Bayden uşaqları dişlədi
Dünya 31 Oktyabr 2024, 14:42
24080
ABŞ prezidenti Co Bayden Ağ Evdə keçirilən "Halloween" tədbiri zamanı zarafatla uşaqları dişləyib.
Citypost.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.
Həmçinin oxuyun
Uşaqlardan biri hinduşka paltarı geyinmişdi. ABŞ prezidenti Jaws (1975) filminin musiqisi sədaları altında uşağın ayağını dişləməyə cəhd etdikdən sonra ikisi də gülüb. Daha sonra Bayden əllərini tutan uşaqların anaları ilə danışdı. ABŞ-ın birinci xanımı Cil Bayden panda kimi geyinərək yaxınlıqda dayanıb və qonaqları da salamlayıb.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gürcüstan İran ilə hava əlaqəsini kəsdi
Gürcüstan İran ilə hava əlaqəsini dayandırıb. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. Buna səbəb ABŞ-nin İran aviaşirkətlərinə, o cümlədən Gürcüstana reyslər həyata keçirən aviaşirkətlərə qarşı sanksiyalar tətbiq etməsi olub.“Gürcüstan bu və ya digər ölkəyə qarşı sanksiya rejimlərini həmişə nəzərə alır. Biz İrana münasibətdə də müvafiq qərar qəbul etdik və İqtisadiyyat Nazirliyi bu barədə bəyanat yaydı”, - Kobaxidze deyib.Bununla belə, o, ölkəsinin İrana qarşı heç bir ikitərəfli sanksiya tətbiq etmədiyini diqqətə çatdırıb: “Biz müəyyən edilmiş beynəlxalq sanksiya rejiminə uyğun hərəkət edirik”.Onun sözlərinə görə, Rusiyaya münasibətdə də belə yanaşma olub, Gürcüstan bu ölkəyə...
17 Sentyabr 2026, 18:58
Aleksandar Vuçiç prezident postundan istefa niyyətinin səbəblərini açıqlayıb
Serbiya Prezidenti Aleksandar Vuçiç prezident postundan istefa niyyətinin səbəblərini açıqlayıb."Report"un Balkan bürosu xəbər verir ki, Serbiya Prezidenti prezidentlik müddətinin gələn ilin aprelinə qədər davam etməsini məqsədəuyğun hesab etmədiyini vurğulayıb.O bildirib ki, növbədənkənar parlament seçkiləri kampaniyasına adi vətəndaş kimi qatılmaq istəyir.Vuçiç hakimiyyətdə olmadığı halda vətəndaşların ona və təqdim etdiyi proqram və planlara etibar edib-etmədiyini görmək istədiyini deyib."İstəyirəm ki, adi vətəndaş kimi seçki kampaniyasına qoşulum və insanların mənə etibar edib-etmədiyini görüm. Mən hakimiyyətdə olmayacağam. Əgər mənə və təqdim etdiyim proqram, planlar və baxışlara etibar etmirlərsə, qoy başqası qalib gəlsin. Mənim bununla problemim yoxdur", – deyə Vuçiç bəyan edib.Serbiya Prezidenti qeyd edib ki,...
17 Sentyabr 2026, 17:40
Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda görüşəcək.Citypost.az "A Haber"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ankaradakı səfiri Tomas Barrak bildirib .
17 Sentyabr 2026, 17:24
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürülə bilər."Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası Hüquq Şurasının rəhbəri Mehmet Uçum bildirib.Onun sözlərinə görə, Türkiyədə növbəti prezident seçkiləri normalda 2028-ci il mayın 7-də keçirilməlidir, lakin ölkənin seçki qanunvericiliyinə müvafiq dəyişikliklərin ediləcəyi təqdirdə bu tarix aprelin 16-na irəli çəkiləcək.
17 Sentyabr 2026, 17:15
Rusiya və Ukrayna arasında 275 hərbçinin meyiti dəyişdirilib
Rusiya və Ukrayna arasında həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsi həyata keçirilib.Citypost.az “Belta”a istinadən xəbər verir ki, mübadilə Ukrayna-Belarus sərhədində baş tutub.Mübadilə çərçivəsində Rusiya 252 hərbçinin, Ukrayna isə 23 hərbçinin meyitini təhvil verib.
17 Sentyabr 2026, 17:08
İran İsveç diplomatını ölkədən çıxarır
Tehran Stokholmun analoji addımına cavab olaraq, İsveç səfirliyində fəaliyyət göstərən diplomata İranı tərk etmək üçün 48 saat vaxt verib.Citypost.az xəbər verir ki, İran mediasının xəbərinə görə, İsveç səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi Tehranın etirazı çatdırılıb.Bildirilib ki, İsveçdə fəaliyyət göstərən iranlı diplomata qarşı səsləndirilən ittihamlar əsassızdır.Qeyd edək ki, bundan əvvəl İsveç İran səfirliyində çalışan bir diplomatın diplomatik fəaliyyətlə uyğun gəlməyən işlərlə məşğul olmaq ittihamı ilə ölkədən çıxarılması barədə qərar qəbul edib. (APA)...
17 Sentyabr 2026, 16:45