Bizə yazın

Baku

-°C

USD

-

6,2 milyon dollarlıq banan yeyildi

Dünya 29 Noyabr 2024, 15:42

23573

Çinli kripto-milyonçu Castin Sun 6,2 milyon dollara divara yapışdırılmış banan alıb və sonra onu yeyib.

Citypost.az xəbər verir ki, iş adamı X sosial şəbəkəsində yazır ki, ləzzət üçün təşəkkür olaraq meyvə dükanının satıcısından daha 100 min banan alıb.

Bütün bananlara görə milyonçu təxminən 35 min dollar ödəyib.

“Şah Alama təşəkkür etmək üçün onun köşkündən 100 min banan almağa qərar verdim <...> Bu bananlar onun vasitəsilə bütün dünyaya pulsuz paylanacaq”, - mesajda deyilir. Meyvəni əldə etmək üçün şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməlisiniz. Eyni zamanda, Sun sarı meyvələrin paylanmasının dəqiq necə olacağını dəqiqləşdirməyib.

Divara yapışdırılan banan, Sotheby's-də 6,2 milyon dollara satılan "Komediyaçı" adlı sənət əsəridir. Onun yaradıcısı italyan rəssamı Mauritsio Kattelandır. Müəllifin fikrincə, əsər sənətin dəyəri haqqında düşünməyə hesablanmış təxribatdır.

Yeganə

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qayınanasını öldürən şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib

Belçikada Nikolas Ullens qayınanası Myriam Lechieni qətlə yetirməkdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Nivelles Ağır Cinayətlər Məhkəməsi hökmü noyabrın 4-də elan edib.Citypost.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.Məhkəmə münsiflər heyətinin bir sıra yüngülləşdirici halları nəzərə aldığını bildirib. Bununla yanaşı, prokurorluğun Nikolas Ullensin dərhal həbs olunması ilə bağlı vəsatəti təmin edilməyib.Qeyd edək ki, hadisə 2023-cü il martın 29-da Lasne şəhərində baş verib. Ullens qayınanası Myriam Lechieni öz villasındakı evində qətlə yetirib. Məhkəmə hökmü elan edilərkən təqsirləndirilən şəxs göz yaşlarını saxlaya bilməyib. Onun həyat yoldaşı və mərhumun yaxınları da məhkəmə zalında emosional anlar yaşayıblar.Bundan əlavə, Nikolas...

05 Noyabr 2026, 00:47

Əkrəm Həsənov: “Tramp əvvəlki kimi qoçuluq edə bilməyəcək”

Hüquqşünas Əkrəm Həsənov ABŞ-da keçirilən seçkilərin nəticələrinin Prezident Donald Trampın siyasi imkanlarına təsiri barədə fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, hüquqşünas sosial şəbəkə hesabında paylaşım edərək Trampın Konqresin hər iki palatasına nəzarəti itirdiyini bildirib.Əkrəm Həsənovun fikrincə, bu nəticələr Donald Trampın gələcək fəaliyyətində müəyyən məhdudiyyətlər yaradacaq. O qeyd edib ki, ABŞ prezidenti bundan sonra da öz bildiyini etməyə çalışsa da, əvvəlki kimi sərbəst hərəkət edə bilməyəcək.Hüquqşünas paylaşımında Trampın siyasi davranışını sərt ifadələrlə tənqid edərək onun Konqresin hər iki palatasına nəzarəti itirməsinin siyasi manevr imkanlarını zəiflədəcəyini vurğulayıb.“Özbaşınalıq edəcək yenə, əlbəttə. Amma əvvəlki kimi qoçuluq edə bilməyəcək”, – deyə Əkrəm Həsənov bildirib.Turan ...

05 Noyabr 2026, 00:39

Avstraliyanın məşhur ticarət şəbəkəsi iflas təhlükəsi ilə üz-üzədir

Avstraliyanın 188 illik tarixə malik məşhur univermaq şəbəkəsi “David Jones” fəaliyyətini dayandırmaq təhlükəsi ilə qarşılaşıb. Şirkətin rəhbərliyi və sahibi “Anchorage Capital Partners”ın könüllü idarəetməyə keçidlə bağlı qərarını cümə axşamı səhər açıqlaması gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın 1News telekanalı məlumat yayıb.Məlumata görə, şirkətin rəhbərliyi noyabrın 4-də axşam saatlarında böhran iclası keçirib. Qərarın verilməsinə əsas səbəblərdən biri ticarət mərkəzlərinin sahibləri ilə icarə məsələsində yaranan fikir ayrılıqlarıdır. “David Jones” sentyabr ayından etibarən icarə haqqını ödəməyib və bu səbəbdən müqavilə öhdəliklərini pozmuş vəziyyətə düşüb.Şirkətin ən böyük icarədarı olan “Scentre Group”un rəhbəri Elliott Rusanow bildirib ki, “Anchorage Capital Partners”a mağazaların fəaliyyətini davam...

05 Noyabr 2026, 00:27

Yeni Zelandiyada prostat xərçənginin müalicəsində yeni üsul tətbiq olunacaq

Yeni Zelandiyanın Gisborne şəhərində prostat xərçənginin müalicəsi üçün MRT nəzarəti altında həyata keçirilən yeni tibbi prosedura başlanılır. Bu üsul Avstraliya və Yeni Zelandiyanı əhatə edən regionda ilk dəfə tətbiq olunur.Citypost.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın 1News telekanalı məlumat yayıb.Məlumata görə, Mātai Tibbi Tədqiqat İnstitutu tərəfindən tətbiq ediləcək metod ultrasəs enerjisindən istifadə etməklə prostat vəzindəki xərçəng toxumasının dəqiq şəkildə qızdırılaraq məhv edilməsini nəzərdə tutur. Prosedur zamanı MRT cihazı həm müalicənin istiqamətləndirilməsi, həm də prosesə nəzarət üçün istifadə olunur. Bununla yalnız hədəflənmiş toxumaya müdaxilə edilməsi təmin edilir.Yeni müalicə üsulu xərçəngin erkən mərhələdə aşkarlandığı və hələ prostat vəzinin hüdudlarından kənara yayılmadığı...

05 Noyabr 2026, 00:13

Ermənistanda müxalifətçi Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər

Müxalif "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın işi üzrə prokuror məhkəmədən onun həbs müddətinin daha 3 ay uzadılmasını xahiş edib.Citypost.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.Bu, alternativ qətimkan tədbirlərinin təqsirləndirilən şəxsə münasibətdə Cinayət-Prosessual Məcəllənin tələblərini təmin edə bilməməsi ilə izah edilir.Tsarukyanın vəkili Yerem Sarkisyan qeyd edib ki, prokurorlar bütün təqsirləndirilən şəxslərə münasibətdə eyni arqumentləri gətirirlər. Bu baxımdan o, məhkəmədəki müzakirəni sırf formal prosedur adlandırıb."Prokurorlar Tsarukyanın istintaqa necə mane ola biləcəyini deməlidirlər ki, biz də əks-arqumentlər təqdim edə bilək", - o qeyd edib.Tsarukyan Ermənistan-İran Ticarət Palatasının fəaliyyəti ilə bağlı 2022-2024-cü illərdəki hadisələr üzrə 21 milyon dollar məbləğində dələduzluqda...

04 Noyabr 2026, 18:36

Rusiya TDT-yə üzv ola bilər? - Türkiyə şərti açıqladı

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Kürşad Zorlu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Moskvanın da Türk Dövlətləri Təşkilatına (TDT) qoşulması ilə bağlı təklifə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə K.Zorlu “Anadolu” agentliyinə müsahibəsində danışıb. O, təşkilatın 2021-ci ildə qəbul edilən nizamnaməsinə diqqət çəkərək üzvlük üçün əsas şərtlərdən birinin türk dillərindən və ya qohum dillərdən birinin yalnız ölkənin müəyyən bir bölgəsində deyil, bütün ölkə səviyyəsində dövlət dili və ya rəsmi yazışma dili olaraq qəbul edilməli olduğunu bildirib. Zorlu bu şərti qarşılayan dövlətlərin TDT-yə müşahidəçi üzv kimi müraciət edə biləcəyini deyib. Bununla belə, AKP-nin sədr müavini bu şərti qarşılamayan üçüncü ölkələrlə münasibətlərin...

04 Noyabr 2026, 16:28