərindən biri işə qəbulda kvotaların deyil, layiqliyin əsas götürülməsi olub.Hazırda dövlət qulluğunda vəzifələrin 93 faizi imtahan nəticələrinə əsasən bölüşdürülür, qadınlar üçün isə ayrıca kvota nəzərdə tutulmur. Nəticədə dövlət qulluğuna qəbul edilən qadınların payı əvvəlki 35 faizədək göstəricidən son imtahan mərhələsində 19 faizə düşüb.Mütəxəssislər bildirirlər ki, bu tendensiya uzunmüddətli perspektivdə dövlət idarəçiliyində qadınların təmsilçiliyinin azalmasına səbəb ola bilər. Oxşar vəziyyət polis və müəllimlik sahələrində də müşahidə olunur. Banqladeşdə qadınlar üçün mövcud olan bəzi xüsusi...

30 Sentyabr 2026, 09:43

Berlin-Hannover dəmir yolu xətti 14 ay bağlanacaq  

Berlin və Hannover arasındakı mühüm dəmir yolu xətti genişmiqyaslı yenidənqurma işləri səbəbindən 14 ay müddətinə bağlanacaq. DPA-nın məlumatına görə, cümə günündən etibarən sərnişin qatarları Braunşveyq və Maqdeburq üzərindən alternativ marşrutla hərəkət edəcək.Citypost.az xəbər verir ki, bu səbəbdən Berlin-Hannover səfərlərinin müddəti təxminən 80 dəqiqə artacaq. Məhdudiyyətlər ICE yüksək sürətli qatarlarına da təsir edəcək. Məsələn, Berlin-Düsseldorf marşrutu üzrə səfərin ən azı 5 saat 30 dəqiqə çəkəcəyi gözlənilir.Regional və yük qatarlarının hərəkətində də dəyişikliklər olacaq. Deutsche Bahn sərnişinlərə səfərdən əvvəl marşrut və cədvəlləri yoxlamağı tövsiyə edib. Alternativ xəttin elektrikləşdirilməsi ilə bağlı işlərin isə 2027-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır.Turan...

30 Sentyabr 2026, 09:40

Kim Yo Çenq mina partlayışına görə Şimali Koreyanın ittiham edilməsini rədd edib  

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çenq Koreya Respublikası ilə sərhəddə, Demilitarizasiya Zonasında (DMZ) baş verən mina partlayışında Pxenyanın məsuliyyət daşıdığı barədə iddiaları rədd edib.Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Yo Çenq Cənubi Koreya hərbçilərinin partlayışla bağlı açıqlamalarını “təxribat” adlandırıb və Şimali Koreyanın hadisə ilə əlaqəsi olmadığını bildirib.O qeyd edib ki, son iki ildə KXDR hərbçilərinin sərhəd ərazisində müxtəlif maneələr inşa etməsi ölkənin “suveren hüququdur” və bunun hərbi məqsəd daşımadığını iddia edib.Kim Yo Çenq eyni zamanda xəbərdarlıq edib ki, Cənubi Koreya hərbçiləri sərhəddə maneələr quran Şimali Koreya əsgərlərinə atəş açarsa, Pxenyan cavab zərbəsi endirəcək.Əli...

30 Sentyabr 2026, 09:37

Uralda Putin üçün "Qiyamət Bunkeri" tikilib  

Rusiyanın Sverdlovsk vilayətindəki Kosvinski Kamen dağının içərisində yerləşən “Qrot” kod adlı gizli obyektin “Perimetr” strateji nüvə idarəetmə sisteminin əsas qovşaqlarından biri olduğu iddia edilir. Citypost.az Bu barədə “The Sunday Times”ə istinadən xəbər verir ki, Araşdırmaya görə, 1335 nömrəli obyekt dağın daxilində yerləşən nəhəng bunker, yeraltı tunellər, radio və rabitə mərkəzləri, həyat təminatı sistemləri və strateji nüvə qüvvələrinin idarə olunması üçün avadanlıqlardan ibarətdir. Obyektin “Perimetr” sisteminin modernləşdirilməsi çərçivəsində yeniləndiyi bildirilir.Ehtiyatda olan general-mayor Viktor Xalin bildirib ki, Rusiya Prezidenti Vladimir Putin 2005-ci ildə sistem üçün yeni idarəetmə mərkəzinin tikintisi barədə gizli fərman imzalayıb. Onun sözlərinə görə, 2010-cu ilə qədər yeni sistem sınaqdan keçirilib və...

30 Sentyabr 2026, 09:35