Netanyahu təhlükəsizlik kabinetinin iclasını keçirəcək
Dünya 01 Noyabr 2024, 16:07
22473
İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü Təl-Əvivdə milli təhlükəsizlik kabinetini toplayacaq.
Həmçinin oxuyun
CityPost.az xəbər verir ki, bu barədə Baş nazirin Ofisindən “The Times of Israel”ə bildirilib.
Qeyd edilib ki, təhlükəsizlik iclası İranın İsrailə yenidən hücum etməklə hədələməsi və ABŞ-ın Livanda atəşkəs əldə etməyə çalışdığı bir vaxta təsadüf edir.
Tramp fransızları “inqilabların təşkili ustaları” adlandırıb
Fransada sosial-iqtisadi problemlər fonunda keçirilən etiraz aksiyaları beynəlxalq gündəmdə müzakirə olunmaqda davam edir. ABŞ Prezidenti Donald Tramp isə ölkədəki nümayişlərə istehzalı münasibət bildirərək fransızların inqilab təşkil etmək bacarığı ilə seçildiyini deyib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp amerikalıların Fransaya səyahət etməməli olduğunu bildirib. O, zarafatla qeyd edib ki, inqilabları sevməyənlər bu ölkəyə getməməlidir.“İnqilabları sevmirsinizsə, Fransaya getməyin. Ümumiyyətlə, düşünürəm ki, fransızlar, düzünü desəm, inqilabları təşkil etməkdə böyük ustalardır”, – deyə ABŞ prezidenti vurğulayıb.Qeyd edək ki, oktyabrın 24-də Fransada keçirilən genişmiqyaslı etiraz aksiyalarında 400 mindən çox insanın iştirak etdiyi bildirilir. Nümayişlərə həmkarlar ittifaqlarının üzvləri, tələbələr və “sarı jiletlilər” hərəkatının fəalları qatılıblar....
28 Oktyabr 2026, 09:54
Xəbərdarlıqlara məhəl qoymayan fermer 97,5 min dollar cərimələnib
Kənd təsərrüfatında tullantıların düzgün idarə olunmaması ətraf mühitə ciddi zərər vura bilər. Yeni Zelandiyada fermerlərdən birinin südçülük təsərrüfatında çirkab suların qanunsuz axıdılması ilə bağlı məhkəmə qərarı bu sahədə ekoloji tələblərə əməl etməyin vacibliyini bir daha gündəmə gətirib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Yeni Zelandiyanın Waikato bölgəsində fermer Wayne Morris Clarke Hamilton yaxınlığındakı fermasında südçülük tullantılarını qanunsuz şəkildə ətraf mühitə axıtdığına görə 97 500 dollar cərimələnib. Huntli Rayon Məhkəməsi oktyabrın 15-də onu Resursların İdarə Edilməsi Qanununu pozmaqda təqsirli bilib.Waikato Regional Şurasının məlumatına görə, 2025-ci ilin sentyabrında fermada aparılan yoxlama zamanı torpağın artıq su ilə doymasına baxmayaraq, sahələrə südçülük tullantılarının axıdıldığı...
28 Oktyabr 2026, 09:50
ABŞ-da məşhur daşınmaz əmlak maqnatı qardaşlar 30 il həbs cəzası alıblar
ABŞ-da varlı həyat tərzi və nüfuzlarından istifadə edərək çoxsaylı qadınlara qarşı cinsi zorakılıq törətməkdə ittiham olunan üç qardaşın məhkəmə işi üzrə hökm açıqlanıb. Zərərçəkmiş qadınların ifadələri ilə diqqət çəkən prosesdə hakim təqsirləndirilən şəxslərin davranışlarını sərt şəkildə tənqid edib.Citypost.az 1news.co.nz saytına istinadən xəbər verir ki, daşınmaz əmlak sektorunda tanınan Tal, Oren və Alon Aleksandr qardaşlarının hər biri ABŞ-da 30 il müddətinə azadlıqdan məhrum edilib. Onlar qadınlara narkotik maddələr vermək, zorlamaq və cinsi istismarda iştirak etməkdə ittiham olunublar.Manhetten federal məhkəməsində hökmü elan edən hakim Valeri Kaproni qardaşların davranışlarını “dəhşətli” adlandırıb. Prokurorluq onların ömürlük həbs edilməsini tələb etsə də, məhkəmə hər biri üçün...
28 Oktyabr 2026, 09:45
“Göbələk qatili”nin ömürlük həbs hökmü dəyişdirilə bilər
Avstraliyada üç nəfərin zəhərli göbələklərlə hazırlanmış yemək nəticəsində öldürülməsi ilə bağlı rezonans doğuran cinayət işi yenidən məhkəmənin diqqət mərkəzinə gəlib. Təqsirləndirilən şəxsin hökmə etirazı və prokurorluğun cəzanın sərtləşdirilməsi tələbi üzrə qərarın açıqlanması gözlənilir.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Avstraliyada ərinin valideynlərini və yaşlı xalasını zəhərləyərək öldürməkdə təqsirli bilinən 52 yaşlı Erin Pattersonun apellyasiya şikayəti ilə bağlı qərar cümə günü elan ediləcək.Patterson 2023-cü ildə zəhərli göbələklərlə hazırlanmış mal əti yeməyi vasitəsilə üç nəfəri öldürməkdə, həmçinin daha bir şəxsi öldürməyə cəhd etməkdə təqsirli bilinib. Ötən il məhkəmə ona ömürlük həbs cəzası verib və 33 ildən sonra şərti azadlığa buraxılma imkanını nəzərdə...
28 Oktyabr 2026, 09:40
Hava çirkliliyi Sinqapurda açıq hava yarışlarını dayandırıb
İqlim şəraiti və hava çirkliliyi açıq havada idmanla məşğul olmağı çətinləşdirəndə, idman həvəskarları alternativ yollar axtarırlar. Sinqapurda isə qaçışçılar küçələri ticarət mərkəzlərinin kondisionerli dəhlizləri ilə əvəz edərək məşqlərini davam etdirməyə çalışırlar.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, qonşu İndoneziyada baş verən meşə yanğınlarından yayılan tüstü Sinqapurda hava keyfiyyətinin son on ildən artıq müddətdə ən pis səviyyələrdən birinə düşməsinə səbəb olub. Nəticədə bir sıra açıq hava yarışları ləğv edilib, marafonlara hazırlaşan idmançılar isə qapalı məkanlarda məşq etməyə başlayıblar.Bazar günü 80-dən çox qaçışçı Marina Square ticarət mərkəzinin dəhlizlərində qaçış məşqi keçirib. Mağazalar açılmamışdan əvvəl başlayan məşqlər zamanı iştirakçılar təhlükəsizlik qaydalarına əməl etməli,...
28 Oktyabr 2026, 09:36
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
MHP sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə qardaşlığının siyasi və diplomatik məsələlərdən daha dərin olduğunu bildirib.APA-nın Türkiyə bürosu xəbər verir ki, o, Türkiyə Cümhuriyyətinin 103-cü, Türk respublikalarının müstəqilliyinin 35-ci ildönümü və Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsi münasibətilə yazılı açıqlama verib.Dövlət Bağçalı Azərbaycan və Türkiyə arasındakı qardaşlığın iki xalqın iradəsi ilə gücləndiyini, ortaq mübarizə nəticəsində möhkəmləndiyini və nəsillər boyu yaşadıldığını qeyd edib: “Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq gündəlik hadisələrin çərçivəsinə sığmayacaq qədər köklü, siyasi və diplomatik məsələlərin fövqündə tarixi mahiyyət daşıyacaq qədər dərindir. Qardaşlığımız iki millətin iradəsi ilə güclənmiş, ortaq mübarizələrlə möhkəmlənmiş və nəsillər boyu yaşadılmışdır”.Bağçalı bildirib ki, eyni həssaslıq Türk dünyasının bütün...
27 Oktyabr 2026, 21:57