Ermənistan COP-a hazırlaşır: Amma COP17-yə...
Dünya 01 Noyabr 2024, 13:12
30321
2026-cı ildə Ermənistan Biomüxtəlifliyə Tərəflərin Konfransına ev sahibliyi edəcək.
CityPost.az xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Akop Simidyan öz Feysbuk səhifəsində yazıb.
“65 səslə Ermənistan Biomüxtəliflik Tərəfləri Forumuna COP17-yə ev sahibi ölkəsi seçildi”, o yazıb.
Həmçinin oxuyun
Qeyd edək ki, seçim Kolumbiyanın Kali şəhərində keçirilən COP16-da iştirak edən ölkələr tərəfindən aparılıb.
Tədbir ekoloji problemlərin müzakirəsinə, iqlim dəyişikliyinin dayandırılması və biomüxtəlifliyin qorunması üçün razılaşdırılmış həll yollarının tapılmasına həsr olunub.
Yeganə
Britaniya limanında ŞOK HADİSƏ: İmmiqrant balıqçı gəmisini ələ keçirməyə çalışdı
Böyük Britaniyanın Ramsgate limanında immiqrant olduğu ehtimal edilən 30 yaşlı kişi balıqçı gəmisini ələ keçirməyə cəhd edib. O, ekipajdan ailəsini geri gətirmək üçün onu Fransaya aparmağı tələb edib.Citypost.az xəbər verir ki, bu barədə Britaniyanın “Express” nəşri məlumat yayıb.Hadisə noyabrın 3-də, çərşənbə axşamı səhər saatlarında Kent qraflığındakı Royal Docks limanında baş verib. Sudan əsilli olduğu ehtimal edilən şəxs ekipaj üzvləri yatarkən “Carousel” adlı balıqçı gəmisinə minib, mühərriki işə salaraq sürəti artırıb. Nəticədə gəmini körpüyə bağlayan iplərdən biri qırılıb və gəmi liman sularına doğru hərəkət etməyə başlayıb.Gəminin kapitanı və həmsahibi Olli Sviftin sözlərinə görə, həmin şəxs balıqçılardan onu Fransaya aparmalarını istəyib. Ekipaj...
05 Noyabr 2026, 09:11
Qayınanasını öldürən şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib
Belçikada Nikolas Ullens qayınanası Myriam Lechieni qətlə yetirməkdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Nivelles Ağır Cinayətlər Məhkəməsi hökmü noyabrın 4-də elan edib.Citypost.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.Məhkəmə münsiflər heyətinin bir sıra yüngülləşdirici halları nəzərə aldığını bildirib. Bununla yanaşı, prokurorluğun Nikolas Ullensin dərhal həbs olunması ilə bağlı vəsatəti təmin edilməyib.Qeyd edək ki, hadisə 2023-cü il martın 29-da Lasne şəhərində baş verib. Ullens qayınanası Myriam Lechieni öz villasındakı evində qətlə yetirib. Məhkəmə hökmü elan edilərkən təqsirləndirilən şəxs göz yaşlarını saxlaya bilməyib. Onun həyat yoldaşı və mərhumun yaxınları da məhkəmə zalında emosional anlar yaşayıblar.Bundan əlavə, Nikolas...
05 Noyabr 2026, 00:47
Əkrəm Həsənov: “Tramp əvvəlki kimi qoçuluq edə bilməyəcək”
Hüquqşünas Əkrəm Həsənov ABŞ-da keçirilən seçkilərin nəticələrinin Prezident Donald Trampın siyasi imkanlarına təsiri barədə fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, hüquqşünas sosial şəbəkə hesabında paylaşım edərək Trampın Konqresin hər iki palatasına nəzarəti itirdiyini bildirib.Əkrəm Həsənovun fikrincə, bu nəticələr Donald Trampın gələcək fəaliyyətində müəyyən məhdudiyyətlər yaradacaq. O qeyd edib ki, ABŞ prezidenti bundan sonra da öz bildiyini etməyə çalışsa da, əvvəlki kimi sərbəst hərəkət edə bilməyəcək.Hüquqşünas paylaşımında Trampın siyasi davranışını sərt ifadələrlə tənqid edərək onun Konqresin hər iki palatasına nəzarəti itirməsinin siyasi manevr imkanlarını zəiflədəcəyini vurğulayıb.“Özbaşınalıq edəcək yenə, əlbəttə. Amma əvvəlki kimi qoçuluq edə bilməyəcək”, – deyə Əkrəm Həsənov bildirib.Turan ...
05 Noyabr 2026, 00:39
Avstraliyanın məşhur ticarət şəbəkəsi iflas təhlükəsi ilə üz-üzədir
Avstraliyanın 188 illik tarixə malik məşhur univermaq şəbəkəsi “David Jones” fəaliyyətini dayandırmaq təhlükəsi ilə qarşılaşıb. Şirkətin rəhbərliyi və sahibi “Anchorage Capital Partners”ın könüllü idarəetməyə keçidlə bağlı qərarını cümə axşamı səhər açıqlaması gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın 1News telekanalı məlumat yayıb.Məlumata görə, şirkətin rəhbərliyi noyabrın 4-də axşam saatlarında böhran iclası keçirib. Qərarın verilməsinə əsas səbəblərdən biri ticarət mərkəzlərinin sahibləri ilə icarə məsələsində yaranan fikir ayrılıqlarıdır. “David Jones” sentyabr ayından etibarən icarə haqqını ödəməyib və bu səbəbdən müqavilə öhdəliklərini pozmuş vəziyyətə düşüb.Şirkətin ən böyük icarədarı olan “Scentre Group”un rəhbəri Elliott Rusanow bildirib ki, “Anchorage Capital Partners”a mağazaların fəaliyyətini davam...
05 Noyabr 2026, 00:27
Yeni Zelandiyada prostat xərçənginin müalicəsində yeni üsul tətbiq olunacaq
Yeni Zelandiyanın Gisborne şəhərində prostat xərçənginin müalicəsi üçün MRT nəzarəti altında həyata keçirilən yeni tibbi prosedura başlanılır. Bu üsul Avstraliya və Yeni Zelandiyanı əhatə edən regionda ilk dəfə tətbiq olunur.Citypost.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın 1News telekanalı məlumat yayıb.Məlumata görə, Mātai Tibbi Tədqiqat İnstitutu tərəfindən tətbiq ediləcək metod ultrasəs enerjisindən istifadə etməklə prostat vəzindəki xərçəng toxumasının dəqiq şəkildə qızdırılaraq məhv edilməsini nəzərdə tutur. Prosedur zamanı MRT cihazı həm müalicənin istiqamətləndirilməsi, həm də prosesə nəzarət üçün istifadə olunur. Bununla yalnız hədəflənmiş toxumaya müdaxilə edilməsi təmin edilir.Yeni müalicə üsulu xərçəngin erkən mərhələdə aşkarlandığı və hələ prostat vəzinin hüdudlarından kənara yayılmadığı...
05 Noyabr 2026, 00:13
Ermənistanda müxalifətçi Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər
Müxalif "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın işi üzrə prokuror məhkəmədən onun həbs müddətinin daha 3 ay uzadılmasını xahiş edib.Citypost.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.Bu, alternativ qətimkan tədbirlərinin təqsirləndirilən şəxsə münasibətdə Cinayət-Prosessual Məcəllənin tələblərini təmin edə bilməməsi ilə izah edilir.Tsarukyanın vəkili Yerem Sarkisyan qeyd edib ki, prokurorlar bütün təqsirləndirilən şəxslərə münasibətdə eyni arqumentləri gətirirlər. Bu baxımdan o, məhkəmədəki müzakirəni sırf formal prosedur adlandırıb."Prokurorlar Tsarukyanın istintaqa necə mane ola biləcəyini deməlidirlər ki, biz də əks-arqumentlər təqdim edə bilək", - o qeyd edib.Tsarukyan Ermənistan-İran Ticarət Palatasının fəaliyyəti ilə bağlı 2022-2024-cü illərdəki hadisələr üzrə 21 milyon dollar məbləğində dələduzluqda...
04 Noyabr 2026, 18:36