Bizə yazın

Baku

-°C

USD

-

Latviya 13 Gürcüstan vətəndaşını persona non qrata elan edib

Dünya 03 Dekabr 2024, 16:00

21747

Latviyada 13 Gürcüstan vətəndaşı persona non-qrata elan edilib.

Citypost.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“2024-cü il dekabrın 2-də xarici işlər naziri Baiba Braje 13 Gürcüstan vətəndaşının Latviya Respublikası üçün arzuolunmaz şəxslər siyahısına daxil edilməsi barədə qərar qəbul edib”, - XİN-in bəyanatında deyilir.

Persona non qrata elan edilən Gürcüstan vətəndaşlarının adları nazirlik tərəfindən açıqlanmayıb. Onlar üçün ölkəyə giriş qadağasının qeyri-müəyyən müddətə tətbiq ediləcəyi dəqiqləşdirilir. Dekabrın 1-də məlum olub ki, Litva, Latviya və Estoniya Gürcüstan hökumətinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir. Baltikyanı ölkələrin nümayəndələri bu qərarı Avropaya inteqrasiyanın dayandırılması və respublikada keçirilən etiraz aksiyaları ilə izah ediblər.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Cəbhə xətti partlaya bilər: Ukraynalı generaldan qorxunc xəbərdarlıq

Ukrayna ordusu bir neçə cəbhədə ciddi çətinliklərlə üzləşir.Citypost.az  xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş komandir müavini, general-mayor Sergey Krivonos "Fabrika Novostey" “YouTube” kanalında bildirib.O əlavə edib ki, hazırda bütün diqqət Donbasa yönəlsə də, cəbhənin digər əraziləri partlaya bilər."Vəziyyət olduqca mürəkkəbdir. Hazırda bütün diqqət yalnız Kramatorsk-Slavyansk sektoruna yönəlib. Lakin cəbhənin müəyyən anlarda, məsələn, Yeni il tətillərində şampan kimi partlaya biləcək digər hissələri də var", - deyə ekspert bildirib.O, əlavə edib ki, bu cür hadisələr komandanlıq üçün tamamilə sürpriz ola bilər.Krivonos vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Mixaylo Drapaty çoxsaylı çətinliklərlə üzləşir və bunların həlli ölkə...

21 Sentyabr 2026, 16:38

Türkiyə üç dənizdə genişmiqyaslı hərbi təlimlərə başladı

Türkiyə Hərbi Dəniz Qüvvələri eyni vaxtda üç dənizi əhatə edən nəhəng manevrlərə start verib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, "Denizkurdu-I/2026" adı verilən təlimlər Qara, Egey və Şərqi Aralıq dənizlərində eyni vaxtda keçirilir.Məlumata görə, sentyabrın 25-dək davam edəcək hərbi manevrlərə 14 minə yaxın şəxsi heyət, 100 gəmi və 50 aviasiya vasitəsi cəlb olunub. Təlimlər çərçivəsində hərbçilər yüksək əməliyyat hazırlığı ssenarilərini sınaqdan keçirir, həmçinin real döyüş atışları icra edirlər.Sentyabrın 24-də isə Şərqi Aralıq dənizində, Türkiyə HDQ-nin flaqman gəmisi olan "TCG Anadolu"nun göyərtəsində "Fəxri Müşahidəçilər Günü"nün keçirilməsi planlaşdırılır....

21 Sentyabr 2026, 15:33

Hörmüz boğazından keçən tankerə zərbə endirilib

Hörmüz boğazında tankerə hücum edilib.Citypost.az APA-a xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları təşkilatı (UKMTO) məlumat yayıb.Bildirilib ki, naməlum obyektlərlə hədəfə alınan tankerdə 2 nəfər xəsarət alıb.Gəminin hansı ölkəyə məxsus olduğu barədə məlumat verilməyib.Faktla bağlı araşdırma aparılır.

21 Sentyabr 2026, 15:08

Türk əsilli xanım Berlində deputat oldu 

Almaniyanın paytaxtı Berlin şəhər-əyalətində keçirilən seçkilərdə Sol Partiya (Die Linke) tarixi qələbə qazanıb.Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, partiyanın namizədi, Türkiyə əsilli siyasətçi Elif Eralpın rəhbərliyi altında partiya səslərin təxminən 25%-ni toplayaraq, birinci yeri tutub. Bu nəticə Sol Partiyanın Berlin tarixində indiyədək əldə etdiyi ən yüksək göstəricidir.Seçki kampaniyası zamanı əsas diqqət mənzil böhranı və yüksək kirayə haqlarına yönəldilib. Eralp böyük mənzil şirkətlərinin milliləşdirilməsini vəd edib. Məlumata görə, hazırda Sol Partiya Yaşıllar və Sosial Demokrat Partiyası ilə koalisiya danışıqlarına başlamağa hazırlaşır. pizzaElif Eralp 1981-ci ildə Almaniyanın Münhen şəhərində anadan olub. Onun valideynləri 1980-ci ildə Türkiyədəki hərbi çevrilişdən sonra siyasi səbəblərə...

21 Sentyabr 2026, 14:15

Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb 

Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb.Citypost.az  xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova seçkilərində seçici iştirakının 59,32% təşkil etdiyini deyib.Pamfilova bildirib ki, Vahid Rusiya, Rusiya Federasiyası Kommunist Partiyası, Rusiya Liberal Demokrat Partiyası və Yeni İnsanlar partiyaları Dövlət Dumasının deputat siyahısı seçkilərində səslərin 95,45%-ni emal etdikdən sonra 5%-lik həddi keçiblər.Onun sözlərinə görə, Ədalətli Rusiya Partiyası hələ də 5%-lik həddi keçmək şansına malikdir.Pamfilova qeyd edib ki, Vahid Rusiya dumada 355 yerə sahib olacaq.O vurğulayıb ki, seçkilərin yekun nəticələri 25 sentyabrda açıqlanacaq. (APA)...

21 Sentyabr 2026, 13:07

Kadırov prezident seçkilərində 99,85% səs topladı

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 2011-ci ildən bəri Çeçenistanın hazırkı rəhbəri Ramzan Kadırov yenidən regional liderlik seçkilərində qalib gəlib.Citypost.az  Rusiya mediasına istinadən xəbər verir ki, hazırda respublikada səslərin 100%-i hesablanıb. Nəticələrə görə, Vahid Rusiya partiyasının üzvü Kadırov səslərin 99,85%-ni toplayıb.Çeçenistan prezident seçkilərində onun rəqibləri Ədalətli Rusiyadan İsmayıl Denilxanov və Rusiya Federasiyası Kommunist Partiyasından Xalid Nakayev olub. 18-20 sentyabr tarixlərində Rusiyada 9-cu çağırış Dövlət Dumasına deputat seçkiləri keçirilib. Deputat korpusundan əlavə, vətəndaşlar səkkiz bölgənin başçısını və 39 regional parlamentin üzvlərini seçiblər.   (Unikal)...

21 Sentyabr 2026, 11:45