Bizə yazın

Baku

-°C

USD

-

Ərdoğan İstanbulda İraqın Baş nazirini qəbul edib

Dünya 01 Noyabr 2024, 16:20

22300

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia əs-Sudanini İstanbulda qəbul edib.

CityPost.az  xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyası yayıb.

Məlumata görə, görüş İstanbulda Vahdettin iqamətgahında keçirilir.

Bildirilib ki, liderlər ikitərəfli və regional məsələləri müzakirə edirlər.

Problemlərinizi bizə bildirin

077 323 55 66

NİİM: Kuryerlər piyada keçidlərində nəqliyyat vasitəsindən düşməlidirlər

Bəzi ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri piyadalar üçün təhlükəli vəziyyət yaradırlar.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.Bildirilib ki, bəzi ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri bilərəkdən və ya bilməyərəkdən bu qaydanı pozurlar:"Xüsusilə paytaxtın mərkəzi küçə və prospektlərində qeydə alınan bu cür qayda pozuntularının təhlili göstərir ki, kuryer xidməti göstərən bəzi şəxslər də piyada keçidlərindən istifadə edərkən nəqliyyat vasitəsindən düşmür, hərəkətlərini onun üzərində davam etdirirlər. Nəticədə piyadalar üçün təhlükəli vəziyyət yaranır, qəzaların baş verməsi qaçılmaz olur. İkitəkərli nəqliyyat vasitələrinin sürücüləri piyada keçidindən istifadə edərkən nəqliyyat vasitəsindən düşərək yolu piyada kimi keçməlidirlər. Müşahidə kameraları vasitəsilə qeydə alınan görüntülərin təhlili...

04 Noyabr 2026, 09:44

Yeni Dehlidə hava çirkliliyi ÜST-ün gündəlik normasını 30 dəfədən çox ötüb

Hindistanın paytaxtı Yeni Dehlidə havanın çirklənmə səviyyəsi kəskin şəkildə yüksəlib. Hava monitorlarının məlumatlarına görə, zərərli PM2.5 hissəciklərinin konsentrasiyası Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi gündəlik həddi 30 dəfədən çox üstələyib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, noyabrın 4-də şəhərin bəzi ərazilərində PM2.5 hissəciklərinin səviyyəsi hər kubmetr havada 461 mikroqramı keçib. Ölçüləri son dərəcə kiçik olan bu hissəciklər ağciyərlərə, hətta qan dövranına daxil olaraq ciddi sağlamlıq problemlərinə və xərçəng riskinin artmasına səbəb ola bilər.Vəziyyətin pisləşməsi Hindistan hakimiyyətinin hava çirkliliyinə qarşı tədbirləri sərtləşdirməsindən üç gün sonra baş verib. Dünyanın ən çirkli paytaxtlarından biri hesab olunan Yeni Dehlidə nəqliyyatın hərəkətinə və tikinti işlərinə məhdudiyyətlər...

04 Noyabr 2026, 09:43

Fransada dermatoloq çatışmazlığı: Xəstələr müayinə üçün aylarla gözləməli olur

Fransada dermatoloq çatışmazlığı dəri xəstəliklərindən əziyyət çəkən insanların vaxtında tibbi yardım almasını çətinləşdirir. Ölkədə hər il təxminən 200 min dəri xərçəngi aşkarlansa da, mütəxəssis çatışmazlığı səbəbindən xəstələrin dermatoloq qəbuluna yazılması getdikcə daha ciddi problemə çevrilir.Citypost.az xəbər verir ki, France 24-ün məlumatına görə, Fransada fəaliyyət göstərən dermatoloqların təxminən yarısı 60 yaşdan yuxarıdır və yaxın illərdə onların əhəmiyyətli hissəsinin təqaüdə çıxacağı gözlənilir. Bununla yanaşı, hər il cəmi 100-ə yaxın yeni dermatoloq hazırlanır ki, bu da artan tələbatı qarşılamaq üçün kifayət etmir.Mütəxəssis çatışmazlığının yaratdığı vəziyyət bəzi xəstələr üçün ciddi sağlamlıq risklərinə səbəb olur. Məsələn, 32 yaşlı Şarlotta Kanonn ayağındakı xalın qanamasından sonra dermatoloq...

04 Noyabr 2026, 09:39

Rassel Brendə qarşı 7 ittiham üzrə hökm müzakirələri başladı

Böyük Britaniyada komediyaçı və aktyor Rassel Brendə qarşı irəli sürülən təcavüz və cinsi zorakılıq ittihamları ilə bağlı məhkəmə prosesində münsiflər heyəti hökm üzərində müzakirələrə başlayıb. Brend yeddi təcavüz və cinsi xarakterli hücum ittihamı ilə üzləşir.Citypost.az xəbər verir ki, AFP-nin məlumatına görə, məhkəmə prosesi Londonun Sautvark Tac Məhkəməsində keçirilir. İş üzrə altı qadın ifadə verərək 1999–2009-cu illər arasında baş verdiyi iddia olunan hadisələrdən danışıb. İttihamlar arasında anal, vaginal və oral təcavüz, eləcə də digər cinsi xarakterli hücumlar yer alır.51 yaşlı Rassel Brend bütün ittihamlar üzrə özünü təqsirli bilməyib. O, ifadəsində qadınlarla cinsi münasibətlərinin olduğunu etiraf etsə də, bütün hallarda qarşılıqlı razılığın...

04 Noyabr 2026, 00:55

Beynəlxalq Ədalət Məhkəməsi Myanma ilə bağlı qərar verəcək

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsi Myanma ordusunun əsasən müsəlman Rohinca azlığına qarşı həyata keçirdiyi əməliyyatların soyqırımı təşkil edib-etməməsi ilə bağlı noyabrın 19-da qərar verəcək.Citypost.az  AFP-ə istinadən xəbər verir ki, görə, məhkəmə yeddi ildir Qambiyanın Myanmaya qarşı irəli sürdüyü ittihamları araşdırır. Qambiya Myanmanın Rohinca xalqına qarşı həyata keçirdiyi zorakılıqların 1948-ci il BMT Soyqırımı Konvensiyasını pozduğunu iddia edir.2017-ci ildə Myanma ordusunun və buddist silahlı qrupların Rohincalara qarşı əməliyyatları nəticəsində yüz minlərlə insan ölkəni tərk edərək qonşu Banqladeşə sığınmağa məcbur olub. Həmin əməliyyatlar zamanı kütləvi qətllər, cinsi zorakılıq və yaşayış məntəqələrinin dağıdılması ilə bağlı çoxsaylı məlumatlar yayılıb. Hazırda bir milyondan çox Rohinca...

04 Noyabr 2026, 00:38

Nobel mükafatçısının qalıqları 52 il sonra vətəninə qaytarılır

Fransa Qvatemalalı yazıçı, diplomat və ədəbiyyat üzrə Nobel mükafatı laureatı Migel Anxel Asturiasın qalıqlarını ailəsinə qaytarıb. Yazıçının oğlu atasının külünün vətəninə aparılacağını və orada dəfn ediləcəyini bildirib.Citypost.az Fransa24.com-a istinadən xəbər verir ki, təhvil-təslim mərasimi noyabrın 3-də Parisdə keçirilib. 85 yaşlı Migel Anxel Asturias Amado mərasim zamanı atasının külünün olduğu qabı qəbul edib.1967-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Asturias 1974-cü ildə 74 yaşında İspaniyada vəfat edib. Yazıçı uzun müddət Parisdə yaşayıb və Fransa paytaxtındakı Per-Laşez qəbiristanlığında dəfn olunub.Asturiasın oğlu bildirib ki, atasının qalıqlarının Qvatemalaya qaytarılması qərarını vermək onun üçün çətin olsa da, ölkədəki siyasi dəyişikliklərdən sonra bu addımın vaxtının...

04 Noyabr 2026, 00:19