Bizə yazın

Baku

-°C

USD

-

Lavrov: "Ukrayna üçün Türkiyədən silah almaq çaşdırıcıdır"

Dünya 01 Noyabr 2024, 13:21

22866

"Ankaranın Rusiya-Ukrayna münaqişəsində vasitəçi olmaq istəyini nəzərə alaraq Türkiyənin Ukrayna ilə hərbi-texniki əməkdaşlığı çaşdırıcıdır".

CityPost.az xəbər verir ki, bunu “Hürriyet” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Təəssüf ki, Ankara Kiyev rejimi ilə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirir. Türk silahları Ukrayna silahlı qüvvələri tərəfindən rus əsgərlərini və mülki insanları öldürmək üçün istifadə olunur. Bu, Türkiyə rəhbərliyinin vasitəçilik xidmətləri göstərməyə hazır olması ilə bağlı bəyanatları fonunda çaşqınlıq yaratmaya bilməz”, - deyə nazir bildirib.

Eyni zamanda o qeyd edib ki, Rusiya Türkiyənin Ukrayna böhranının həllinə kömək etmək səylərini yüksək qiymətləndirir. “Məhz Türkiyə tərəfi 2022-ci ilin yazında İstanbulda Kiyev nümayəndələri ilə məsləhətləşmələr üçün platforma təqdim edib və taxıl müqaviləsinin bağlanmasına töhfə verib.

İstanbul danışıqları anqlo-saksonlar tərəfindən “dəfn edildi” və Vladimir Zelenskiyə döyüşləri dayandıra biləcək və iştirak edən tərəflərin maraqlarının tarazlığını təmin edə biləcək sazişlər bağlamağı qadağan etdi”, - Lavrov xatırladıb.

Yeganə

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bolqarıstana turistlərin səfərləri azalıb

2026-cı ildə Bolqarıstana gələn rumın turistlərin sayında azalma qeydə alınıb. Bununla belə, qısamüddətli səfərlər və birgünlük gəzintilər populyarlığını qoruyub.Citypost.az BTA agentliyinə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın turizm naziri İlin Dimitrov Rumıniyanın turizm mediasına müsahibəsində bildirib.Nazirin sözlərinə görə, bu ilin yanvar-sentyabr aylarında Bolqarıstanda 817 min rumın turist qeydə alınıb və onların gecələmələrinin sayı 2,9 milyonu ötüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə turistlərin sayında 13,4%, gecələmələrdə isə 14,8% azalma deməkdir.Bununla yanaşı, ilkin sərhəd statistikası fərqli mənzərə ortaya qoyur. Belə ki, ilin ilk doqquz ayında Rumıniyadan Bolqarıstana 1,5 milyondan çox səfər həyata keçirilib. Bu göstərici cəmi 2,5% azalıb. Nazir...

18 Noyabr 2026, 09:33

Ueno Bankı işi böyüyür: Paraqvayın baş prokuroru vəzifədən getdi

Paraqvayda Ueno Bankı ətrafında yaranan siyasi və hüquqi qalmaqal yeni istefaya səbəb olub. Ölkənin baş prokuroru Emiliano Rolon barəsində impiçment prosedurunun başlanması tələbindən sonra vəzifəsindən ayrılıb.Citypost.az EFE agentliyinə istinadən xəbər verir ki, Rolon noyabrın 17-də Prezident Pedro Allianaya ünvanladığı məktubla istefasını açıqlayıb. O, qərarını Deputatlar Palatasında barəsində rəsmi impiçment prosedurunun başlanması ilə əlaqələndirib.Bir neçə saat əvvəl müxalifət deputatları və hakim partiyanın bəzi nümayəndələri baş prokuroru vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edərək onun impiçmentini tələb etmişdilər. Onlar Rolonu Ueno Bankı ilə bağlı istintaqı düzgün aparmamaqda və keçmiş prezident Santyaqo Penyanın qanunsuz varlanması barədə şikayəti yeddi ay gizlətməkdə günahlandırıblar.Qalmaqal noyabrın 3-də Ueno Bankına...

18 Noyabr 2026, 09:30

Günəşdə güclü alışma baş verib

Günəşdə çərşənbə axşamı axşam saatlarında gücünə görə ikinci ən yüksək sinifdən əvvəlki M sinfinə aid alışma qeydə alınıb."Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.Bildirilib ki, noyabrın 17-də Bakı vaxtı ilə saat 19:49-da 4578 ləkələr qrupunda (S11W66) rentgen diapazonunda M1.1 sinfinə aid, 14 dəqiqə davam edən alışma qeydə alınıb.Qeyd edək ki, bundan əvvəl Günəşdə qısa fasilədən sonra zəif alışmaların yenidən başladığı bildirilmişdi....

18 Noyabr 2026, 01:35

Vladimir Putin Çinə səfər edib

Rusiya prezidenti Vladimir Putin Çinə səfər edib.APA-nın Moskva bürosu xəbər verir ki, Putin Şençjen şəhərinə gəlib.Rusiya prezidenti Çin lideri Si Cinpin və ABŞ prezidenti Donald Trampla görüşəcək, eləcə də APEC sammitində iştirak edəcək.

18 Noyabr 2026, 01:22

Futbolçu Denis Berqamininin qətlində təqsirləndirilən qadının 16 illik həbs cəzası qüvvədə saxlanıldı

İtaliyada 37 il əvvəl müəmmalı şəkildə həyatını itirən futbolçu Denis Berqamininin ölümü ilə bağlı məhkəmə işi üzrə yeni qərar verilib. Apellyasiya Məhkəməsi onun keçmiş sevgilisi İzabella Internonun 16 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü qüvvədə saxlayıb.Citypost.az ANSA agentliyinə istinadən xəbər verir ki, Katanzaro Apellyasiya Məhkəməsi iki saatlıq müşavirədən sonra birinci instansiya qərarını dəyişməz saxlayıb. Müdafiə tərəfi isə hökmlə razılaşmadığını bildirərək İtaliya Ali Məhkəməsinə müraciət edəcəyini açıqlayıb.İstintaqın versiyasına görə, 1989-cu il noyabrın 18-də həyatını itirən Berqamini əvvəlcə boğularaq öldürülüb, daha sonra cəsədi yük maşınının hərəkət etdiyi yolun kənarına yerləşdirilib. Hadisə həmin vaxt intihar kimi qiymətləndirilmişdi. Sonradan yenidən araşdırılan iş üzrə...

18 Noyabr 2026, 01:15

Polşa-Litva sərhədini qanunsuz keçən 1642 miqrant saxlanılıb

Polşa Litva ilə sərhəddə miqrasiya nəzarətini gücləndirib. Bu ilin noyabrın 15-dək ölkənin sərhəd xidmətləri sərhədi qanunsuz keçən 1642 miqrantı saxlayıb.Citypost.az PAP agentliyinə istinadən xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi komandanının müavini, general Tomaş Mixalski parlamentin miqrasiya üzrə alt komitəsində məlumat verib.Onun sözlərinə görə, 2025-ci ilin iyulundan Litva ilə sərhəddə tətbiq edilən müvəqqəti nəzarət tədbirləri dəfələrlə uzadılıb və 2027-ci il martın 30-dək qüvvədə qalacaq. Noyabrın 15-dək sərhəddə 2,3 milyondan çox insan və təxminən 1,2 milyon nəqliyyat vasitəsi yoxlanılıb. Əməliyyatlar çərçivəsində 133 nəfər vasitəçi saxlanılıb, 1326 xarici vətəndaş isə sadələşdirilmiş təkrar qəbul proseduru ilə Litvaya qaytarılıb. Mixalski miqrantların yük maşınlarının...

18 Noyabr 2026, 00:40