Bizə yazın

Baku

-°C

USD

-

NATO öz qüvvələrinin Estoniyaya sürətlə köçürülməsi üzərində işləyəcək

Dünya 02 Dekabr 2024, 11:49

32939

Estoniyada NATO-nun sürətli hava və hava əməliyyatları üzrə Pikne (İldırım) təlimi başlayıb.

Citypost.az bu barədə "Postimees"-a istinadən xəbər verir.

Estoniya Müdafiə Qüvvələrinin general-mayoru İndrek Sirel deyib: “Təlim zamanı Fransa, Britaniya və Estoniya qüvvələrinin sürətlə köçürülməsi, eləcə də onlar arasında əməkdaşlığı gücləndirmək lazımdır”.

Dekabrın 2-dən 15-dək Estoniyanın şimalında və şimal-şərqində keçiriləcək təlimlərdə Estoniya, Latviya, ABŞ, Fransa və Böyük Britaniyadan iki minə yaxın hərbçi iştirak edəcək. Manevrlər zamanı NATO bölmələri nəzərdə tutulan münaqişə zonasına qüvvələrin köçürülməsi mexanizmlərini işləyəcək.

Bundan əvvəl alyansın hərbi-dəniz qrupunun altı gəmisi Tallinə gəlib. Estoniya Hərbi Dəniz Qüvvələrinin baş komandanı İvo Värk bildirib ki, bu qrup alyansın dəniz qüvvələrinin “əsas zərbə qüvvəsi”dir.

Yeganə

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ukrayna və Rusiya azı 1000 hərbi əsirin mübadiləsi barədə razılığa gəlib

Rusiya və Ukrayna Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) üçtərəfli danışıqların ilk gününün yekunlarına əsasən, yaxın vaxtlarda "1000-in 1000-ə" və ya daha çox formulu üzrə genişmiqyaslı əsir mübadiləsi keçirmək barədə razılığa gəliblər."Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə danışıqların gedişi ilə tanış olan mənbə bildirib.Onun sözlərinə görə, görüş zamanı əsas diqqət bütövlükdə Ukrayna və Avropa üçün təhlükəsizlik təminatları məsələlərinə ayrılıb. Rusiyanın özünə təhlükəsizlik təminatlarının verilməsinə dair tələbləri ayrıca müzakirə edilib.Bundan başqa, tərəflər etimad böhranı fonunda Ukraynanın bərpası və yeni Avropa təhlükəsizlik arxitekturasının formalaşdırılması məsələlərinə toxunublar.Ümumilikdə iki gün ərzində danışıqlar təxminən dörd saat davam edib....

11 Noyabr 2026, 17:48

Putin üçün uzunömürlülük axtarışı: 7 min meymun... 

Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu Mixail Kovalçukun rəhbərlik etdiyi Kurçatov İnstitutunda yaşlı meymunların unikal kolleksiyası yaradılıb. Alimlər onların köməyi ilə insan ömrünün uzadılması yollarını tapmağa ümid edirlər.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, Kovalçuk bu tədqiqatlar barədə Moskvada keçirilən Kurçatov Genom Forumu çərçivəsində danışıb.“İnstitutun laboratoriyalarında 22 növdən olan 7000-dən çox primat saxlanılır. Yaşlanmanın bütün mərhələlərini izləmək üçün yaşlı meymunlar üzərində analizlər aparırıq. Yaşı 18-dən və 30-dan çox olan fərdləri qiymətləndiririk. Hərtərəfli müayinələr keçiririk: biokimyəvi və struktur analizlər aparır, damarları, beyini – hər şeyi tədqiq edirik. Primatlar bizə ən yaxın nümunədir. Bu, ömrün uzadılmasını tənzimləyən sistemin yaradılması üçün əsasdır”, - o...

11 Noyabr 2026, 17:20

Nvidia rəhbərini casusluqda ittiham olunan çinli qadın Honkonq pasportu ilə Tayvana daxil olub 

Nvidia şirkətinin rəhbəri Jensen Huangla münasibətdə olduğu bildirilən və Çinə casusluqda şübhəli bilinən çinli qadının Tayvana Honkonq pasportu ilə daxil olduğu məlum olub.Citypost.az france24.com-a istinadən xəbər verir ki, bu barədə Tayvanın Milli İmmiqrasiya Agentliyi məlumat yayıb.Qurumun rəhbəri Lin Hornq-en bildirib ki, Alis Huangın ölkəyə giriş-çıxış qeydləri mövcuddur və məsələ araşdırılır.Tayvanın daxili işlər naziri Liu Şi-fanq isə qadının ölkəyə daxil olduğunu, lakin hazırda xaricdə olduğunu açıqlayıb. Onun sözlərinə görə, Alis Huangın Tayvana giriş icazəsi ləğv edilib və o, bir daha adaya buraxılmayacaq.Qeyd edək ki, ABŞ rəsmiləri Alis Huangın Çinin kəşfiyyat orqanları ilə əlaqəli olduğunu iddia edirlər. Jensen Huang isə onunla münasibətdə...

11 Noyabr 2026, 09:09

Süni intellekt platformalarında reklamların sayı arta bilər  

Onlayn reklam şirkəti Criteo-nun rəhbəri Maykl Komasinski hesab edir ki, gələcəkdə bir çox süni intellekt platforması gəlir əldə etmək məqsədilə reklam sisteminə keçəcək.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə Lissabonda keçirilən “Veb Sammit” çərçivəsində AFP-yə açıqlamasında bildirib.Komasinskinin sözlərinə görə, süni intellekt modellərinin hazırlanması və tətbiqi böyük maliyyə vəsaiti tələb etdiyindən şirkətlər gəlir mənbələrini genişləndirməyə çalışırlar.O qeyd edib ki, reklam Google və Meta kimi böyük texnologiya platformalarının əsas gəlir mənbələrindən biridir və süni intellekt sahəsində də bu model geniş yayılacaq.Məlumata görə, OpenAI ChatGPT-də reklamları sınaqdan keçirir, Microsoft-un Copilot platformasında isə reklamlar artıq tətbiq olunur. Perplexity də reklam formatlarını...

11 Noyabr 2026, 09:06

Mişel Uellebekin müsəlmanlarla bağlı fikirləri MƏHKƏMƏLİK OLDU

Fransanın tanınmış yazıçısı Mişel Uellebek müsəlmanlarla bağlı mübahisəli fikirlərinə görə ayrı-seçkilik, nifrət və zorakılığa təhrik şübhəsi ilə rəsmi istintaqa cəlb edilib.Citypost.az france24.com-a istinadən xəbər verir ki, araşdırma 2022-ci ildə “Front Populaire” jurnalında dərc olunan müsahibə ilə bağlıdır.Uellebek həmin müsahibədə müsəlmanları Fransanın təhlükəsizliyi üçün təhdid kimi xarakterizə edib və onların ölkəni tərk etməli olduqlarını bildirib.2023-cü ildə Fransa Məscidləri Birliyi yazıçıya, filosof Mişel Onfraya və jurnalın rəhbərliyinə qarşı şikayət edib.Uellebekin vəkilləri isə onun açıqlamalarında nifrətə və zorakılığa təhrik olmadığını bildirərək, intellektual mübahisələrin məhkəmə müstəvisinə daşınmasını tənqid ediblər.Fransa Məscidləri Birliyinin vəkili isə ifadə azadlığının nifrətə təhriki əsaslandıra bilməyəcəyini vurğulayıb.Turan...

11 Noyabr 2026, 01:25

ABŞ-da ölüm hökmünə dəstək 55 ilin ən aşağı səviyyəsinə düşüb

ABŞ-da ölüm hökmünün tətbiqini dəstəkləyənlərin sayı son 55 ilin minimumuna enib. Yeni sorğuya əsasən, amerikalıların 49 faizi ölüm hökmünün tərəfdarı, 45 faizi isə əleyhdarıdır.Citypost.az ABŞ KİV-lərinə istinadən xəbər verir ki, bu nəticələr “Gallup” təşkilatının oktyabrın 1-dən 19-dək 1200 nəfər arasında keçirdiyi sorğuda əksini tapıb.Sorğuya görə, Respublikaçıların 73 faizi, müstəqil seçicilərin 50 faizi, Demokratların isə cəmi 28 faizi ölüm hökmünü dəstəkləyir. Yaşı 50-dən yuxarı olanların əksəriyyəti bu cəzanın tərəfdarı olduğu halda, gənclər arasında əks mövqe üstünlük təşkil edir.Qeyd edək ki, ABŞ-da bu il 35 nəfər edam edilib. Ölkənin 23 ştatında ölüm hökmü ləğv olunub, Kaliforniya, Oreqon və Pensilvaniyada isə moratorium tətbiq...

11 Noyabr 2026, 00:50