Pakistanda partlayış baş verib, yeddi nəfər ölüb
Dünya 01 Noyabr 2024, 15:21
22353
Pakistanın cənub-qərbində baş verən partlayış nəticəsində beşi məktəbli qız olmaqla, azı yeddi nəfər ölüb, 23 nəfər yaralanıb.
CityPost.az xəbər verir ki, bu barədə "Reuters" polis nümayəndəsinə istinadən məlumat yayıb.
"Partlayış Mastunq şəhərində qızlar məktəbinin yanında park edilmiş motosikletə bərkidilmiş əldəqayırma qurğudan baş verib. Hədəf polis furqonu idi", - məlumatda qeyd edilib.
Həmçinin oxuyun
Bildirilib ki, ölənlər arasında bir polis əməkdaşı da var, zabitlər də daxil olmaqla 23 nəfər yaralanıb.
Qeyd edilib ki, partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Pakistanın Baş naziri Şahbaz Şərif bəyanatında bu terror aktını pisləyib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bodrum sahillərində qeyri-qanuni miqrantlar saxlanılıb
Türkiyənin Muğla vilayətində Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 34 qeyri-qanuni miqrant saxlanılıb."Report" bu barədə "TRT Haber"ə istinadən xəbər verir.Məlumata görə, Bodrum sahillərində müşahidə aparan Sahil Mühafizənin Mobil Sahil Müşahidə Vasitəsi (DENİZ-481) bir qrup şəxsi qeyri-qanuni miqrantın olduğunu müəyyən edib.Saxlanılan şəxslər barəsində müvafiq prosedurlar həyata keçirildikdən sonra Miqrasiya İdarəsinə təhvil verilib.
06 Oktyabr 2026, 22:00
Britaniyada aviabazaya planlaşdırılan hücumla bağlı daha bir nəfər saxlanılıb
Böyük Britaniyada “RAF Fairford” aviabazasına planlaşdırılan hücumla bağlı daha bir nəfər həbs edilib.AP-nin məlumatına görə, 22 yaşlı Britaniya vətəndaşı Londonun mərkəzində terror hücumları törətməyə hazırlaşmaqda şübhəli bilinərək saxlanılıb.Qeyd edək ki, bundan əvvəl sözügedən aviabazada yerləşən ABŞ bombardmançı təyyarələrinə hücum planlaşdırmaqda günahlandırılan 6 nəfər həbs edilib, onlar təhqiqat yekunlaşana qədər şərti azadlığa buraxılıb.ABŞ potensial təhlükə ilə əlaqədar olaraq, bombardmançı təyyarələri bazadan çıxarıb...
06 Oktyabr 2026, 18:05
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəyə yeni kütləvi zərbə hazırladığı barədə kəşfiyyat məlumatı aldıqlarını bildirib.Citypost.az APA-a istinadən xəbər verir ki, Zelenski bu barədə oktyabrın 6-da hökumət rəsmiləri, hərbçilər və əsas xidmətlərin rəhbərləri ilə keçirdiyi müşavirədən sonra açıqlama verib.“Bu gün kəşfiyyatdan rusların kütləvi zərbəyə hazırlaşması ilə bağlı yenilənmiş məlumat aldıq. Qarşı tədbirlər hazırlayırıq. Tapşırıqların əhəmiyyətli hissəsinin icra müddətləri müəyyənləşdirilib, ilkin tədbirlər artıq həyata keçirilir”, – Zelenski bildirib.Onun sözlərinə görə, müşavirədə hava hücumundan müdafiə vasitələrinin bölüşdürülməsi və mühüm obyektlərin müdafiəsi üçün mövqelərin təşkili məsələləri də müzakirə olunub.Zelenski bildirib ki, F-16 qırıcıları üçün zəruri sursat, ələkeçirmə vasitələri və əks-raketlər təmin edilir. O, ballistik...
06 Oktyabr 2026, 17:13
Seul Kiyevdəki səfirini geri çağıra bilər
Ukrayna Prezidenti Volodimir Zelenski Cənubi Koreyadan üzr istəyib.Citypost.az APA-a istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun deyib.O, Zelenskinin müharibədə Ukrayna tərəfindən əsir götürülən Şimali Koreya hərbçilərinin Cənubi Koreyaya verildiyi ilə bağlı bəyanatı səbəbindən üzr istədiyini, lakin bunun kifayət etmədiyini bildirib.Nazir məsələ ilə bağlı rəsmi Seulun sərt diplomatik addımlar atacağını vurğulayıb.Onun sözlərinə görə, bura səfirin Kiyevdən geri çağırılması da daxil ola bilər....
06 Oktyabr 2026, 13:38
Gürcüstandan 107 qanunsuz miqrant deportasiya edilib
Gürcüstanda son günlər ərzində 107 əcnəbinin ölkədə qanuni əsas olmadan yaşadığı müəyyən edilib.Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.İordaniya, Hindistan, Misir, Livan, Əlcəzair, Filippin, Ermənistan, Özbəkistan, Türkiyə, Rusiya, Çin, Azərbaycan, Qırğızıstan, İraq, Keniya, Nepal, Nigeriya və Tayland vətəndaşları olan həmin şəxslər deportasiya edilib.Yerli qanunvericiliyə uyğun olaraq onların Gürcüstana girişinə qadağa tətbiq olunub.DİN-nin məlumatın əsasən, bu ilin əvvəlindən Gürcüstandan miqrasiya qanunvericiliyini pozan təqribən 3 300 xarici ölkə vətəndaşı çıxarlıb....
06 Oktyabr 2026, 10:50
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək.Citypost.az "TRT Haber"a xəbər verir ki, bu barədə Məkkə Ortaq Müdafiə Sazişi çərçivəsində keçirilən Strateji Siyasi və Müdafiə Komitəsinin iclasından sonra birgə bəyanatda bildirilib."Komitə kollektiv müdafiə öhdəliklərinin icrasına dərhal başlamağı, bu çərçivədə tərəflərin milli qanunvericiliyinə uyğun razılaşdırılmış hərbi qüvvələrin və imkanların Səudiyyə Ərəbistanına sürətlə yerləşdirilməsi istiqamətində tədbirlər görməyi, bununla da təhdidlərlə mübarizəyə yönəlmiş hazırlıq vəziyyətini, hərbi inteqrasiyanı və kollektiv potensialı gücləndirməyi qərara alıb", - bəyanatda vurğulanıb. (Apa)...
06 Oktyabr 2026, 08:34