Bizə yazın

Baku

-°C

USD

-

Papa Türkiyəyə səfər edəcək

Dünya 29 Noyabr 2024, 18:23

34100

Papa I Fransisk 2025-ci ildə Nikea məbədinin 1700 illiyi münasibətilə Türkiyəyə səfər etməyi planlaşdırdığını bildirib.

Citypost.az xəbər verir ki, bu barədə “Catholic News Agency” məlumat yayıb.

“Mən ora getməyi planlaşdırıram”, - Papa noyabrın 28-də Beynəlxalq İlahiyyat Komissiyasının üzvlərilə görüşündə bildirib.

Qeyd edək ki, bu ilin sentyabrında Konstantinopol Patriarxı I Varfolomey Roma Papasının Türkiyəyə səfər edəcəyini demişdi. O, səfərin 2025-ci ilin mayında baş tutacağını bildirmişdi.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Meri püşkatma ilə seçdilər

Perunun Konima şəhərində keçirilən mer seçkilərində analoquna rast gəlinməyən hadisə yaşanıb. Bülletenlər sayıldıqdan sonra hər iki namizədin eyni - 671 səs topladığı məlum olub.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, nəticələrin elan edilməsindən sonra iki namizəd arasında səs fərqinin daxil olmaması seçki komissiyasını hərəkətə keçirib.Səsvermə ilə qalibi təyin etmək mümkün olmadığından Perunun seçki qanunvericiliyində nəzərdə tutulmuş xüsusi maddə tətbiq edilib.Peruda səs bərabərliyi yarandıqda qalibi müəyyənləşdirmək üçün 2026-cı il qaydalarına əsasən püşkatma metodundan - 1 solluq sikkənin atılmasından istifadə olunur. Seçki rəsmilərinin keçirdiyi sikkə püşkatması nəticəsində eyni sayda səs toplayan namizədlərdən biri şəhərin yeni meri seçilib....

10 Noyabr 2026, 17:17

Gürcüstan 91 əcnəbini deportasiya edib

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlər ərzində 91 əcnəbi vətəndaşı ölkədən deportasiya edib.APA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Məlumata görə, deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, İraq, Konqo, Çin, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkiyə, Türkmənistan, Tailand, Tacikistan, Özbəkistan, Uqanda, Filippin və digər ölkələrin vətəndaşları var.Deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.Qeyd edək ki, Gürcüstanda 2025-ci ildən etibarən qeyri-qanuni miqrantlara qarşı mübarizə gücləndirilib. Miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər deportasiya və miqrantların yoxlanılması prosedurlarını sadələşdirib.Rəsmi məlumata görə, cari ilin əvvəlindən Gürcüstandan 3,7 mindən çox əcnəbi deportasiya edilib. Onların 250-dən çoxu Rusiya vətəndaşıdır....

10 Noyabr 2026, 17:03

Türkiyəli deputatın arvadı “hərbi casusluq”dan saxlanıldı

Türkiyə İşçi Partiyasının (TİP) İstanbul millət vəkili Əhməd Şıkın həyat yoldaşı Yonca Verdioğlu Şık “siyasi və ya hərbi casusluq” ittihamı ilə saxlanılıb.Citypost.az Axar.az-a  xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Məlumata görə, evində saxlanılan Yonca Şık daha sonra Çağlayandakı İstanbul Ədliyyə Sarayına aparılıb.

10 Noyabr 2026, 16:09

Rusiya və Ukrayna razılaşır: Ərazi güzəştləri olacaq...

Ukrayna və Rusiya ABŞ-ın vasitəçiliyi ilə noyabrın 10-da Əbu-Dabidə başlayacaq danışıqlar ərəfəsində ərazilərin mümkün mübadiləsi məsələsində müəyyən çeviklik nümayiş etdirirlər.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Röyters” adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.Bildirilir ki, danışıqlarda əsas müzakirə mövzularından biri Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri olacaq. Xüsusilə, Kiyevə NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər müdafiə təminatlarının verilməsi ehtimalı müzakirə ediləcək.ABŞ rəsmisinin sözlərinə görə, tərəflər qapalı danışıqlar zamanı ərazi məsələsində müəyyən kompromisə hazır olduqlarını da nümayiş etdiriblər. Onun fikrincə, ərazilərlə bağlı hər hansı razılaşma, böyük ehtimalla, danışıqların son mərhələsində, müharibədən sonrakı təhlükəsizlik arxitekturası da daxil olmaqla, digər məsələlər razılaşdırıldıqdan...

10 Noyabr 2026, 12:51

14 metrlik nəhəng maşını hər kəsi heyrətləndirdi - İkimərtəbəli ev boydadır

Birləşmiş Ərəb Əmirliklərində “Göy qurşağı şeyxi” kimi tanınan Həməd bin Həmdən Əl Nəhyan qeyri-adi avtomobil kolleksiyası ilə yenidən diqqət mərkəzindədir. Şeyxin sahib olduğu 14 metr uzunluğundakı nəhəng “Hummer H1 X3” modeli ölçüləri və içərisindəki şəraiti ilə görənləri heyrətləndirir.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, təxminən 3000 avtomobildən ibarət kolleksiyaya sahib olan Şeyx Həməd xüsusi dizaynlı nəhəng “Hummer”i ilə fərqlənir.Uzunluğu 14 metr, eni isə 6 metr olan bu unikal nəqliyyat vasitəsi təxminən ikimərtəbəli binanın hündürlüyünə çatır.Hərbi yolsuzluq avtomobili görünüşünü qoruyub saxlayan “Hummer H1 X3” dörd güclü dizel mühərriki ilə hərəkətə gətirilir və altında yerləşən nəhəng təkərləri ilə diqqət çəkir.Xaricdən hərbi maşını xatırladan...

10 Noyabr 2026, 12:25

Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan BMT-nin iqlim dəyişikliyi üzrə konfransına qatılmaq məqsədilə Türkiyəyə səfər edəcək.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.Baş nazirin mətbuat katibi Melanya Arutyunyan Ermənistan mətbuatına açıqlamasında bildirib ki, hökumət rəhbəri noyabrın 11-də COP31 konfransında iştirak etmək üçün Antalya şəhərinə yola düşəcək.Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) 2026-cı il noyabrın 9-dan 20-dək Antalyada təşkil olunacaq.Nəzərə çatdıraq ki, Paşinyanın Türkiyədə olacağı tarixdə - noyabrın 11-də Moskvada KTMT-nin sammiti keçiriləcək.Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın daha öncə qeyd etdiyi kimi, həmin tədbirdə Ermənistanın KTMT-yə üzvlüyü məsələsi...

10 Noyabr 2026, 11:10