Rusiya XİN raket buraxılışları ilə bağlı ABŞ-la təmaslardan danışıb
Dünya 27 Noyabr 2024, 15:51
22782
Rusiya raket sınaqlarının keçirilməsi ilə bağlı ABŞ ilə razılaşmalara sadiqdir.
Citypost.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Ryabkov deyib.
“Bu, bizim məsuliyyətli yanaşmamızın çox gözəl nümunəsidir. Biz əvvəllər elan edilmiş öhdəliklərimizdən əl çəkmirik və bunların arasında Rusiyanın hələ 1989-cu ildə ballistik raketlərin sınaq buraxılışı barədə bildirişlə bağlı bağlanmış müqavilələrə sadiqliyi də var.
Həmçinin oxuyun
Buna görə də, ən yeni orta mənzilli “Oreşnik” raketinin faktiki sınaq-döyüş buraxılışından bir müddət əvvəl Moskva bu barədə Vaşinqtonu xəbərdar edib”, – diplomat qeyd edib.
Ryabkov ABŞ-ın da bu təcrübəyə sadiq qalacağına ümid etdiyini bildirib, çünki bu, “yanlış hesablama və ya təhlükəli səhvlər riskini azaltmağa kömək edəcək”. O, Moskva və Vaşinqtonun “son həftələrdə zərurət olan” açıq ünsiyyət kanallarına malik olduğunu vurğulayıb.
Yeganə
Bolqarıstan sahillərində yük gəmisi batıb, 4 Azərbaycan vətəndaşı xilas edilib
Bolqarıstan sahillərində batan Somali bayrağı altında üzən “BETUL 8” yük gəmisinin bütün 12 ekipaj üzvü xilas edilib.APA xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.Bildirilib ki, xilas edilənlərdən 4-ü Azərbaycan, 8-i isə Türkiyə vətəndaşıdır.İlkin ehtimala görə, gəminin batmasına partlayış səbəb ola bilər.
16 Noyabr 2026, 17:26
Aİ Valentina Matviyenkonun oğluna sanksiya tətbiq edib
Avropa İttifaqı Rusiyaya qarşı “qara siyahı”sını daha 145 maddə ilə genişləndirib.APA-nın Moskva bürosu xəbər verir ki, Aİ-nin sanksiya siyahısına “Wildberries” şirkətinin təsisçisi Tatyana Kim, iş adamları Ruslan Baysarov, Aleksandr Çaçava və Sergey Matviyenko (Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun oğlu-red.), bloger Yuri Podolyaka və aparıcı Daniil Bezsonov daxil ediliblər.Bundan başqa, Peterburq Hesablaşma Mərkəzi və Kremlevskiy, Guta Bank və “Unistream” daxil olmaqla onlarla bank, "YuMani" xidmətini idarə edən YuMoney MMC, "Rusqazdobıça" və "Rusximallians" Aİ-nin sanksiya siyahısına daxil edilib.Aİ Rusiya neft emalı zavodları, o cümlədən Qazpromneft-Moskva Neft Emalı Zavodu, Kirişinefteorgsintez, TAIF-NK, Müstəqil Neft və Qaz Şirkətinin törəmə müəssisələri: NNK-Oil, NNK-Severnaya Neft, NNK-Saxalinmorneftegaz...
16 Noyabr 2026, 16:58
Paşinyanın həyat yoldaşının iradına İrəvan merindən reaksiya
İrəvan meri Tiqran Avinyan noyabrın 16-da keçirilən meriya iclasında paytaxtdakı tıxacları avtomobillərin sayının artması və sürücülük mədəniyyəti ilə əlaqələndirib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki bu barədə Ermənistan KİV-lərində məlumat yayılıb, bununla o, tıxacın səbəbinin yeni binaların tikintisi ilə bağlı olduğunu düşünənlərə etiraz edib.T.Avinyanın sözlərinə görə, bu ilin ilk on ayında metroda sərnişindaşımalarının sayı 23 milyona çatıb, bu göstərici 2016-cı ilin eyni dövründə 12-13 milyon olub.Mer vurğulayıb ki, 2023-cü ildən şəhərdə yeni tikinti üçün tətbiq olunan ödənişlərdən maliyyə vəsaitləri əldə edilir və onlar infrastrukturun inkişafına yönləndirir."İrəvan şəhərinin tikilməkdə olan bu binalarında birbaşa maliyyə marağı var. Xüsusilə, meriyanın tikdiyi yüzlərlə həyət, futbol...
16 Noyabr 2026, 14:54
Çilidə liman işçiləri milli tətilə hazırlaşır
Çilidə liman işçiləri pensiya və əmək müavinətləri ilə bağlı hökumətin öhdəliklərini yerinə yetirməməsinə etiraz olaraq ümummilli tətil elan etməyə hazırlaşır. Tətilin ölkənin bütün dəniz terminallarının fəaliyyətinə təsir göstərəcəyi gözlənilir.Citypost.az Prensa Latina xəbər portalına istinadən xəbər verir ki, Çili Liman İşçiləri Konfederasiyası hökumətə tələblərinə cavab vermək üçün çərşənbə axşamına qədər vaxt verib. Razılıq əldə olunmayacağı təqdirdə, cümə axşamından etibarən bütün ölkə üzrə limanlarda ilk növbədən başlayaraq əməliyyatlar dayandırılacaq.Konfederasiya xüsusilə yüksək yaşayış xərcləri səbəbindən maddi çətinliklə üzləşən təqaüdçü liman işçiləri üçün xüsusi pensiyaların ayrılmasını tələb edir. Həmçinin dövlətin vəd etdiyi maliyyə yardımlarını gözləyən keçmiş işçilərin dul həyat yoldaşlarının probleminin həllini istəyir.Narazılığın digər...
16 Noyabr 2026, 09:46
Yaponiya Baş naziri Filippin və Çinə səfərə yola düşüb
Yaponiyanın Baş naziri Sanae Takaiçi Asiya ölkələri ilə diplomatik və iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə dörd günlük səfərə başlayıb. Səfər çərçivəsində regional təhlükəsizlik, enerji əməkdaşlığı və Çinlə münasibətlərin müzakirəsi gözlənilir.Citypost.az Yonhap-a istinadən xəbər verir ki, Takaiçi noyabrın 16-da Tokiodan Filippinə yola düşüb. O, Manilada ASEAN sammitində, daha sonra isə Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunun (APEC) görüşlərində iştirak edəcək.Diplomatik mənbələrin məlumatına görə, Yaponiya ilə Çin arasında Tayvan məsələsinə görə davam edən gərginlik səbəbindən Takaiçinin səfər zamanı Çin prezidenti Si Cinpinlə rəsmi ikitərəfli görüşü nəzərdə tutulmur.Manilada Yaponiya ilə ASEAN ölkələri arasında enerji və dekarbonizasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək....
16 Noyabr 2026, 09:44
Deputat anası ilə FOTOSUNU PAYLAŞDI
Milli Məclisin deputatı Ceyhun Məmmədov paylaşımı ilə diqqət çəkib.Citypost.az xəbər verir ki,deputat anasının doğum gününü sosial şəbəkələr vasitəsi ilə təbrik edib."Bu gün bu gözəl insanın 75 yaşı tamam olur. Anamı, eləcə də bu gün ad günü olan bütün valideynləri səmimi-qəlbdən təbrik edirəm. Allah bütün valideynləri qorusun!",-deyə millət vəkili qeyd edib.Məlumat üçün bildirək ki,deputatın anası Sona xanım müəllimədir.Qeyd edək ki,Ceyhun Məmmədov 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsindən deputat seçilib.İlahiyyat üzrə fəlsəfə doktoru olan millət vəkili evlidir,1 övladı var.51 yaşlı deputat Cəbrayıl rayonu, Şükürbəyli kəndindəndir.Beynəlxalq İslama Dəvət Kollecini və Xəzər Universitetini bitirib.Ərəb dilində sərbəst danışa bilir....
16 Noyabr 2026, 07:15