Gürcüstanın Daxili İşlər Nazirliyi etirazçılara xəbərdarlıq edib
Dünya 29 Noyabr 2024, 19:58
33361
Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidəki etirazçılara qanun çərçivəsindən kənara çıxmamaları ilə bağlı çağırış edib.
Ölkənin daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidzenin keçirdiyi brifinqdə etdiyi çağırışda deyilir:
Həmçinin oxuyun
“Sosial şəbəkələrdə müxtəlif strateji əhəmiyyətli obyektləri bloklamağa çağırışlar, o cümlədən televiziya kanallarını, dəmir yolu stansiyalarını, mərkəzi magistralları və digər əsas obyektləri piket etməklə bağlı fikirlər səsləndirilir. Mitinqin təşkilatçılarına və iştirakçılarına xatırlatmaq istərdik ki, Gürcüstan qanunvericiliyi aksiya və nümayişin keçirilməsinin hüquqi çərçivələrini və miqyasını detallı şəkildə müəyyən edir, bu da aksiyaların sülhə bərabər xarakterini, ictimai təhlükəsizliyi, müxtəlif təsisatların düzgün fəaliyyətini və nəqliyyatın normal işini təmin etməyə yönəlib”.
O eyni zamanda xatırladıb ki, belə cinayətlər 3 ilə qədər azadlıqdan məhrumetmə ilə nəticələnir.
ABŞ senatorları Kennedinin Samoa səfəri ilə bağlı araşdırmaya başlayıb
ABŞ senatorları ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Naziri Robert F. Kennedinin 2019-cu ildə Samoaya səfərinin məqsədi ilə bağlı Konqresə yanlış məlumat verib-vermədiyini araşdırır.Citypost.az xəbər verir ki, Demokrat senatorlar Ron Vayden və Anjela Alsbruks bu məqsədlə Kennedinin rəhbərlik etdiyi “Children’s Health Defense” qeyri-kommersiya təşkilatından bir sıra sənədlər tələb ediblər.Associated Press və “The Guardian” nəşrlərinin avqust ayında yaydığı məlumatlara görə, Kennedi Senatda təsdiqlənməsi zamanı Samoaya səfərinin peyvəndlərlə əlaqəsi olmadığını bildirib. Lakin araşdırmaçı jurnalistlərin əldə etdiyi məktubda onun səfərdən əvvəl Samoa baş nazirinə peyvəndlərlə bağlı müraciət etdiyi üzə çıxıb. Məktubda “peyvənd” sözü səkkiz dəfə işlədilib.Qeyd edək ki, 2019-cu ildə Samoada baş verən qızılca...
13 Noyabr 2026, 00:53
Jensen Huangın istefası süni intellekt sənayesində ciddi boşluq yaradıb
“Nvidia” şirkətinin rəhbəri Jensen Huangın istefasından sonra süni intellekt sənayesində onun yerini kimin tutacağı müzakirə olunur. Huangın gedişinin texnologiya sektoruna, ABŞ-ın süni intellekt sahəsindəki mövqeyinə və çip bazarına təsirləri diqqət mərkəzinə düşüb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,Huangın istefası şirkətin maliyyə və idarəetmə məsələləri ətrafında yaranan mübahisələr fonunda baş verib. O, indiyədək süni intellekt sənayesinin əsas simalarından biri, ABŞ-ın texnoloji inkişaf strategiyasının mühüm dəstəkçisi hesab olunurdu. Huang ABŞ Prezidenti Donald Trampla yaxın münasibətləri və Çin bazarına çip satışları ilə bağlı müzakirələrdəki rolu ilə də tanınırdı.Mütəxəssislər hesab edirlər ki, rəhbər dəyişikliyinin “Nvidia”nın məhsul inkişafına və rəqabət qabiliyyətinə yaxın illərdə ciddi təsir...
13 Noyabr 2026, 00:40
Paraqvayda bank qalmaqalı: Prezidentin iqamətgahında axtarış aparılıb
Paraqvayda ölkənin ən böyük banklarından biri olan “Ueno Bank”ın iflası ilə bağlı araşdırma genişlənib. İstintaq çərçivəsində prezidentin rəsmi iqamətgahında axtarış aparılıb, Mərkəzi Bankın rəsmisi isə saxlanılıb.Citypost.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.Prokurorluğun açıqlamasına görə, noyabrın 12-də keçirilən axtarış keçmiş prezident Santyaqo Penaya qarşı başladılan cinayət işi ilə əlaqədardır. Bundan əvvəl onun şəxsi evində də axtarış aparılıb, sənədlər, mobil telefonlar və kompüterlər müsadirə edilib.İstintaq çərçivəsində Mərkəzi Bankın rəsmisi Holger İnsfran da saxlanılıb. “Ueno Bank”ın rəhbərliyində təmsil olunan bir neçə şəxs barəsində də həbs qərarı verilib. Bankın rəhbərliyinə yaxın Manuel Astiqarraga isə polisə təslim olub.Sabiq prezident Santyaqo Pena vəzifəsindən istifadə...
13 Noyabr 2026, 00:31
Mühafizəçi nazirə sərt xəbərdarlıq etdi, gündəm oldu - Video
ABŞ müdafiə naziri Pit Heqset Veteranlar Günü münasibətilə keçirilən anım mərasimindən sonra Arlinqton Milli Qəbiristanlığında qaydaları pozduğu üçün xəbərdarlıq alıb.Citypost.az “Qafqazinfo” a istinadən xəbər verir ki, “Naməlum əsgər” məzarının qarşısında xatirə şəkli çəkdirən Heqset və onu müşayiət edən heyət ərazini tərk edərkən gülüb ucadan danışmağa başlayıblar.Abidədə növbətçi olan fəxri qarovul mühafizəçisi nazir və yanındakıların səs-küyünə sərt şəkildə müdaxilə edib.Mühafizəçinin ucadan etdiyi “Bütün ziyarətçilər hər zaman sükut və hörmət mühitini qorumalıdırlar” sözləri kameraya düşüb və həmin kadrlar sosial mediada sürətlə yayılıb və gündəm olub. İstifadçilər hərbi abidənin yanında nazirin bu davranışını kəskin tənqid ediblər....
12 Noyabr 2026, 18:00
Putin Qərbə səsləndi: “Sülh, yoxsa müharibə istədiklərinə qərar versinlər”
Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibənin başa çatmasından sonra sülhün əbədi olmasını istədiklərini bildirib.APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya lideri Trampın xüsusi nümayəndələri ilə görüşdə Ukraynada xarici qoşunların yerləşdirilməsi ehtimalına da münasibət bildirib.“Ukraynada xarici qoşunların mövcudluğu imkanı Rusiyanın milli təhlükəsizliyinə təhdid yaradır”, – Putin deyib.Rusiya Prezidenti qeyd edib ki, Ukraynada xarici hərbi kontingentlərin yerləşdirilməsi Moskvanın milli təhlükəsizliyinə təhdid yaradır. Putin belə qüvvələrin Ukrayna ərazisində mövcudluğunun Rusiya ordusu üçün qanuni hədəf olacağını vurğulayıb.Rusiya lideri ABŞ-ın Avropa ölkələri ilə işləməsinin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, Vaşinqton Avropa ilə dialoq aparmalı, avropalılar isə sülh, yoxsa müharibə istədiklərinə qərar verməlidirlər....
12 Noyabr 2026, 17:56
200 min toyuq məhv ediləcək - Quş qripi aşkarlandı
Yaponiyanın Kioto prefekturasında quş qripi yayılıb. Virusun qarşısını almaq məqsədilə 200 min toyuğun məhv ediləcəyi açıqlanıb.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kameoka şəhərində yerləşən fermada çoxsaylı toyuqların şübhəli şəkildə ölməsindən sonra aparılan testlər nəticəsində yüksək yoluxuculuq xüsusiyyətinə malik H5 tipli quş qripi aşkarlanıb.Yaponiyada bu il qeydə alınan ilk quş qripi hadisəsidir.Hadisə ilə əlaqədar yoluxma aşkarlanan ferma karantinə alınıb. Təsərrüfatın 10 kilometr radiusunda yerləşən əraziyə hərəkət məhdudiyyəti tətbiq edilib. Bundan başqa, fermadan 3 kilometr radiusda yerləşən təsərrüfatlardan toyuq və yumurta tədarükü müvəqqəti dayandırılıb.Test nəticələrinin müsbət çıxmasından sonra toyuqların məhv edilməsinə və yoluxma riski daşıyan materialların zərərsizləşdirilməsinə başlanılıb. Bütün profilaktik tədbirlərin...
12 Noyabr 2026, 17:53